Icma.az
close
up
RU
Bakı əvvəlki kimi küləkli deyil SƏBƏB

Bakı əvvəlki kimi küləkli deyil SƏBƏB

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı əsrlər boyu "küləklər şəhəri" kimi tanınıb. Lakin son illər şəhərdə elə də güclü külək müşahidə olunmur.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə geniş müzakirələr aparılır.

Mütəxəssislər bildirirlər ki, bu, təsadüfi deyil.

Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərovun sözlərinə görə, aparılan elmi tədqiqatlar Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin küləyin əsasən istiqamətinə təsir etdiyini göstərib. Küləyin sürətinə isə yalnız cüzi, yəni mülayim təsir müşahidə edilib. Başqa sözlə, orta külək sürətində ciddi azalma qeydə alınmasa da, istiqamətlərdə nəzərəçarpacaq dəyişikliklər var.

Mütəxəssisin qeyd etdiyi nəticələrə əsasən, Xəzər dənizinin səviyyəsinin qalxdığı 1977-1995-ci illərlə müqayisədə, səviyyənin aşağı düşdüyü 1995-2024-cü illərdə şimal küləklərinin sayı azalıb. Bu tendensiya Xəzərin bütün akvatoriyasına, o cümlədən Abşeron yarımadasına aiddir. Abşeronda ən güclü küləklər adətən şimal və şimal-şərqdən əsdiyi üçün həmin istiqamətlərdəki zəifləmə ayrı-ayrı günlərdə müşahidə edilən güclü küləklərin intensivliyini də azaldıb.

Ümumilikdə, Xəzərin səviyyəsinin düşdüyü dövrdə yəni 1995-ci ildən bu günədək küləyin ümumi istiqamətinin müəyyən qədər şərqə doğru yönəldiyi müəyyən edilib.

Səid Səfərov vurğulayıb ki, Bakıda küləyin sürəti və istiqamətindəki dəyişikliklər hələ tam öyrənilməyib. Qlobal istiləşmənin təsiri məsələsinə gəldikdə isə, bu istiqamətdə xüsusi araşdırma aparılmadığı üçün dəqiq elmi rəy vermək mümkün deyil. Bununla belə, mütəxəssis qeyd edib ki, qlobal istiləşmə nəticəsində təzyiq sahələrinin dəyişməsi dünyanın müxtəlif bölgələrində külək rejiminə təsir göstərə bilər və bu, Xəzər hövzəsində də istisna deyil.

Mütəxəssislərə görə, Bakıda küləyin zəifləməsinə yalnız iqlim amilləri deyil, urbanizasiya da təsir edir. Şəhərdə tikililərin artması küləyin sərbəst hərəkətinə mane olur. Meteoroloq Cavidan Əliyev bildirib ki, küləyin sürətində baş verən dəyişikliklər həm şəhərin fiziki quruluşu, həm də qlobal iqlim faktorları ilə əlaqəlidir. Onun sözlərinə görə, artan binalarla yanaşı, dağlar, dərələr, təpələr kimi təbii relyef amilləri də küləyin sürətini əhəmiyyətli dərəcədə zəiflədə bilər:

"Ümumilikdə, küləyin sürətini azaldan bütün maneələr, dağlar, dərələr, tikililər, təpələr geostrafik küləklərin yer səthinə yaxınlaşdıqca təqribən 50 faiz zəifləməsinə səbəb olur. Bakıda tikililərin illər üzrə çoxalması bu prosesi daha da gücləndirir. Bəzi illərdə küləklərin az müşahidə olunmasının səbəblərindən biri də qlobal iqlim dəyişiklikləri fonunda antisiklon hava şəraitinin üstünlük təşkil etməsidir".

Qeyd edək ki, "Springer Nature" nəşriyyatına daxil olan Scientific Reports jurnalında dərc olunan məqalədə də Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin külək rejiminə təsir edə biləcəyi elmi əsaslarla göstərilib. Həmin tədqiqatda küləyin istiqaməti və intensivliyində uzunmüddətli dəyişikliklərin müşahidə edildiyi, bunun regional iqlim prosesləri ilə əlaqəli ola biləcəyi vurğulanır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Dekabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri