Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bakı Media Forumu nə ilə yadda qaldı? RƏYLƏR

Bakı Media Forumu nə ilə yadda qaldı? RƏYLƏR

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Noyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası çərçivəsində türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını gücləndirməyə həsr olunmuş Media Forumu təşkil edilib.Forum çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusunda təşkil olunan panel sessiyası keçirilib. Sessiyada informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə və media savadlılığı kimi strateji sahələrdə regional yanaşmaların əhəmiyyəti ön plana çıxıb.

Panel müzakirəsinə “AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edib. Sessiyada Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Qazaxıstanın “Xabar” Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir və Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı çıxış ediblər.

Müzakirələrdə süni intellekt əsaslı feyk xəbərlərin artması, dezinformasiya kampaniyalarının cəmiyyətə təsiri, media savadlılığının rolu, informasiya təhlükəsizliyinin əhəmiyyəti və peyk texnologiyalarının media ekosistemindəki yeri kimi məsələlər diqqət mərkəzində olub. Panel iştirakçıları həmçinin hüquqi mexanizmlərin təkmilləşdirilməsi, yanlış məlumatlardan qorunma ilə bağlı qanunvericilik nümunələri, ilkin mənbələrdən yayılan məlumatların saxtalaşdırılması halları və türk dövlətləri arasında media sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, müasir informasiya mühitində məlumatın etibarlılığının qiymətləndirilməsi, tənqidi düşünmə və analitik bacarıqların artırılması, rəqəmsal media tendensiyalarının operativ şəkildə mənimsənilməsi, eləcə də türk dövlətləri üzrə davamlı və təhlükəsiz media ekosisteminin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Bakupost.az -a danışan deputat Hikmət Babaoğlu bildirib ki, Türk Dövlətləri Təşkilatı bu günün, gələcəyin təşkilatıdır və Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Təşkilatla əlaqələrini daha da dərinləşdirməkdən ibarətdir:


“ Çünki Azərbaycan Prezidenti dedi ki, bizim ailəmiz türk dünyasıdır və başqa ailəmiz yoxdur. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin inzibati-siyasi sərhədləri olduğu kimi, onun təhlükəsizliyinin qorunması vacib olduğu kimi, bu təşkilatın informasiya sərhədləri də mövcuddur və onun qorunması da fiziki sərhədlərimizin qorunması qədər əhəmiyyət kəsb edir. Nəticə etibarilə, bu gün siyasi düşüncəni təyin edən ortaq identikliyi, iqtisadi inteqrasiyanı yaradan həm də informasiya məkanıdır, onun formalaşdırdığı ortaq təfəkkür və davranış qaydalarıdır. Bunu nəzərə alaraq, Türk Dövlətləri Təşkilatının informasiya sərhədləri zaman-zaman təhdidlərə məruz qalır və indiki qlobal informasiya dönəmində ölkələr öz informasiya sərhədlərini, informasiya təhlükəsizliklərini təkbaşına təmin edə bilmirlər. Ona görə də mən düşünürəm ki, ortaq cəhdlər daha səmərəli nəticələrə gətirib çıxara bilər. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin məhz bunu nəzərə alaraq informasiya təhlükəsizliyinə qarşı ortaq mübarizə metodlarını müəyyənləşdirmələri olduqca mühüm bir hadisədir və hər bir üzv ölkənin təhlükəsizliyi baxımından çox aktualdır”.

Mövzu ilə bağlı Bakupost.az- a açıqlamasında deputat Elçin Mirzəbəyli bildirib ki, panel sessiyası müasir informasiya təhlükəsizliyinin ən kritik məqamlarını gündəmə çıxaran mühüm platforma kimi qiymətləndirilə bilər:


“Hazırkı qlobal vəziyyətdə informasiya müharibələri, dezinformasiya kampaniyaları, süni intellektlə yaradılmış saxta kontent və sosial şəbəkə manipulyasiyaları dövlətlərin suverenliyinə, ictimai sabitliyə və cəmiyyətlərin psixoloji dayanıqlığına ciddi təhlükə yaradır. Bu təhlükələrin yalnız hərbi-siyasi deyil, həm də sosial-psixoloji, iqtisadi və ideoloji ölçüləri var. Panel sessiyası göstərdi ki, informasiya məkanında baş verən proseslər artıq lokal hadisələr kimi deyil, qlobal miqyaslı hibrid təhdidlər kimi qiymətləndirilməlidir və Türk dövlətləri qarşısında duran əsas vəzifə bu təhdidlərə qarşı kollektiv dayanıqlılıq formalaşdırmaqdır.

Türk dövlətləri ortaq dil, tarixi yaddaş və strateji hədəflərə malik olduqları üçün media müstəvisində də əməkdaşlığın sistemli xarakter alması zəruridir. Paneldə vurğulanan ən mühüm istiqamətlərdən biri faktçekinq üzrə ortaq mexanizmlərin yaradılması, dezinformasiya xəritəsinin operativ şəkildə paylaşılması və media məhsullarının qarşılıqlı mübadiləsinin genişləndirilməsidir. Bu əməkdaşlıq təkcə informasiya mübadiləsini deyil, həm də rəqəmsal təhlükəsizlik protokollarının unifikasiyasını, sosial şəbəkə hücumlarına qarşı ortaq müdafiə standartlarının formalaşdırılmasını nəzərdə tutur. Bu baxımdan Azərbaycanın təcrübəsi xüsusi önəm daşıyır. Son illərdə ölkəmizin informasiya müharibələrində qazandığı təcrübə, 44 günlük müharibədən sonra rəqəmsal media infrastrukturunun gücləndirilməsi və koordinasiyalı dövlət–media əməkdaşlığı Türk dövlətləri üçün real model kimi qəbul edilə bilər”.

Millət vəkilinin sözlərinə görə, paneldə müzakirə olunan preventiv addımlar üç əsas istiqamətdə cəmlənir:

“Texnoloji dayanıqlılıq, normativ-hüquqi mexanizmlər və insan kapitalının gücləndirilməsi. Texnoloji sahədə süni intellektlə yaradılan saxta kontentə qarşı analitik sistemlərin qurulması, kibertəhlükəsizlik üzrə ortaq platformaların yaradılması xüsusi əhəmiyyət daşıyır. Normativ çərçivədə isə dezinformasiyaya qarşı milli qanunvericiliyin çevik hala gətirilməsi, media etikası standartlarının yaxınlaşdırılması və beynəlxalq platformalarla koordinasiyanın gücləndirilməsi mühüm məqamlardan biri hesab oluna bilər. İnsan kapitalı istiqamətində jurnalistlərin peşəkar hazırlığı, gənc media mütəxəssisləri üçün ortaq təlim proqramları və yeni media texnologiyaları üzrə regional ekspert şəbəkələrinin yaradılması da vacib amillər kimi dəyərləndirilməlidir

Panelin strateji mesajlarından biri də Türk dövlətlərinin artıq yalnız informasiya hücumlarına qarşı müdafiə edən deyil, qlobal informasiya siyasətini formalaşdıran aktora çevrilməsi ilə bağlıdır. Bu, həm qlobal medianın gündəmində Türk dünyasının vahid mövqeyinin güclənməsinə, həm regional təsir imkanlarının artmasına, həm də informasiya balansında yeni geosiyasi mövqeyin formalaşmasına şərait yaradır. Bakı paneli, mahiyyət etibarilə, Türk dövlətlərinin informasiya təhlükəsizliyində vahid konseptual yanaşmaya doğru irəlilədiyini təsdiqləyir və bu istiqamətdə institusional, strateji və texnoloji əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini göstərir. Bu koordinasiya modeli müasir informasiya müharibələrinin mürəkkəbləşdiyi, qlobal təhdidlərin sürətlə dəyişdiyi dövrdə Türk dövlətlərinin dayanıqlılığını təmin edən əsas dayaq nöqtəsi sayıla bilər”.

Forum barədə Bakupost.az-a fikirlərini bölüşən Azərbaycan televiziya tədqiqatçısı, professor Qulu Məhərrəmli bildirib ki, bütün hallarda belə tədbirlərin keçirilməsi çox vacibdir:


“Bir tərəfdən türk dövlətlərinin media sisteminə yaxınlaşması, müəyyən infrastrukturların formalaşması, informasiya mübadiləsi, bu və ya başqa hadisələrin işıqlandırılması ilə bağlı vahid prinsiplərin müəyyənləşdirilməsi çox vacibdir. İkinci tərəfdən, əlbəttə ki, media elə bir platformadır ki, cəmiyyətləri yaxşılaşdıra bilir, bir-birləri haqqında bilgilər verir, informasiya mübadiləsini sürətləndirir və hazırda yaxınlaşma prosesinə xüsusi təkan verir. Bu baxımdan hesab edirəm ki, belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti var və bu, Azərbaycan mediasının da bəhrələnməsinə imkan yaradacaq”.

Mövzu ilə bağlı Bakupost.az -a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, Bakıda təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu türk dünyasında informasiya əməkdaşlığının institusional çərçivədə möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır və həm peşəkar media dialoqu, təcrübə mübadiləsi üçün şərait yaradır, həm də türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasını gücləndirən kommunikasiya platforması rolunu oynayır:


“Forumda iştirak edən nümayəndə heyətləri informasiya siyasətində ortaq mövqelərin müəyyənləşdirilməsi, vahid media məkanının inkişafına yönəlmiş müzakirələr apardılar. Bu tendensiya dövlətlərimiz arasında operativ və etimadlı xəbər mübadiləsini təmin etməklə yanaşı, regionumuzda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, yaşadığımız dövrdə beynəlxalq informasiya məkanında rəqabət sərtləşir, informasiya manipulyasiyaları çoxalır, dezimfomasiya yayımı təhlükəli hal alır. Belə bir məqamda türk dövlətlərinin ortaq mövqedən çıxış etməsi onlar üçün qlobal informasiya məkanında daha effektiv iştirak imkanı yaradır. Bakı Media Forumu bütün bu ideyaların müzakirə olunması, ideyaların gerçəkləşdirilməsi yolunda vasitələrin tapılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Təsadüfi deyil ki, Forumda müzakirəyə çıxarılan mühüm istiqamətlərindən biri də dezinformasiya ilə mübarizə, rəqəmsal təhlükəsizlik və kiberrisklərin azaldılması üzrə vahid yanaşmaların formalaşdırılmasıdır. Bu sahədə əməkdaşlığın gücləndirilməsi türk dövlətlərinin informasiya suverenliyinin qorunması, ictimai rəyin manipulyasiyadan müdafiə olunması və rəqəmsal ekosistemin təhlükəsizliyi üçün zəruri addımdır”.

Lalə Novruz, BakuPost


QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Noyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see191

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see168

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see147

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see140

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri