Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Sözün işığında yaşayan insan

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Amazon kütləvi ixtisarlara hazırlaşır

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Bakı düşünməlidir! İdeoloji suverenliyimiz və atılması labüd addımlar

Bakı düşünməlidir! İdeoloji suverenliyimiz və atılması labüd addımlar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Planetin ən müstəqil dövləti sayılan Böyük Britaniyanın tərəqqisi Roma Papalığından imtina edib Anqlikan Kilsəsini yaratmaqla başladı.

VIII Henri 1534-cü ildə Ululuq Qanununu qəbul etdirməklə İngiltərəni bütün xarici dini və siyasi təsirlərdən azad etdi.

Oxşar proses Almaniyada Otto fon Bismarkın 1871-1878-ci illərdə həyata keçirdiyi “Kulturkampf” siyasətində də özünü göstərdi. Məqsəd yeni birləşmiş imperiyanı katolik və protestant ziddiyyətlərindən, sosialist və liberal təsirlərdən qoruyaraq vahid milli-mədəni müstəviyə gətirmək idi. ABŞ-da isə 1938-ci ildə yaradılan “Amerika Əleyhinə Fəaliyyətlər üzrə Komitə” (HUAC) kommunist təsirlərinə qarşı ideoloji təhlükəsizlik mexanizminə çevrildi. HUAC-ın tərtib etdiyi “qara siyahı”lar dövlətin azadlıqla milli təhlükəsizlik arasında tarazlıq yaratmaq cəhdinin nümunəsi idi. Bu üç təcrübə göstərir ki, dövlətin ideoloji sərhədlərini qorumaq onun varlığını və kimliyini saxlamağın əsas şərtidir.

Bu şərtlərin aktuallığını qardaş Türkiyənin həm tarixində, həm də bu günündə açıq müşahidə edə bilirik. Türkiyə NATO üzvü olsa da, hərbi, bürokratik və ideoloji-siyasi sistemi ikiqütblü dünyanın hücrələrindən ibarət idi. SSRİ-nin süqutundan sonra “Soyuq savaş”ın qalıqları qardaş ölkənin 90-cı illərini qara gətirdilər. Rəcəb Tayyib Ərdoğanın iqtidarı dövründə Gezi park etirazlarından başlayaraq   FETÖ-çuların çökdürülməsinə qədər gedib çıxan,  çoxsaylı “paralel yapı”ların çökdürülməsi ilə şərtlənən proses bu ölkənin çox yaxın keçmişidir. Fəqət proses hələ də davam edir. Türkiyənin İstanbul şəhərinin Esenyurt rayon bələdiyyə başqanı Əhməd Özərin terror təşkilatına üzv olmaq ittihamı ilə həbsi, İstanbul bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun istintaq altında olması, Ankara, İzmir və digər böyük şəhər bələdiyyələrinə qarşı da hüquqi iddiaların qaldırılması bunu aydın göstərir. Lap elə bu günlərdə məlum olub ki, Britaniyanın MI6 kəşfiyyat xidmətinə bağlı casuslar ölkənin ən böyük meqopolisində seçki kampaniyalarını idarə edir, vətəndaşların məlumat bazalarını ələ keçirərək sosial şəbəkə üzərindən ictimai rəyin manipulyasiyasını aparırmışlar. Təsəvvür edin, yarım əsrdən çoxdur ki, çoxpartiyalı siyasi sistemə malik olan bir ölkədə bu gün faktiki olaraq yeni siyasi qütblər yaranıb və siyasi proseslər həm partiyaların içində, həm də aralarında “virtual təşkilatlar” (“Telegram”, “Facebook”, “TikTok” hərəkatları) vasitəsilə manipulyasiya edilir.

Bu təhlükəni dünyada ilk sezənlərdən biri ABŞ prezidenti Donald Tramp olmuşdu. O, ənənəvi və yeni media vasitəsi ilə əslində ABŞ-ın qüdrətinə təhdid yaradıldığını yüksək bir səslə tələffüz edirdi. Yenidən iqtidara gələn Tramp “Soyuq savaş” quruluşlarına qarşı sərt davrandı, korrupsiyaya bulaşmış və xarici təsir agentlərinin yuvasına çevrilmiş yan təşkilatları sıradan çıxarmaqla qalmadı, amerikan siyasi sisteminin hər iki hegemon partiyasındakı qeyri-amerikan siyasi oriyentasiyaların ifşasına başladı. Məqsəd aydındır: milli siyasi qərarvermə xaricdən yönləndirilə bilməz!

Eyni niyyəti Avropa ölkələri də güdür. Düz beş ildir ki, Rusiyanın troll şəbəkələrinin və ABŞ-ın texnoloji nəhənglərinin Avropa siyasətinə təsiri müzakirə olunur. Nəticədə “Avropa Rəqəmsal Suverenlik Aktı” və “Media Şəffaflıq Qanunu” kimi aktlar qəbul edilib. Vaxtilə Şarl De Qoll fransız hərbi qüvvələrini NATO-nun vahid hərbi komandanlığı altından çıxarmışdı, hazırkı prezident Emmanuel Makron “Avropa beyni ölmüş NATO-nun əlavəsi deyil” deyə ideoloji və strateji müstəqillik davası döyür. Macarıstan “Stop Soros” qanunları ilə öz konservativ cəmiyyət modelini qurur, Polşa “Brüssel idarəçiliyi”ni suverenliyinə real təhdid sayır. Qazaxstan hər cür xarici təsiri neytrallaşdırmağa can atır, xüsusilə elitasını Rusiya yönümlü kadrlardan təmizləməklə “Orta Asiyanın lideri” statusuna yiyələnmək istəyir. Özbəkstanda Şavkat Mirziyoyev dövründə həm radikal dini şəbəkələr, həm köhnə sovet nomenklaturasının qalıqları, həm də qulağını Kremlin ağzına dikmiş məmur qrupları neytrallaşdırılır. Çində artıq bir neçə ildir ki, kiber suverenlik konsepsiyası işə düşüb. Suverenliklə bağlı yeni anlayışlar çərçivəsində vaxtında dış müdaxilələrə qarşı cavab tədbirləri görməyən Ukraynanın faciəsi göz önündədir- ölkənin mühüm bir qismi Rusiya tərəfindən işğal olunub, müqəddəratı sövdələşmə predmetidir. Gürcüstan çox macəralardan və çırpıntılardan adlayaraq əsas müxalifət partiyalarının bağlanması üçün hərəkətə keçib. Ölkənin hakim partiyası oktyabrın 28-də Konstitusiya Məhkəməsinə 3 ən böyük müxalifət partiyasının fəaliyyətinin qadağan edilməsi üçün müraciət edib. Ermənistan hakimiyyəti repressiv üsullarla cəmiyyəti qarışdırmaq istəyən bütün qüvvələri neytrallaşdırır.   Rusiyanın maşası rolunu oynayan Eçmiədzin kilsəsinə, daşnak ideologiyasına qarşı Nikol Paşinyan hökuməti qəti addımlar atır. Robert Köçəryan və Serj Sərkisyanın özü də, tərəfdarları da məhkəməyə çəkilir, Gümrünin yeni seçilmiş meri həbs olunur.  

Covid-19 pandemiyası dünyanın artıq çökmüş nizamının köhnə strukturlarını ifşa etdi və milli suverenliyin önəmini bir daha aktuallaşdırdı. Qlobal tədarük zəncirlərindəki qırılmalar, Pandemiya göstərdi ki, iqtisadi, səhiyyə və təhlükəsizlik sahələrində xarici asılılıq yalnız praktiki problemlər yaratmır, həm də siyasi və ideoloji müstəqilliyi sarsıda bilər. Bu təcrübə milli suverenliyin möhkəmləndirilməsi, dövlətlərin öz daxili və xarici siyasətini müdafiə etməsi üçün yeni prioritetlər yaratdı.

Azərbaycanın özünəməxsus inkişaf modeli var. Dövlət müstəqilliyimizi yenidən qazandığımız ilk illərdə ərazilərimiz işğala məruz qaldı, fəqət müflisləşmə, sosial aqoniya və siyasi istiqrarsızlıq kimi problemlərin öhdəsindən Heydər Əliyevin qurduğu mərkəzləşdirilmiş hakimiyyət və xarici təsirlərə qarşı institusional müqavimət nəticəsində maksimum gələ bildik. Məhz bunun nəticəsində istər mərhum prezident Heydər Əliyevə, istərsə də hazırkı dövlət başçısı İlham Əliyevə qarşı planlaşdırılan çevriliş cəhdləri iflasa uğradı. Təcrübə göstərir ki, Azərbaycanda hakimiyyətin ələ keçirilməsi üçün yazılan zorakı və ya “məxməri” ssenarilərin xarici havadarları dörd səmtin hər birini əhatə edir. Xarici maraqlar məlum, bəs, daxildə ideoloji və siyasi təhlükəsizlik sistemimiz- ictimai fikir müəssisəmiz nə qədər azərbaycanlı və azərbaycançıdır?

Prezident İlham Əliyevin məşhur “anti-milli ünsürlər” deyimi ölkənin ən informasiyalı şəxsi olan dövlət başçısı səviyyəsində bu suala müsbət cavab verməyə əl yeri qoymur. PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı və mediada yayımlanan məktubun canı budur ki, o, anti-milli ünsürləri hərəkətə gətirmək üçün Moskvadan izacə və dəstək istəyir. Ramiz Mehdiyev ifşa olunub, dövlətimizin qətiyyəti sayəsində hadisələr, çox şükür, onun arzuladığı istiqamətdə getmir. Ancaq plan işə düşsəydi Azərbaycandakı müxalif düşərgə hansı mövqe tutacaqdı və ya tutduğu mövqe milli maraqlarımızın qorunmasına gerçəkdən dəstək olacaqdımı? Hələ də 1980-ci illərin şüarlarını səsləndirənlər, hakimiyyətdə və müxalifətdə olduqları dövrdə banal intriqaları ilə vətəndaşları siyasətdən iyrəndirənlər, heç bir real sosial bazaya arxalanmayanlar, beynəlxalq qrantlar və korrupsioner əlaqələr hesabına portfelsiz nazirlərə çevrilənlər, konstitusion quruluşun zorla dəyişdirilməsi təkliflərinin gündəmdə olduğu bir arada öz ailələri daxilində belə həmrəyliyi təmin edə bilməyənlər ölkənin ideoloji cəbhəsini xarici müdaxilələrə bir müqavimət hərəkatı olaraq iflic etməyiblərmi? Bir bina nə qədər sağlam olarsa, çöldə əsən küləyə, zəlzələyə, yanğına qarşı da o qədər davamlı olar. Azərbaycanın ictimai fikir müəssisəsindəki naqisliklər isə o qədər total və saysız-hesabsızdır ki, “müxalifət” termini “müdaxilə” terminindən milli maraqlarımız adına daha böyük əndişə doğurur. O sadə səbəbə görə ki, 1993-cü ildən bəri “müxalifət” dediyimiz kəslər Rusiyadan, İrandan, Türkiyədən, Avropadan, ABŞ-dan Azərbaycana qarşı nə qədər təzyiq havaları çalınıbsa, hamısına züy tutub. Gərək olsa bircə-bircə sadalayarıq. Amma bu fakt hər şeyi ortaya qoyur: Ramiz Mehdiyevin yazdığı məktubun anoloqunu Milli Şura 2013-cü ildə Moskvaya göndərmişdi...

Odur ki, hakimiyyət vassal psixologiyalı fiqurları, məmurları, bürokratları öz içindən təmizləməyə başlayıbsa, ölkənin politik vitrininə də əl gəzdirməli, mənbəyindən, səmtindən, formasından asılı olmayaraq “5-ci kolon”ların bu birləşmiş düşərgəsinə süpürgə çəkməli, “no war”çılar, feminist maskasına bürünmüş ünsürlər və digələrinin təxribatçı fəaliyyətinə son qoynalıdır. İkinci Qarabağ Savaşından sonra prezident İlham Əliyevin tam dayanıqlı elektoratına çevrilmiş Qarabağ və Şərqi Zəngəzur əhalisinin sosial şəbəkələr üzərindən süni şəkildə necə qıcıqlandırıldığı gözümüzün qabağında baş verdi. Rusiya prezidenti Vladimir Putinin Kremlin saytında yayımlanan Ukrayna əleyhinə məşhur məqaləsinin tezislərinin “anti-Azərbaycan modelləri” prezidentliyə namizəd olmuş, el deyimi ilə ifadə etsək, hansı məzhəbə qulluq etidyi bilinməyən bir “psevdo intellektual”ın dili ilə tirajlanmaqdadır. Onlarla publik fiqur Azərbaycan Respublikası Konstitusiyasının immunitet altında olan dövlət dili ilə bağlı maddəsinə qarşı az qala hər gün açıq və ya dolayı yolla çıxışlar edir. Həmkəndlisi (!) Rəhim Hacıyevin sanki siyasi yeniyetməymiş kimi “gələcəyi qabaqdadır” dediyi AXCP-nin 25 illik sədri Əli Kərimlinin 44 günlük Vətən Müharibəsindən öncə Youtube kanallarına çıxıb “Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil” qəbilindən mesajlar verdiyini kim unudub? İdeoloji diversiya mərkəzlərinə çevrilmiş marginal qrupların 2020-ci ildə Vətən müharibəsində, 2023-cü ildə antiterror tədbirlərində və Zəngəzur dəhlizi ilə bağlı proseslərdə milli birliyi pozmağa, beynəlxalq təzyiq mexanizmlərinə arqument verməyə çalışdığı göz qabağında deyilmi? Milli Şura adlanan qurumun sədri Cəmil Həsənlinin, Müsavatın əbədi başqanı hesab olunan İsa Qəmbərin və onların yan-yörəsinin anti-milli fəaliyyətinə bundan sonra daha nə qədər göz yumulmalıdır.  Mən, birmənalı şəkildə çoxpartiyalı, plüralist siyasi sistemin və intellektual azadlıqların tərəfdarıyam, qətiyyən hakimiyyəti repressiv davranışlara səsləmirəm. Ancaq dövlət təhlükəsizlik kəmərlərini mütləq sıxmalıdır. Odur ki, hakimiyyət uğrunda mücadilə ilə dövlətə qarşı mübarizə arasındakı fərqi qəsdən silənlərin, fikir azadlığının sərhədlərini aşaraq dövlətin özəyinə yönəlmiş psixoloji müharibəyə qoşulanların, bilavasitə siyasi fəaliyyətlə yox, birbaşa siyasi sabotajla məşğul olanların- xaricdən kurasiya olunan anti-milli müxalifətin hüquq, maliyyə və ideologiya müstəvisində süzgəcdən keçirilməsinin tərəfdarıyam.

Yadınızdadırsa, respublikamıza “Azərbaycan” adını qoyan Nəsib bəy Yusifbəyli bir vaxtlar demişdi: “Bakı İstanbuldan idarə oluna bilməz”.  Yəqin ki, Yusifbəyli alman siyasət fəlsəfəsinin “Roma, Paris və ya London deyil, Berlin düşünməlidir; Almanların gələcəyini yalnız Alman dövləti müəyyən etməlidir” qayəsindən agah idi deyə belə demişdi. Azərbaycanın və azərbaycanlıların bir dövləti, bir paytaxtı, bir suverenliyi var. Siyasi və intellektual azadlığımız üçün ölkəmizdən hansı səmtdə və dünyanın hansı hissəsində yerləşməsindən asılı olmayaraq heç bir yad şəhər qiblə ola bilməz. Yarımçıq sovet intellektuallarından təşəkkül müxalifət, sosial şəbəkələr, “alternativ media” və “dissident brendlər” vasitəsilə ölkənin strateji tərəqqi kursuna etimadı sarsıdan qeyri-sistematik təsir agentləri ittifaqları cəmiyyətin də, dövlətin də sorğusuna çəkilməlidir. Milli kimliyimizə, müstəqilliyimizə və suverenliyimizə təhdid qüvvələrə sadəcə reaksiya göstərilməməli, qəti profilaktik addımlar atılmalıdır. Məgər ölkənin müstəqilliyini, böyük fədakarlıqlar hesabına əldə etdiyimiz zəfərləri və beynəlxalq arenadakı mövqeyimizi qoruyub-saxlamaq və daha da gücləndirmək üçün antimilli qüvvələrə qarşı qəti tədbirlərin görülməsinin vaxtı çatmayıb?

Əlbəttə, sağdan-soldan müəyyən bəyanatlar səslənəcək. Gürcüstanı ABŞ-dakı “Təsir agentləri haqqında” akta bənzər qanuna görə qısnayanların Ermənistan əleyhinə bircə kəlimə danışmamasının fərqində olan təkcə biz deyilik. Zira, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT, Avropa Şurası kimi qurumların və supergüclərin maraqlarına xidmət edən beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğal altında qalması üçün necə çalışdıqlarını da unutmamışıq. Bu gün Azərbaycanla AŞ arasında kifayət qədər ciddi problemlər varsa, bunun səbəbi nə dəyərlərdir, nə insan haqlarıdır, nə də beynəlxalq hüquqa hörmətdir. Tam əksinə, Azərbaycan AŞ kimi qurumlar tərəfindən məhz müstəqillik əzminə görə təqib olunur. Müstəqilliyimiz və suverenliyimiz həm də ideoloji müstəvidə öz əksini tam tapmalıdır. Məsələ belədir. Məsələni bu şəkildə qoya bilməsəydik, rəsmi Bakıya verilən “məsləhətlər”ə qulaq assa idik, heç Qarabağı da işğaldan azad edə bilməzdik.    

Taleh Şahsuvarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see253

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see234

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see199

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see168

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see154

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see154

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see146

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see146

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see142

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see135

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see134

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see131

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see130

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see126

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see124

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see124

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see123

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see123

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see122

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri