Icma.az
close
up
RU
İdeoloji təmayüllərin savaşı...

İdeoloji təmayüllərin savaşı...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Makron “ümumsağ dalğası”na məğlub oldu

Qərb tarixən, hətta ideoloji təmayüllərin tam təsnifatlandırılmadığı dövrlərdə belə sağ və sağ mərkəzçi ideoloji baxışa daha yaxın sayılıb. XVIII əsr tarixi Fransa inqilabı zamanında ortaya çıxan sol və sol liberalizm baxışları tədricən iki əsrdə “keşməkeşli” yol keçdi. SSRİ-nin yaranışından və xüsusilə II Dünya üharibəsindən sonrakı dövrdə daha da populyarlaşan solçuluq Qərb üçün də hakim ideoloji təmayül kimi özünü oratya qoymağa başladı. Maraqlıdır ki, həmin dövrdə anti-SSRİ cərəyanı sağ və sağ mərkəzçi ideoloji baxışları daha da inkişaf etdirirdi. Və nhyt, SSRİ-nin dağılması ilə Qərb kontingentində fərqli zaman kəsiklərində olsa da, “Qərb solçuluğu” özünü dövlət piramidasının ən üst qatına qaldıra bildi.

Makron 2027-  seçkilərinin “məşqini” keçir, yoxsa...

Fransada Marin Le Penin həbsi son illərdə daha çox diqqəti cəlb edən “Fransa demokratiyasının çöküşü” tezisini yenidən aktuallaşdırır. Günlərdir ki, dünya KİV-nin ən dinamik müzakirə mövzusuna çevrilmiş bu hadisəni bir çox hallarda elə qərbli siyasətçilər Makronun gələcək seçkilər üçün sığortalanmaq arzusu ilə uzlaşdırırlar - 2027-ci il prezident seçkiləri marafonunda Makronun sələfi olacaq şəxsin kimliyi indidən böyük maraq doğurur. Le Penin varlığında bu marafonun Qabriel Attara keçəcəyi böyük şübhə altında idi. Amma Attar üçün yol açıldığını düşünənlər bəlkə də yanılırlar. Çünki bu həbslə Makron nə əldə edəcək? Axı, bu gün Fransada seçicilərin mütləq çoxluğu heç də fərd olaraq Makronu, Attarı və ya Le Peni seçmir - tam əksinə, burda əsas məsələ ideoloji savaşa söykənir. Və bu da tək Fransa ilə mədudlaşmır. Ümumən, Qərb kontngentində eynicinsli proses inkişaf edir. Demək olar ki, bütün ölkələrdə sol təmayül “yoxuş aşağı” düşməkdədir. Ən bariz nümunə kimi cəmisi 1 ay öncə baş tutan Almaniya seçkilərini göstərə bilərik - sol təmayül burada da sağ mərkəzçi təmayülə (xristian demokratlara) məğlub oldu. Düzdür, xrstian demokratların Almaniya siyasəti üçün necə böyük məna ifadə etməsi fonunda bu, anlaşılan ola bilərdi. Amma radikal sağçı AfD-nin (Almaniya üçün Alternativ) güclənməsi və parlament seçklərində hətta ikinci səs çoxluğu qazanması mənzərəni tam şəkildə ortaya çıxarır. Makrona qalan isə özünün antidemokratik imici, “Fransa püaizmi” anlayışının yox olması və bu kimi avtoritar göstəricilər oldu...

Le Pen Qərbin yeni dövr üçün “sağçı qaranquşlarından” sayılır - onun 2024-cü il parlament seçkilərində qələbəsi Qərbdə liberal elitanın dominantlığına qarşı millətçi sağ qüvvələrin meydan oxuması kimi təhlil olunmuşdu. Vurğulayaq ki, paralel olaraq dünyanın əksər bölgəsində eyni situasiya hakimdir - Avropada və ABŞ-da mühafizəkar hərəkatların yüksəlişi nəzərə çarpmaqdadır. Trampçılıq, Le Penin populyarlığının artması, qeyd edilən Almaniyada AfD-nin yüksəlişi və İspaniyada radikal sağ partiya  sayılan “Vox” partiyasının son seçkilərdə 33 mandat qazanması, İtaliyada Meloninin aş nazir seçilməsi deyilənləri təsdiqləyir. 

Sağçı dalğa sol təmayülü “yedi”...

Baş verənlərə Fransa misalı üzərindən yanaşdıqda, daha aydın mənzərə ilə qarşılaşırıq: 2017-ci ildə Emmanuel Makron “En Marche!” (İrəli) hərəkatı ilə siyasi səhnəyə gələrək özünü nə sağçı, nə də solçu kimi təqdim etdi, ancaq əsasən neoliberal iqtisadi siyasət və mərkəzçi-liberal yanaşmalarla çıxış etdi... Fransada uzun illər sol təmayülə yaxın sosialist hökumətlərin uğursuzluğu fonunda Makron həm də sosialistlərin dəstəklədiyi namizəd kimi ortaya çıxdı. Onun hakimiyyətə gəlişi ilə klassik solçu partiyalar - Sosialist Partiyası və onun müttəfiqləri demək olar ki, siyasi arenada gücünü itirdi və solçu anlayışı məhz Makronun üzərində fokuslaşdı.

Amma Makronun hiyləgənrcəsinə sol təmayülə “söykənərək” özünü xalqa “yedirtmək” istəyi alınmadı - “Sarı iletlilər” hərəkatı “Renesans”ların iç üzünü ortaya qoydu. Makronun yanacaq vergilərini artırması və sosial proqramları kəsməsi genişmiqyaslı xalq etirazlarına səbəb oldu. Bu etirazlar xalqın Makrona olan “sol” etimadını puça çıxardı. Makronun pensiya islahatları və əmək bazarına dair qanunları solçu seçicilərin ona etimadını daha da azaltdı. Hətta Makronun ilk islahatlarından biri zənginlər üçün sərvət vergisini ləğv etmək oldu ki, bu da onu “zənginlərin prezidenti” adlandıran solçular arasında etimadsızlıq mühitini dərinləşdirdi.

Ən əsas faktlardan biri isə miqrasiya və dövlətin daxilindəki vəziyyət idi - Fransa son illərdə Afrika və Yaxın Şərqdən geniş miqrasiyaya məruz qalıb. Statistikalar göstərir ki, Fransadakı cinayət hadisələrinin əhəmiyyətli hissəsi qeyri-qanuni miqrantlar və ikinci nəsil miqrantlar tərəfindən törədilir.

Ənənəvi solçular isə nə Makronun siyasətini dəstəkləmədilər, nə də özlərini təsdiq edə bilmədilər. Çünki Makron onların adından istifadə edərək ölkəsində sol təmayülün çöküşünü artır reallışdırmışdı.

Və nəhayət, yaranan boşluqdan sağ təmayül istifadə etdi - Milli Birliyin (Le Penin partiyası) populyarlığı artdı. 2022-ci il prezident seçkilərində Marin Le Pen 41,5 faiz səs toplayaraq Makrona “gəlirəm” mesajını verdi. Onun partiyası 2022-ci il parlament seçkilərində 89 deputat yeri qazanaraq Fransa tarixində sağ radikalların ən güclü mövqeyə sahib olmasına nail oldu - 2024-cü il seçklərində isə bu partiya parlamentdə 180 yer aldı. Bu fakt özlüyündə Marin Le Penin və sağçıların 2027-ci il prezident seçkilərində qalib gəlmək şansının böyük olduğunu göstərir. Beləliklə də, Makron istəsə də, istəməsə də Fransa siyasəti tədricən Avropadakı sağçı dalğaya qoşulur.

Sağçı cazibəni yaradan “solçu media”...

Bəs necə oldu ki, kontingetdə liberal mediasiyanın dominantlığı get-gedə iflasa uğradı? Bu suala cavab tapmaq üçün daha çox liberalizmlə sağçı düşüncənin “mübarizəsi”nə diqqət yetirmək gərəkir. Məsələn, dünyanın ən aparıcı media holdiqləri (Qərb KİV-i) sağçı liderlərə qarşı apardığı informasiya müharibəsində məğlub oldular. Son illərdə Qərbin aparıcı təhsil ocaqlarında belə sağçılara qarşı diskriminasiya halları artmaqda idi. Bu isə özlüyündə sağçı düşüncəni daha da möhkəmlənməyə, öz üzərində işləməyə və daha qabarıq şəkildə ortya çıxmağa “sürüklədi”.

Sağçı ideologiyanın cazibəsini bəlkə də solçu ideologiyaya xidmət edən media və bu kimi aqreqatlar artırdı. Hətta bu gün bir çox Qərb media orqanı Tramp və Le Pen arasında müqayisə aparır. “Le Monde”, “The Guardian” kimi sol yönümlü nəşrlərlə “Breitbart”, “Fox News” kimi sağ yönümlü platformalar arasındakı fərqlər hər şeyi açıq şəkildə göstərir. Eyni zamanda, sol düşüncənin hakim olduğu Qərb demokratiyasının illərdir ki, sınaqdan “üzüağ” çıxmadığı hər kəsə bəllidir. Qərb demokratiyasının ikili standartları göz önündədir - Liberal elitaların siyasi rəqiblərinə qarşı demokratik institutlardan necə istifadə etdiyi faktlarla sübuta yetirilir. Qərb ölkələrinin digər dövlətlərdə demokratiya adı altında apardıqları siyasət, lakin öz daxilində müxalif fikirlərə qarşı basqılar sol düşüncənin iflası üçün mühüm zəmin yaradan amillərdən birinə çevrildi.

Beləliklə, bu gün artıq özünün pik həddinə çatan “təmayüllərin savaşı” Qərb üçün heç də müsbət gələcək vəd etmir. Ən azından, bu günün rakursundan baxdıqda...

P.SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see367

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see337

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see308

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see234

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see229

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see221

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see207

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see176

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see162

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see162

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see159

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see158

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see158

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see157

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see156

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see153

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see152

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see151

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri