Bakı İnzibati Məhkəməsinin ÖZ(BAŞINALIQ) MƏCƏLLƏSİ Konstitusiyadan üstündür?
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məhkəməyə müraciətə, məhkəmə qərarının icrasına borclu ƏƏSMN-in rüşvəti ilə qadağa qoyulub
Konstitusiyanın qəbulunun 30 , dövlət suverenliyinin tam bərpasının 5 illiyi ilə ilgili 2025-ci ilin “ Suverenlik və Konstitusiya ili” elan edilməsindən gözləntilər doğrulmadı. Yenə də Konstitusiya sözdə ən yüksək qüvvədə, faktiki olaraq qüvvəsiz oldu. “Məhkəmə müstəqilliyi” o həddə çatdı ki, konstitusion hüquqa- məhkəməyə müraciətə görə cərimələr anında icra sənədi verilməklə qüvvəyə mindirildi, tələbkarın icranı tələb edən ərizələrinin qəbulundan isə imtina edildi.
Bakı İnzibati Məhkəməsinin “müstəqil özbaşınalığı” isə bütün hədləri keçdi. Özbaşınalığa baxın, tələbkar ərizə vermədikdə belə məhkəmə qərarının icrasını təmin etmək, icra haqqında qərardad çıxarmaq xidməti vəzifəsinə görə qərarı çıxaran məhkəmənin borcu olsa da, Bakı İnzibati Məhkəməsi nəinki xidməti vəzifəsini icra edir, əksinə tələbkarın verdiyi ərizələrin qəbulundan da imtina edir. Özü də sərgiləyici formada. Elektron kabinetdən məhkəməyə təqdim edilən ərizələr anında “imtina edildi” dələduzluğu ilə qeydə alınmır. Bunun , ən azı, dələduzluq faktı olduğu, məhkəmə sədrinin göstərişi ilə edildiyi şübhə doğurmur. Nədən sədrin razılığı olmasa, heç bir texniki işçi, məsləhətçi özbaşına məhkəməyə kabinetdən verilən ərizənin qəbulundan imtina edə bilməz! Bəs məhkəmə sədrinin bu özbaşınalıqda nə marağı ola bilər? Aydındır ki, rüşvət sifarişi! Özgə nə maraq ola bilər ki, məhkəmə özünün qəbul etdiyi qərar(lar)ın icrasına qadağa qoysun, 10 ildir tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin növbədənkənar mənzil təminatı , son 3 ildə yarıqat edilən pensiya hüququnun təminatına imkan verməsin?! Bəyəm Bakı İnzibati Məhkəməsinin özünün özbaşınalıq məcəlləsi, özünün müstəqil konstitusiyası var? Dövlətin əsas qanununun – Konstitusiyasının 129-cu maddəsində, prosessual məcəllədə məhkəmə qərarlarının dövlətin adından çıxarıldığı, icrasının hamıya məcburi olduğu, icra edilməməsinin qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olduğu yazılıb. Bu yazılı Konstitusiya, bu da məhkəmə sədrinin öz(başınalıq) məcəlləsi! Bəs Bakı İnzibati Məhkəməsini bu özbaşınalığa, rüşvəti Konstitusiyadan üstün tutmağa nə vadar edir? Aydındır ki, borclu ƏƏSMN-in tələbkar Qarabağ qazisinin pensiyasından kəsdiyi rüşvət şirinliyi! Hesablama Palatası, prokurorluq, MHŞ, Ombudsman, Maliyyə Nazirliyi hesablamaqda çətinlik çəkməz, elə sosial iqtisadçı deputatlar da, özünüz də hesablaya bilərsiniz, 3 ildir Qarabağ qazisinin pensiyasına 7 il qabaqkı məhkəmə qərarı ilə əlavə olunan 110 manatın verilməsinin dayandırılmasından toplam 5 min manatdan çox maddi ziyan dəyib. Və bu ziyan ildən-ilə artmaqdadır. Dövlətin adından çıxarılan məhkəmə qərarının icrasından onun qanunsuz , əsassız olması ehtimallarına söykənməklə imtina olunması , icraya məhduduiyyətlər qoyulması qadağandır. Konstitusiya Məhkəməsinin 13.02.2007-ci il tarixli Cavid İsmayılzadənin şikayəti ilə bağlı QƏTİ, TƏFSİR OLUNABİLMƏZ Qərarında belə presedent qəbul olunub.
Bakı İnzibati Məhkəməsinin prosessual məcəlləyə, Konstitusiyaya öz(başınalıq) məcəlləsi ilə qadağa qoymasına kim son qoyacaq? Hələ ki, ali dövlət hakimiyyəti, prokurorluq orqanları, Məhkəmə Hüquq Şurasını nişan verir, Şura isə məhkəmənin öz(başınalıq) “hüquq”unu müdafiə edir.
Belə “hüquq”la nə qədər müstəqil, konstitusiyalı yaşamaq olar?
Məğrur BƏDƏLSOY
P.S. Baş prokurorluğun 161, 961 çağrı mərkəzləri son 3 ildə yüzə yaxın şikayəti qeydə alıblar, amma bir dəfə də olsun adi izahat da alınmayıb. 30 ay qabaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini Kazım Həmzətov pensiya məbləğinin qanunsuz olaraq azaldılması faktında cinayət əlamətlərinin olmadığını, məhkəməyə müraciət etmək hüququnu izah edib. (?-məhkəməyə müraciətə qadağa qoyulubsa, ərizələrin qəbulundan imtina edilirsə, hansı məhkəmə təminatı hüququndan danışılır?) Bu günlərdə ən yüksək statuslu hakimiyyət orqanlarından birinin əməkdaşının dediyi isə lap “qara otaqda olmayan qara pişiyi tutmaq” təklifi oldu: “ Get məhkəməyə, yapış yaxalarından!” Yaxa ələ verən var ki? Bir də “yaxadan yapışmaq” “cinayəti heç amnistiyaya da düşmür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 22 Dekabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















