NK dan İnzibati Xətalar Məcəlləsi ilə bağlı SƏRƏNCAM
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı Prezident fərmanının icrasının təmin olunması barədə sərəncam verib.
Bakıvaxtı.az xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi bir sıra dövlət qurumları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanun və müvafiq fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hökumətə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarına dörd ay müddətində qanun və fərmanın icrasını təmin etmək üçün öz səlahiyyətləri çərçivəsində normativ hüquqi aktları hazırlamaq və ya təkliflərinin olmadığı barədə məlumat vermək tapşırılıb.
Həmçinin Ədliyyə Nazirliyi altı ay müddətində normativ aktların qanunvericiliyə uyğunlaşdırılması barədə Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 06 Fevral 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















