Icma.az
close
up
RU
Bakı Dövlət Universitetində ATU nun 95 illik yubileyi qeyd olunub VİDEO

Bakı Dövlət Universitetində ATU nun 95 illik yubileyi qeyd olunub VİDEO

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Tibb Universitetinin yaradılmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, BDU rektoru Elçin Babayev milli səhiyyə sistemimizin, ali tibb təhsilinin inkişafında mühüm rol oynamış ATU-nun 95 illik yubileyi münasibətilə universitetin kollektivini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor diqqətə çatdırıb ki, 1919-cu ildə təsis edilmiş Bakı Dövlət Universitetinin Tibb fakültəsi əsasında 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb: “İlk dərs ilində BDU-da yalnız Tarix-filologiya və Tibb fakültələri fəaliyyət göstərirdi. BDU-ya ilk tələbələr 1919-cu ilin noyabrında qəbul edilib, Tibb fakültəsinə 368 tələbə və 122 sərbəst dinləyici qəbulu həyata keçirilib. Elə ilk illərdən elmi-pedaqoji keyfiyyətə üstünlük verilərək, həm nəzəri, həm də klinik tibb təhsilinin inkişafına zəmin yaradılıb, milli tibbi kadrların yetişdirilməsinə önəm verilib. Tibb Universiteti məhz belə möhkəm əsaslar üzərində qurulub. Bu faktlar təkcə tarixi bir əlaqə deyil - iki universitet arasında formalaşmış elmi və akademik ənənənin başlanğıcıdır. Sələflərimizin zəhməti və elmi məktəbi bu gün səhiyyə sahəsində ali təhsil ocağının inkişafı və nailiyyətlərinin əsasını təşkil edir”.

BDU rektoru vurğulayıb ki, hazırda bu ənənələr yeni məzmunla davam edir. Azərbaycan Tibb Universiteti regionda ali tibbi təhsilin aparıcı mərkəzlərindən birinə çevrilib, beynəlxalq elmi mühitlə fəal əməkdaşlıq edir və qlobal akademik proseslərdə fəal iştirakçı rolunu oynayır: “Universitetin bu nailiyyətləri ölkəmizdə elmə, təhsilə və səhiyyəyə göstərilən dövlət qayğısının nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilir. Son illərdə dövlətimizin səhiyyə sistemində həyata keçirdiyi islahatlar bu strategiyanın praktik təzahürüdür. Müasir standartlara cavab verən tibb müəssisələrinin yaradılması, regionlarda ixtisaslaşdırılmış diaqnostika və müalicə mərkəzlərinin fəaliyyətə başlaması, infrastrukturun yenilənməsi və rəqəmsallaşma prosesinin sürətlənməsi səhiyyə xidmətlərinin keyfiyyətini və əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səhiyyə, sosial müdafiə və təhsil sahələrində həyata keçirdiyi layihələr ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir. Bu strateji xəttin davamı olaraq BDU və ATU qarşısında da mühüm vəzifələr dayanır. Hər iki ali təhsil müəssisəsi bu dövlət siyasətinin elmi-tədris dayaqlarını möhkəmləndirən, tibbi və fundamental elmlər arasında körpü yaradan əsas elmi mərkəzlər kimi çıxış etməlidirlər. Biz inanırıq ki, bu əməkdaşlıq təkcə iki ali məktəbin deyil, bütövlükdə Azərbaycan elminin və səhiyyəsinin gələcək inkişafına xidmət edəcək”.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli rəhbərlik etdiyi ali təhsil ocağının 95 illik yubileyinin məhz BDU-da keçirilməsinin rəmzi mənasının olduğunu bildirib. O qeyd edib ki, ATU BDU ilə qırılmaz tellərlə bağlıdır, ölkədə ali tibb təhsilinin əsası 1919-cu ildə məhz BDU-da qoyulub: “Azərbaycan Tibb Universiteti 1930-cu ildə BDU-nun Tibb fakültəsinin bazası əsasında yaradılaraq müstəqil ali məktəbə çevrilib. Bu mənəvi bağ indi də davam edir, iki ali məktəb arasında səmərəli əməkdaşlıq mövcuddur. Biz müxtəlif sahələr üzrə bu əlaqələri daha da inkişaf etdirməyə hazırıq. Ümid edirəm ki, biz qarşıda birgə nailiyyətlərimizi qeyd edəcəyik”.

Rektor vurğulayıb ki, ATU-nun yaradılması ölkəmizdə səhiyyənin və tibb təhsilinin inkişafı tarixində önəmli bir dönüş nöqtəsidir. “Vaxtilə ATU ölkədə ali tibb təhsili verən yeganə universitet idi. Sevindirici haldır ki, bu il biz ATU-nun 95, Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyini, Qarabağ Universitetində isə Tibb fakültəsinin yaradılmasını qeyd edirik. Bu, Azərbaycanda tibb təhsili tarixinin inkişafını göstərir”, - deyə rektor qeyd edib.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, ATU-nun elmi işlər üzrə prorektoru Məlahət Sultan, Əczaçılıq toksikologiyası və kimya kafedrasının professoru Fikrət Quliyev, Tibbi və bioloji fizika kafedrasının müdiri, dosent İsmayıl Qafarov çıxışlarında ATU-nun keçdiyi inkişaf yoluna nəzər salıb, BDU-ATU əməkdaşlığının yeni inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

Sonda ATU-nun tarixi və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri