Icma.az
close
up
RU
Bakı İnzibati Məhkəməsinin məhkəməyə müraciətə qadağa qoymasına qiymət verilmir

Bakı İnzibati Məhkəməsinin məhkəməyə müraciətə qadağa qoymasına qiymət verilmir

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məhkəmə Hüquq Şurası BİM-in məhkəmə qadağasını “E-məhkəmə” sistemi ilə bağlayır (?)

Bakı İnzibati Məhkəməsinin borclu ƏƏSMN tabeliyindəki qurumların rüşvətini Konstitusiyadan üstün tutub 10 ildir dövlətin adından çıxarılan 2 məhkəmə qərarının icrasını təmin etməməsindən, qərarları icraya belə yönəltməməsindən, hətta tələbkarın elektron kabinetdən verdiyi ərizələrin qəbulundan imtina etməsindən  şikayətlərə baxılmır.

Baş prokurorluğun 161, 961 “qaynar xətt”ləri onlarla illərdir araşdırma aparıldığını bildirir, lakin hələ də şikayətçinin izahatı belə alınmayıb. İndi isə məhkəmələrdən şikayətə Məhkəmə Hüquq Şurasının (MHŞ) baxmalı olduğunu vurğulayır. MHŞ isə məhkəməyə müraciətə qadağa qoyan, ərizələrin qəbulundan belə imtina edən Bakı İnzibati Məhkəməsinə (BİM) “gözün üstə qaşın var” da demir. Şuranın sektor müdiri Kərəm Hüseynli ali dövlət hakimiyyəti orqanlarından MHŞ-ya gələn məhkəmə qərarlarının icrasına qadağa qoyulmasından, tələbkarln verdiyi  ərizələrin qəbulundan imtina olunmasından   şikayətlərə 02.12.2025-ci ildə baxıldığını bildirib. Və “müəyyən edib” ki, MƏHKƏMƏ QƏRARININ İCRASI İLƏ ƏLAQƏDAR BAKI İNZİBATİ MƏHKƏMƏSİNƏ göndərilən ərizələr “Elektron məhkəmə” informasiya sisteminin ELEKTRON İDDİALARIN VERİLMƏSİ üçün NƏZƏRDƏ TUTULMUŞ ALTSİSTEMİ (?-M. B.) ilə göndərildiyindən, QƏBULUNDAN İMTİNA EDİLMİŞ və bu barədə MƏHKƏMƏ tərəfindən MƏKTUBLA (?-M. B.) cavab verilmişdir.”

MHŞ rəsmisinin tələbkarın məhkəmə qərarının icrasını tələb edən iddialarının mümkünsüz sayılmasını MƏHKƏMƏYƏ DÜZGÜN MÜRACİƏT ETMƏMƏKLƏ izah etməsini özəl vurğulamasını bir yana qoyaq. Axı, 1-cisi, İPM-ində , MPM-indətələbinə görə, “Elektron məhkəmə” sisteminin tətbiq olunduğu məhkəmələrdə bütün sənədlər, ərizələr, şikayətlər ELEKTRON KABİNET vasitəsilə verilir, qəbul edilir; həmin sənədlərin başqa cür verilməsi tələb oluna bilməz. 2-cisi, “Elektron məhkəmə” sistemindən istifadə qaydalarını elə MƏHKƏMƏ HÜQUQ ŞURASI ALİ MƏHKƏMƏ İLƏ BİRLİKDƏ MÜƏYYƏN EDİB. Belə çıxır, MHŞ özünün müəyyən etdiyi qaydaları tanımır?! 3-cüsü, məhkəməyə hansı yolla daxil olmasından asılı olmayaraq, ərizə həmin gün hökmən qeydə alınıb icraata qəbul edilməlidir. Bu qaydanı BİM rüşvətdən görməzliyə qoyur, bəs MHŞ-ya nə gəlib, o da görmür, bilmir? 4-cüsü, məhkəmə qərarının icrasına verilən ərizələr 8-1 kodu ilə qeydə alınmalıdır, ərizənin düzgün verilməməsi “izahı” ilə məhkəmə qərarının icrasının mümkün sayılmaması yolverilməzdir. Nədən ərizə, iddia düzgün verilmədikdə  məhkəmə“izah” yox, İPM-in 13 və 48-ci maddələrinə uyğun olaraq hüquqi yardım etməlidir və düzgün iddianı alıb, işə mahiyyəti üzrə baxmalıdır.  Məhkəmə də, Məhkəmə Şurası da iddianı düzgün olmaması əsası ilə MÜMKÜN SAYMAMAQDA düzgün etmirlər. Ən başlıcası, tələbkardan tələb olunub ki, dəftərxanaya icra icraatı haqqında ərizə versin və 6 aydır məhkəməyə əlbəəl verilən ərizələr də qeydə alınmır. Halbuki İPM-in  , Ali Məhkəmə Plenumunun inzibati məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında formalaşdırdığı məhkəmə təcrübəsi tələbi tələbkar ərizə vermədikdə belə, məhkəmənin xidməti vəzifəsinə görə İCRA HAQQINDA QƏRARDAD çıxarmalı olmasını, icranı səlahiyyətli orqana- Ədliyyə Nazirliyinə tapşırmasını təsbit edir.

Məhkəmə Hüquq Şurasının məhkəməyə müraciətə qadağa qoyan Bakı İnzibati Məhkəməsinin Konstitusiyaya hörmətsizliyini saxta əsasla müdafiə etməsinin qaynağı bəlli deyil. BİM-in özbaşınalığının borcluların rüşvətindən qaynaqlandığını məntiq elmi sübut edir, bəs MHŞ-nın bu rüşvət bazarlığına qiymət verməməsini necə izah edək? Yoxsa borclunun rüşvəti məhkəməni də, Şuranı da xidməti borcundan imtina etdirir?

Görək baş prokurorluq, ombudsman, ədliyyə qurumu məhkəmə qərarının icrasına, məhkğməyə müraciətə qadağaya, kobud Konstitusiya pozuntusuna son qoyacaq? Hələ ki ən başlıca hüquq müdafiə vasitəsinə məhkəmə müdafiəsi, hüquqi yardım hüququna qadağa qüvvədədir . Və Məhkəmə Hüquq Şurası bu qadağanı düzgün sayır…

Məğrur Bədəlsoy

P. S. 20.06.2016-cı il tarixli mənzillə növbədənkənar təmin olunma barədə məhkəmə qərarının icraya yönəldilməsinə tələbkarın verdiyi ərizə 28.08.2018-ci ildə 8-1(81)-15/2018 nömrəsi ilə qeydə alınıb. Qərarı çıxaran Şərafət Məmmədova  (7 ildir  Bakı Apellyasiya Məhkəməsində qərəzli hakimliyini sürdürür) qərəzlə icraya qadağa qoyub, qərardadla icradan, izahdan imtina edib. Bu qərardadın çıxarıldığı iş 2025-ci ilin mayında elektron kabinetdə yerləşdirilib və anında tələbkar işdə olmayan (?- BİM o qədər özbaşınalıq edir ki, olmayan qərardadları Konstitusiya aktı kimi tətbiq edir) qərardaddan apellyasiya şikayətini kabinetdən təqdim edib. BİM PA-ya, Ombudsmana , ..  5 aylıq şikayətlərdən sonra oktyabrda şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərib. İnzibati Kollegiya (s/e Nigar Nəbizadə, Kamran Əkbərov, Mirzə Tağızadə) apellyasiya şikayətini mümkün saymayıb ki, gec verilib.(?) “Qərəzsiz”, “ədalətli”, “obyektiv” məhkəmə araşdırmasına baxın, işdə qərardadın özü yoxdur, di gəl yuxarı instansiya bu “yoxsulluğa” qiymət vermək əvəzinə, “həmkarlıq ŞƏRAFƏTİ” ilə şikayəti mümkün saymır. Görəsən, MHŞ bu mümkünsüzlüyə nə deyəcək? Axı, gec də olsa, məhkəmə qərarının icrası məcburidir.

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri