Moskva Bakı ilə İrəvana təşəkkür etdi
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskva Rusiyanın BMT Baş Assambleyasına hər il təqdim etdiyi və nasizmin qəhrəmanlaşdırılmasına qarşı yönəlmiş qətnaməyə dəstəyə görə Bakı və İrəvana minnətdardır.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Cənubi Qafqaz ölkələri, eləcə də postsovet məkanının digər dövlətləri arasında münasibətlər güclü tarixi təmələ əsaslanır.
Kalugin qeyd edib ki, keçmiş SSRİ xalqlarının elm, sənayeləşmə, kosmosun mənimsənilməsi, idman və sosial sahələrdə birgə əldə etdiyi nailiyyətlər bütün xalqların səyləri nəticəsində formalaşıb. Onun sözlərinə görə, ümumi dəyərlər və mədəni ənənələr, eləcə də xalqlararası ünsiyyət dili olan rus dili mühüm birləşdirici amillər olaraq qalır.
"Rusiyanın BMT Baş Assambleyasına hər il təqdim etdiyi, nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə mövzusunda qətnaməyə dəstəyə görə Bakı və İrəvana minnətdarıq”, - deyə Kalugin bildirib.
Kaluginin sözlərinə görə, Rusiya XİN-i, aidiyyəti qurumlar, elmi və akademik strukturlar vasitəsilə regionda birgə layihələrin həyata keçirilməsini genişləndirir.
O bildirib ki, Cənubi Qafqaz dövlətlərindən olan tədqiqatçıların Rusiyadakı arxiv materiallarına çıxışının təmin edilməsi istiqamətində də tədbirlər görülür.
“Biz tərəfdaşlarla birgə işi, məsələn, tarixçilərin birgə komissiyaları, ekspert konfransları və seminarların keçirilməsi formatında davam etdirməyə yönəlmişik. Bu, bu istiqamətdə əməkdaşlığın çərçivəsini genişləndirməyə kömək edə bilər”, - deyə diplomat əlavə edib.
Baxış sayı:67
Bu xəbər 07 Oktyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















