Icma.az
close
up
RU
Bakı İrəvana 3 milyardlıq mal göndərmişdi, pulsuz. Kimin göstərişi ilə?

Bakı İrəvana 3 milyardlıq mal göndərmişdi, pulsuz. Kimin göstərişi ilə?

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Astanada Prezident İlham Əliyevin verdiyi tarixi bəyanat dünyada böyük əks-səda doğurdu. Ölkə başçısı qeyd etdi ki, Ermənistana qoyulan tranzit məhdudiyyətləri aradan qaldırılıb. İlk belə addım Qazaxıstan taxılının daşınması olub. Açıqlama İrəvanda yüksək razılıqla qarşılandı, Paşinyan qərarı alqışladı, ölkə başçımıza təşəkkür etdi, lap elə indi Türkiyə və Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazır olduqlarını bildirdi.

Bakupost.az xəbər verir ki, bu sözləri millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

“Doğrudan da 3 əsrlik düşmənçilik və 30 illik işğaldan sonra iki xalq arasında yaranan kövrək əlaqələr tarixi dönüş nöqtəsidir. Bəli, Vətən müharibəmiz təkcə torpaqlarımızın azadlığı deyil, həm də bütün regional kommunikasiyaların açılması uğrunda aparılırdı. İlham Əliyev həmin məqsədləri gerçəyə çevirir, Vaşinqton sülh gündəliyini irəli aparır, İrəvanı qarşıdırma və ərazi iddialarından çıxarır, dinc qonşuluq münasibətləri üçün zəmin yaradır.

Azərbaycan və Ermənistan parlament sədrlərinin Cenevrədə mühüm görüşü, vətəndaş cəmiyyəti təmsilçilərimizin İrəvana səfəri dövlətimizin sülh və etimad quruculuğunda möhkəm iradəsini göstərir. İki xalqın düşmənçiliyindən qazanan keçmiş imperiya varislərinin Bakı-İrəvan arasında yaranan barışı alqışlamaması təəccüblü deyil.

Düz 22 il əvvəl, Strasburqda Robert Köçəryan “azərbaycanlılar və ermənilər etnik cəhətdən bir yerdə yaşaya bilməzlər” deyərkən, əsrlərlə müharibə aparan almanlar və fransızlar irqçi bəyanatı pisləmədilər. Halbuki əbədi düşmənçilik, köçaryanları haqlı çıxarar. Ona yol vermək olmaz!

Əlbəttə, 30 illik məhrumiyyətləri, 23 min şəhidimizin müqəddəs qanını heç vaxt unuda bilmərik, lakin müharibəni uduzan erməni xalqının 54 faizi, yəni 700 min nəfəri hazırki Baş nazirə səs veribsə, məğlubiyyətlərini və birgəyaşayışı qəbul ediblər. Deməli, ermənilərin ən azı yarısı, “bir günüm də türklərlə mübarizəsiz olmasın” deyən faşist Njdenin ideoloğiyasından xilas olublar.

Ölkə rəhbəri dəfələrlə bəyan edib ki, işğal və təcavüz cənubi Qafqazı inkişafdan geri qoyub.

Xatırladaq ki, 1987-ci ildə münaqişə yenicə başlayanda Azərbaycan Ermənistana 388 min ton benzin, 375 min ton dizel, 1.8 milyon ton mazut, kimya və metallurgiya məhsulları ixrac edirdi. Özü də SSRİ Plan Komitəsinin qərarına görə, demək olar, pulsuz. Halbuki, indiki qiymətlə 3 milyard dollardan çox edir.

Əgər bölgədə barış olarsa, cəmi 15 il sonra region görünməmiş inkişafa qovuşacaq, 2 milyona qədər yeni iş yeri açılacaq, 16 milyon əhalisi olan vahid məkan yaranacaq, sürətlə silahlanmaya çəkilən xərclər milli həyatın başqa sahələrinə qoyulacaq.

Unutmayaq ki,100 il qabaq böyük Üzeyir bütün qafqazlıları sülhə çağırırdı.

Xalqımız qalıcı barışın tərəfdarıdır. Çünki tarixən İrəvan azərbaycanlı kimliyini Bakı ilə birgə əks etdirib.

Qarabağın azadlığı, regionda sülh deməkdir. İndi xalqların müharibədən yox, barışdan qazanmasının vaxtıdır”.

Asena,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see120

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri