Icma.az
close
up
RU
Bəzi dairələrin Cənubi Qafqazda süni gərginlik yaratmaq imkanları məhdudlaşır Politoloq

Bəzi dairələrin Cənubi Qafqazda süni gərginlik yaratmaq imkanları məhdudlaşır Politoloq

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Azərbaycanın Ermənistanla neft məhsullarının tədarükünə başlaması iki dövlət arasında siyasi münasibətlərə yeni dinamika gətirib. Bu, eyni zamanda iqtisadi münasibətlərin bərpası baxımından da mühüm bir addımdır”
Bunu Demokrat.az-a açıqlamasınsa politoloq Məhəmməd Əsədullazadə bildirib.
O deyib ki, yekun sülh müqaviləsi istiqamətində gedən proseslərə əlavə təkan verir:
“Beləliklə, qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Görünür ki, Ermənistan artıq reallıqlarla barışaraq Azərbaycanla ikitərəfli danışıqlara üstünlük verməyə başlayıb. Bu isə onların siyasi və iqtisadi baxımdan ciddi dividendlər əldə etməsinə səbəb olur. Xüsusilə, Ermənistanın Rusiya təsirindən tədricən uzaqlaşması regionda — Cənubi Qafqazda — sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu, Ermənistanın forpost vəziyyətindən çıxmasına şərait yaradır. Azərbaycanın Ermənistana neft tədarükü uzunmüddətli və dayanıqlı sülhün təmininə, sülh razılaşmasının imzalanmasına şərait yaradacaq. Bununla yanaşı, Ermənistanın Zəngəzur dəhlizinin açılması və bu istiqamətdə konkret işlərin başlanması ehtimalı artır. Gözlənilir ki, Ermənistan Konstitusiya referendumu yolu ilə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaları da sənəddən çıxaracaq”.
O deyib ki, Azərbaycanın bu jesti Ermənistan tərəfindən də müsbət qarşılanır:
“Təsadüfi deyil ki, Ermənistan Baş naziri müxtəlif beynəlxalq tədbirlərdə və konfranslarda çıxış edərək Azərbaycan Prezidentinə Ermənistanı blokadadan çıxardığı və neft tədarükünə başladığı üçün təşəkkürünü ifadə edir. Bütün bu proseslər göstərir ki, regionda müsbət dəyişikliklər baş verir və artıq həm Rusiya, həm də bəzi Avropa dairələrinin Cənubi Qafqazda süni gərginlik yaratmaq imkanları məhdudlaşır. Azərbaycan-Ermənistan münasibətlərindəki bu irəliləyiş regional təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm bir mərhələdir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri