Icma.az
close
up
RU
Bakı dünya miqyasında vacib bir mərkəzəyə çevrilmişdir ŞƏRH EDİLDİ

Bakı dünya miqyasında vacib bir mərkəzəyə çevrilmişdir ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"III Bakı Təhlükəsizlik Forumu haqqında danışmadan öncə qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanın regional və beynəlxalq münasibətlər sistemində mövqeyinin və rolunun artması ölkəmizi, o cümlədən paytaxt Bakını belə mötəbər tədbirlər üçün ev sahibliyi etməyə layiq etmişdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, bu gün dünyada müharibələrin və terror risklərinin artdığı bir dövrdə həm regional, həm də qlobal təhlükəsizliyin təmin olunması, xüsusilə humanitar böhranlar zamanı yaranan vəziyyətlərdə insanların təhlükəsizliyinin qorunması baxımından təhlükəsizlik orqanlarının fəaliyyəti olduqca əhəmiyyətlidir: "Bu fəaliyyət həm informasiya mübadiləsini, həm də bəzi hallarda, xüsusilə fəlakətlər yaşanmazdan əvvəl koordinasiyalı hərəkət edilməsini əhatə edir və böyük fayda verir. Adından da göründüyü kimi, üçüncü forumda əvvəlkilərlə müqayisədə diqqətin və marağın artdığı müşahidə olunmuşdur. Tədbirə qatılan ölkələrin sayı bunu açıq şəkildə göstərir. Sonuncu forumda dünyanın 90 ölkəsindən təhlükəsizlik xidmətlərinin əməkdaşlarının iştirakı Bakı Təhlükəsizlik Forumunun həm qlobal, həm də regional təhlükəsizlik məsələlərinin müzakirəsində ciddi bir platformaya çevrildiyini nümayiş etdirir.

Forumun açılışında Azərbaycan Respublikası Prezidentinin ünvanladığı müraciət də əhəmiyyətlidir. Müraciətdə forumun fəaliyyətinin yüksək qiymətləndirilməsi və qarşıda duran vəzifələrin yalnız ölkəmiz və region üçün deyil, bütün dünya üçün önəmi vurğulanmışdır. Bu, xüsusilə dünyada baş verən terror aktları, silahlı münaqişələr zamanı insanların xilas edilməsi, texnogen qəzalar və təbii fəlakətlər zamanı hadisələrin qarşısının alınması baxımından əhəmiyyət daşıyır. Beləliklə, artıq Bakı dünya miqyasında, regional səviyyədə problemlərin həllində vacib bir mərkəzəyə çevrilmişdir. Forumda qəbul olunan qərarlar isə bundan sonrakı hadisə və proseslərin gedişində mühüm rol oynayacaqdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri