Icma.az
close
up
RU
Bakı Marafonu 2025 : Emosiyalarla dolu yarış Maraqlı anların FOTOLARI

Bakı Marafonu 2025 : Emosiyalarla dolu yarış Maraqlı anların FOTOLARI

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən ənənəvi Bakı Marafonu başa çatsa da, yaşanan müsbət emosiyalar, maraqlı anlar hələ uzun müddət iştirakçıların yaddaşında qalacaq.

Oxu.Az xəbər verir ki, budəfəki marafon həm də rekord iştirakçı sayı ilə yadda qaldı. "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçmişdi.

Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələr - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən qoşulanlar oldu.

Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak ediblər.

Start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edib.

"Küləyə qalib gəl" şüarı ilə keçirilən marafonun qalibləri: Kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub.

Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb. ​​​​​

Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.

Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar. Finiş xəttini keçən ilk 2000 iştirakçı da "Bakı Marafonu 2025"in medalları ilə mükafatlandırılıb.

Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə finiş xəttini ilk keçən tələbələr arasında "Gənc ol" (Azercell), eləcə də "Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı", "Finiş xəttini ilk keçən korporativ iştirakçı" nominasiyalarında da mükafatlar təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 May 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see166

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see126

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see122

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see121

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri