Icma.az
close
up
RU
Məktəbliseyin 95 illik yubileyi qeyd olunub

Məktəbliseyin 95 illik yubileyi qeyd olunub

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyinin 95 illik yubileyi qeyd edilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, təhsil müəssisəsinin məzunları, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Elza Bağırzadə qonaqları salamlayaraq təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib.
BŞTİ-nin müdir müavini A.Qədiməliyev zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən tədris ocağının kollektivini yubiley münasibətilə təbrik edib, hər kəsə uğurlar, təhsil nailiyyətləri arzulayıb. Müdir müavini 95 illik tarixi olan təhsil müəssisəsinin bundan sonra da müstəqil Azərbaycanın layiqli vətəndaşlarını yetişdirmək işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Səbail RİH başçısının müavini K.Həşimova, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, təhsil müəssisəsinin sabiq direktorları, müxtəlif sahələrdə çalışan məzunları və məktəb-liseyin adını daşıdığı şəhid Rəfail Hüseynovun atası Maarif Hüseynov çıxış edərək tədris ocağının kollektivini yubiley münasibətilə təbrik edib, bir əsrə yaxın tarixə şahidlik edən məktəbə daha böyük uğurlar arzulayıblar. Məzunlar bu gün həyatda tutduqları mövqeyə, qazandıqları nailiyyətlərə görə doğma məktəblərinə, sevimli müəllimlərinə borclu olduqlarını bildirib, məktəblə bağlı unudulmaz xatirələrini bölüşüblər.
Daha sonra təhsil müəssisəsinin tarixi və məzunlarının uğurlarından bəhs edən videoçarx təqdim olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Ruhiyyə Mehdyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri