Icma.az
close
up
RU
Bakı iki ölkə ilə razılaşdı, vacib prosesə start verildi Yaxın illərdə...

Bakı iki ölkə ilə razılaşdı, vacib prosesə start verildi Yaxın illərdə...

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər Azərbaycan enerji sahəsində iki strateji addım atıb. Belə ki, Ukrayna ilk dəfə olaraq qazımızı almağa başlayıb. Bu, tərəflər arasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Pararlel olaraq, Azərbaycan qazı Türkiyə ərazisi ilə Suriyaya nəql ediləcək. Ekspertlər hesab edir ki, bütün bunlar ölkəmizin yeni bazarlara çıxışına imkan yaradır.

Bu proseslər rəsmi Bakıya nə vəd edir?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırda Azərbaycan qazı Türkiyə üzərindən Avropa ölkələrinə çatdırılır:

“İki il əvvəl imzalanmış memoranduma əsasən, Bakıdan Avropaya ixrac olunan qazın həcmi ildə 20 milyard kubmetrə çatdırılmalıdır. Hazırda danışıqlar davam edir və Azərbaycanın müəyyən tələbləri var. Bunun əsasını Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı öhdəliklər təşkil edir. Belə ki, Aİ-dən gələcəkdə qazın bu həcmdə alınacağına dair zəmanət tələb olunur. Azərbaycanın əsas tələbi yaşıl enerji mənbələrinin inkişafı fonunda qaz ixracatını artırmaq üçün zəruri infrastruktur və əlavə kapital qoyuluşlarının təmin olunmasıdır. İndi yaşıl enerji sahəsində irəliləyişlər müşahidə olunur. Məsələn, Almaniya artıq istehsal etdiyi elektrik enerjisinin 70 faizindən çoxunu yaşıl enerji ilə qarşılayır. Bu təcrübənin yaxın zamanda digər Avropa ölkələrində də tətbiq olunacağı gözlənilir. Əgər Azərbaycan öz məqsədinə çatarsa, bunun üçün həm infrastrukturun genişləndirilməsi, həm də hasilatın artırılması tələb olunur. Bunun üçün ciddi kapital qoyuluşları, investisiyalar vacibdir. Nəticədə, yalnız Suriya və Ukrayna deyil, digər Avropa ölkələrinə də qaz ixracatının həyata keçirilməsi planlaşdırılır”.

Akif Nəsirli

Həmçinin oxuyun:

Zəngəzurda SENSASİYA doğuran “Tramp körpüsü” – Bakı 3 regionun taleyini dəyişəcək

İqtisadçı qeyd edib ki, Ukraynaya ötürüləcək qazın həcmi çox azdır və eksperiment xarakteri daşıyır:

“Proses Bolqarıstan və Rumıniya üzərindən həyata keçiriləcək. Ukraynada ildə təxminən 20 milyard kubmetr qaz hasil edilir, lakin 6-7 milyard kubmetr qazın da idxalına ehtiyacı var. Bunun hamısını Azərbaycan ödəyə bilməz, amma eksperiment xarakterli şaxələndirmə layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu layihə gələcəkdə daha böyük həcmlərlə qaz təchizatını təmin etməyə yönəlib. Suriyaya ötürülməsi nəzərdə tutulan qaz isə daha çox siyasi məna daşıyır. Qardaş Türkiyə Dəməşq hökumətinə dəstək verir və onu kurasiya edir. Ona görə də Azərbaycanın imkanlarından istifadə edərək Suriya iqtisadiyyatına bu yolla dəstək vermək qərarı qəbul edilib. Beləliklə, bu addımlar qaz ixracatının şaxələndirilməsi çərçivəsində bir istiqamət kimi qiymətləndirilə bilər”.

REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycandan Suriya və Ukraynaya ötürüləcək qazın həcmi böyük olmasa da, simvolik əhəmiyyəti böyükdür:

Natiq Cəfərli

“Bu proses geosiyasi dəstək mesajı daşıyır və strateji baxımdan önəmlidir. Bu istiqamətdə Dəməşqə verilən dəstək Bakı və Ankaranın yeni Suriya rəhbərliyinin möhkəmlənməsi və davamlılığı üçün atdığı addımdır. Ukraynaya verilən qaz isə Kiyevə göstərilən dəstəkdir. Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri, Gürcüstan və Türkiyə qarşısında öhdəlikləri olduğu da unudulmamalıdır. Bu həcmlərdən əlavə, ölkəmizin qaz ehtiyatları yaxın illərdə artacaq. Ümumilikdə, bu addımlar Bakının regional enerji mərkəzi kimi dəyərini və əhəmiyyətini daha da artırır”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri