Bakı Dövlət Universitetində “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 15 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə mayın 15-də Bakıda “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, 15 May - Beynəlxalq Ailə Gününə həsr edilən konfrans “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində təşkil olunub.
BDU-da keçirilən tədbirdə məqsəd ailə institutunun nüfuzunun qorunması və inkişafına, cəmiyyətdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliğ olunmasına töhfə vermək, eyni zamanda, bu məsələlərin təhsil prosesində öz əksini tapmasını təşviq etməkdir.
Konfransda deputatlar, dövlət qurumlarının nümayəndələri, universitetin müəllim heyəti, elm xadimləri və media nümayəndələri iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 May 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















