Bakı KTM in təşkilatçılığı Azərbaycan media nümayəndələri ilə görüş keçirildi FOTOLAR
Icma.az bildirir, Tribuna portalına istinadən.
Bakı KTM-in təşkilatçılığı, TİKA və Yunus Əmrə İnstitutunun iştirakı ilə Azərbaycan media nümayəndələri ilə görüş keçirildi.
Tribunainfo.az xəbər verir ki, 23 avqust tarixində “Tarık Usta” restoranında baş tutan tədbirdə Azərbaycan mətbuat nümayəndələri ilə səmərəli görüş təşkil olunub. Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Muhittin Macit, Egedeniz PR agentliyinin rəhbəri Serdar Keskin, Yunus Əmrə İnstitutunun nümayəndəsi Hüseyn bəy, TİKA Bakı nümayəndəliyinin rəhbəri Hayrettin Özçelik, Egedeniz PR agentliyinin Azərbaycan üzrə təmsilçisi Aynur Allazova, eləcə də ölkənin aparıcı media qurumlarından olan 20-yə yaxın jurnalist iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan–Türkiyə mədəni və turizm əlaqələrinin mövcud vəziyyəti, inkişaf perspektivləri və yeni əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. İki qardaş ölkə arasında informasiya və təbliğat sahəsində körpü rolunu oynayan azərbaycanlı jurnalistlərin fəaliyyətinə yüksək qiymət verilib, onların əməkdaşlığa verdiyi töhfələr üçün xüsusi minnətdarlıq ifadə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 25 Avqust 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















