Icma.az
close
up
RU
İdeoloji varisliyin təkamülü

İdeoloji varisliyin təkamülü

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzən mürəkkəb mövzuları geniş auditoriyaların qarşısında bu və ya digər səbəblərdən açıq şəkildə müzakirə etməkdən çəkindiyimiz üçün ideoloji müstəvidə boşluqlar yaranır. Həmin boşluqlar “ideoloji yara” hesab olunan ucuz demaqogiya, şou qoxulu populizm, habelə təxribat xarakterli qərəzli mülahizələr ilə dərhal və məharətlə doldurulur. Bu cür “yaraların” inkişafı üçün isə ən münbit mühit məhz sağlam olmayan siyasi münasibətlər sistemidir. Əlbəttə ki, sadaladığımız “ideoloji yaralar”, ilk növbədə, cəmiyyətin parçalanması və müxtəlif xarakterli böhranların yaranmasına hesablanıb. Bəli, onu da bilməliyik ki, qeyd edilənlər heç də hansısa elmi-nəzəri təhlillərin nəticəsində gəlinmiş qənaətlər deyil. Dünya ölkələrinin siyasi təcrübəsinə müraciət etsək görə bilərik ki, analoji ssenarilər tarixin müxtəlif mərhələlərində əksər ölkələrdə yaşanılıb. Yeri gəlmişkən, “rəngli inqilablar” və dövlət çevrilişləri də məhz “ideoloji yara” şərti adlı müxtəlif ssenarilərin təzahürləridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.

O qeyd edib ki, böyük siyasətdə illüziyalar olmamalıdır. Biz bilməliyik ki, qlobal güclər öz geosiyasi strategiyalarından əl çəkməyəcək və bu səbəbdən onların yeni təsir əraziləri uğurunda mübarizələri heç zaman dayanmayacaq. Sadaladığımız ideoloji “yaralar” konkret ölkənin siyasi sisteminin qapılarını açmaq üçün istifadə olunan açarlardır. Aparılan ideoloji manipulyasiyalar vasitəsilə siyasi münasibətlər sistemi xroniki xəstəliyə yoluxur, bunun nəticəsində isə ölkədə böhranın yaşanması qaçılmaz olur. Müstəqilliyin ilk illərində postsovet məkanı uğrunda qlobal güclər arasında gedən qızğın geosiyasi mübarizə zamanı biz bu cür ssenarilərinin inkişafına şahidlik etmişdik.

Bəli, həmin illərdə Azərbaycanın siyasi sistemi qeyd olunan xəstəliyə çox ağır şəkildə yoluxmuşdur. Ucuz demaqogiya, şou qoxulu populizm, cılız təxribatlar, avantürizm və təcrübəsizlik dövlətimizi faktiki olaraq “olum” ilə “ölüm” seçimi qarşısında üz-üzə qoymuşdu. Bütün ağır təfərrüatlara varmadan deyə bilərik ki, həmin müddət ərzində ölkəmizdə yaşanmış anarxiyanı xarakterizə edən əsas məfhumlar da elə məhz demaqogiya, populizm, avantürizm və təcrübəsizlikdir.

Həmin dövrdə qeyd etdiyimiz ideoloji “yaranın” geriyə dönməz “qanqren” səviyyəsinə qədər inkişaf etməsinin qarşısını ala biləcək yeganə qüvvə məhz Ulu Öndər Heydər Əliyev amili idi. Təlatümlü, olduqca mürəkkəb, həssas və kövrək dövrdə yalnız Ulu Öndər amili milli birliyi və ictimai həmrəyliyi qoruya bilərdi. Elə də oldu. Milləti birləşdirən qüvvə məhz Heydər Əliyev oldu. Təkcə ölkədə və regionda yox, Ulu Öndər obrazı ilə həm də beynəlxalq münasibətlər sistemində hamı hesablaşmağa məcbur idi. Bütün tərəf və qüvvələrin Ulu Öndər obrazı ilə hesablaşmasının nəticəsində bu gün bəhrəsini yaşadığımız dayanıqlı inkişafın sarsılmaz bünövrəsi qoyulmuşdur. Milli həmrəyin təminatçısı olan Ulu Öndər amili həm də dövlətimizin müxtəlif “yaralara” qarşı güclü immuniteti kimi çıxış etmişdir.

“Yenə də illüziyalardan uzaq dayanaq və unutmayaq ki, milli həmrəylik yaşanan ölkələr qlobal oyunçuların geosiyasi strategiyalarının qarşısında dayanan əsas maneələrdir. Ona görə də dünyada psevdodemokratik və ultraliberal şüarlar ilə süni şəkildə individualizm bütləşdirilir. Təsadüfi deyil ki, ideoloji, dini və ya demokratik manipulyasiyalar ilə konkret cəmiyyətdə yaşanan həmrəylik mühitinin boğulmasına yönəlmiş davamlı təxribatlara şahidlik edirik. Bu mənada müxtəlif tendensiya və ideoloji təbliğatın nəticəsində ailə və ağsaqqal kimi institutların tədricən unudulması heç də təsadüfi deyil. Müasir cəmiyyətlərdə “biz” düşüncə paradiqması “mən” düşüncə tərzi ilə sürətlə əvəzlənir. Heç şübhəsiz ki, mövcud tendensiyalar təsadüfi deyil və onların yuxarıda sadaladığımız “ideoloji yaralar” ilə bilavasitə əlaqəsi var.

Bəli, bu cür siyasi “anomaliyalar” doğma məmləkətimizdə də olmuşdur. Hətta ehtimal edə bilərik ki, regionumuzda maraqları olan qlobal geosiyasi oyunçuların beyin mərkəzlərinin müəyyən hesablamalarına görə Ulu Öndər kimi cəmiyyəti birləşdirən nəhəng amildən sonra Azərbaycanın həmrəylik mühitində müəyyən çatlamalar baş verməli idi. Sözsüz ki, Ulu Öndər nəhəng amildir və bu cür şəxslər heç də hər bir xalqın taleyinə qismət olmur. Şəxsi siyasi simpatiyaların məzmunundan asılı olmayaraq hər kəs ədalət naminə etiraf edə bilər ki, həmin o təlatümlü dövrdə müstəqilliyi və dövlətin fiziki mövcudluğunu yalnız Ulu Öndər kimi bir qüvvə xilas edə bilərdi.

Ancaq qlobal oyunçuların beyin mərkəzləri öz təhlillərində yanıldılar. Azərbaycan xalqı öz birliyini və cəmiyyətdəki həmrəylik mühitini qorumağa müvəffəq oldu. Xalqın milli təfəkküründə Ulu Öndər kimi nəhəng obraz ilə müqayisə oluna biləcək ikinci yüksək məfhum yalnız Müzəffər Ali Baş Komandan obrazı ola bilərdi. Elə də oldu.

Azərbaycan xalqı, sadəcə, həmrəyliyi qorumadı, həm də Qalib xalq oldu. Öz inamını qoruyaraq, səbirlə çalışaraq, bütün müqavimətlərə üstün gələrək, ildən-ilə gücünü artıraraq öz Liderinin peşəkar və prinsipial siyasəti sayəsində tarixi ədaləti bərpa etdi və Qalib xalq oldu. Xalqın Lideri isə Müzəffər Ali Baş Komandan statusuna qədər ucaldı. Bu ad və status Ulu Öndər adı qədər ucadır və bu ad yalnız seçilmiş tarixi şəxslərə qismət ola bilər. Müasir tarixdə Müzəffər Ali Baş komandan adına layiq ola biləcək ikinci belə bir şəxs yoxdur. Unutmayaq ki, bunlar hamısı Azərbaycan xalqının tarixidir”, - deyə politoloq vurğulayıb.

O əlavə edib ki, Ulu Öndər və ya bizim uşaqlarımızın sevgi dolu hisslərlə dilə gətirdikləri “Heydər baba” obrazı böyük Azərbaycan xalqı üçün nə qədər doğma və əzizdirsə, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan adı da bir o qədər hər bir azərbaycanlı üçün şəxsi qürur və iftixar mənbəyidir. Münaqişənin gələcəyi ilə bağlı hətta ən optimist proqnozlarda belə Xankəndinin adı dilə gətirilmirdi. Yuxarıda bəhs etdiyimiz “ideoloji yaralar” vasitəsilə cəmiyyətdə hətta “inkişaf naminə ərazilərdən imtina etmək lazımdır” kimi xain fikirlərin tirajlanmasına dair cəhdlər edilirdi. Yalnız Müzəffər Liderə məxsus olan keyfiyyətlər sayəsində Prezident İlham Əliyev millətin inamını və cəmiyyətdə həmrəyliyi qoruyaraq ildən-ilə xalqı öz Qələbəsinə yaxınlaşdırırdı. Qələbəni əldə edərək biz milli qürurumuzu ərazi suverenliyimiz kimi tam olaraq bərpa etdik. Müzəffər Ali Baş Komandan adının millət və xalq üçün dəyəri budur.

“Necə ki, öz xəstə ambisiyalarının qulları və düşmənlərin maşaları olan yaramaz xislətli siyasi spekuyantlar zamanında Ulu Öndərin xarizmasından boğulurdularsa, indi də Müzəffər Ali Baş Komandan adının böyüklüyü onların cılızlıq və natamamlığını ifşa edir. Azərbaycanda həmrəylik mühitini qoruyan ideoloji varisliyin təkamülü budur və bəzi ölkələrin beyin mərkəzləri bu amili hesablaya bilmədikləri üçün yanıldılar. “Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var", - budur Prezident İlham Əliyevin bütün demaqoji təxribatlara cavabı. Dövlət başçısının Müzəffər Ali Baş Komandan adının beynəlxalq etirafı isə budur: “Siz böyük lidersiniz”, – cari il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə xitabən dediyi sözlər. Odur ki, tarixin dərslərini unutmamalıyıq, habelə əldə olunmuş Qələbənin və milli həmrəyliyin qorunması naminə hamımız bir nəfər kimi qollarımızı çırmalayıb çalışmalıyıq”, - deyən Asif Adil fikirlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Noyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1073

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see312

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see244

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see226

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see193

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see193

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see193

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see191

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see178

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see177

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see175

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see174

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see174

Əsrlərə meydan oxumuş Nur: Qədim Alban məbədi məhv olmaq üzrədir VİDEOREPORTAJ

31 May 2026 22:26see168

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see165

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see163

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see157

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see153

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see151

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri