Icma.az
close
up
RU
Bakı Dövlət Universiteti “QS Biznes Magistr Proqramları Reytinqi”nə daxil olub

Bakı Dövlət Universiteti “QS Biznes Magistr Proqramları Reytinqi”nə daxil olub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) yeni beynəlxalq uğur əldə edərək, ilk dəfə dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən dərc olunan “QS Biznes Magistr Proqramları Reytinqi 2026: Menecment üzrə Magistratura” siyahısına daxil olub.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

QS-in açıqladığı nəticələrə görə, BDU-nun menecment üzrə magistratura proqramı qlobal miqyasda 201+ pillədə qərarlaşıb və universitet reytinqə “Yeni iştirakçı” (“New Entrant”) statusu ilə daxil olub.

BDU reytinqin müxtəlif meyarları üzrə fərqlənib. Universitetin tələbə və müəllim heyətinin gender və beynəlmiləl tərkibini əks etdirən “Müxtəliflik” göstəricisində 131–140-cı pillələrdə qərarlaşıb. “Məzun nəticələri” kateqoriyasında universitet 151–200-ci pillələrdə yer alıb; bu göstərici məzunların karyera uğurlarını, nüfuzlu vəzifələrdə təmsil olunmalarını və peşəkar nailiyyətlərini qiymətləndirir. Eyni zamanda, BDU akademik nüfuzu, elmi araşdırmaların təsiri və elmi dərəcəyə malik müəllim heyətinin payını əks etdirən “Liderlik” meyarında 151–200-ci pillələrdə qərarlaşıb.

QS reytinqi dünya üzrə menecment sahəsindəki magistratura proqramlarını qiymətləndirir. Qiymətləndirmə meyarları arasında məzunların məşğulluq göstəriciləri və işəgötürənlərin rəyi, akademik və elmi nüfuz, məzunların uğurları, beynəlmiləlləşmə səviyyəsi və təhsilin səmərəliliyi yer alır.

BDU-nun bu sahələrdə əldə etdiyi nəticələr universitetin qlobal səviyyədə tanınmasına töhfə verir, Azərbaycanın aparıcı ali təhsil müəssisəsi kimi mövqeyini möhkəmləndirir və beynəlxalq standartlara uyğun təhsil və tədqiqat fəaliyyətini nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri