Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

XIII Qlobal Bakı Forumu İlham Əliyevin mühüm mesajları ilə yadda qaldı

XIII Qlobal Bakı Forumu İlham Əliyevin mühüm mesajları ilə yadda qaldı

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda keçirilən XIII Qlobal Bakı Forumu müasir dünyada baş verən geosiyasi proseslərin, beynəlxalq münasibətlər sistemində formalaşan yeni reallıqların və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan Forumda iştirak edən Prezident İlham Əliyevin çıxışı mövcud çağırışlara dair mühüm məqamları əhatə etməklə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli mesajlarla yadda qalıb.

Hazırkı mərhələdə dünyada baş verən hadisələr təhlükəsizlik, sabitlik və müdafiə məsələlərinin hər bir dövlət üçün bir nömrəli prioritetə çevrildiyini göstərir. Çünki bu fundamental amillər olmadan davamlı sosial-iqtisadi inkişafdan danışmaq mümkün deyil. Müasir dövrdə yeni gərginlik ocaqlarının yaranması, uzunmüddətli münaqişələrin davam etməsi və beynəlxalq hüququn bəzi hallarda lazımi səviyyədə tətbiq olunmaması qlobal təhlükəsizlik sistemini ciddi sınaq qarşısında qoyur. Forumun gündəliyi geniş mövzuları əhatə etsə də, müzakirələr zamanı regionda və dünyada mövcud olan vəziyyət xüsusi diqqət mərkəzində olub. Bu amillər isə qlobal sabitliyin qorunmasının beynəlxalq ictimaiyyət üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha göstərir.

Prezident İlham Əliyev çıxışında regional təhlükəsizliyin Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olduğunu qeyd edib. Uzun illər davam edən işğal dövründə sülhün təmin olunması və suverenliyin bərpası əsas məqsəd kimi müəyyən olunub. Bu məqsədə nail olmaq isə uzun və mürəkkəb prosesdən keçib. Təxminən 30 il ərzində ərazinin təqribən iyirmi faizinin işğal altında qalması regionda təhlükəsizlik və sabitliyə ciddi təhdid yaradıb. Həmin dövrdə beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icra olunmaması beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunduğunu açıq şəkildə göstərib. Buna baxmayaraq, ölkə öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək istiqamətində qətiyyətli mövqe nümayiş etdirib.

Suverenliyin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həyata keçirilib. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ bu prosesin hüquqi əsasını təşkil edib. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi müasir tarixdə mühüm hadisələrdən biri kimi dəyərləndirilir. 2023-cü ilin sentyabr hadisələrindən sonra başlayan proses nəticəsində 2025-ci ilin avqustunda sülhün əldə olunması normallaşmanın gözləniləndən daha sürətli baş verdiyini göstərir. Bu nəticə güclü siyasi iradənin mövcudluğu və müharibənin sonsuza qədər davam edə bilməyəcəyinin dərk olunması sayəsində mümkün olub. Hazırda sülh şəraitində yaşanması regionda sabitliyin möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq: “Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi”.

Ermənistan istiqamətində malların daşınmasına qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılıb və ticarət əlaqələri bərpa olunub. Hətta bu ölkə üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başlanması sülhə sadiqliyin bariz nümunəsidir. Həmin addımlar göstərir ki, məqsəd yalnız qısamüddətli sabitlik deyil, uzunmüddətli və davamlı sülhün təmin edilməsidir. Bu siyasət regionda qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

Müasir dünyada enerji resurslarının sabit və etibarlı şəkildə tədarük olunması bir çox dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Qlobal enerji bazarında baş verən dalğalanmalar həm istehlakçı, həm də istehsalçı dövlətlər üçün müxtəlif risklər yaradır. Bu kontekstdə OPEC+ çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Tarazlı və proqnozlaşdırıla bilən enerji bazarının formalaşdırılması üçün məsuliyyətli siyasətin aparılması vacib hesab olunur. Enerji ixracının coğrafiyasının genişlənməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Qısa müddət ərzində qaz ixrac edilən dövlətlərin sayının artması enerji əməkdaşlığının miqyasının genişləndiyini göstərir. Dövlətimizin başçısının çıxışında vurğuladığı kimi, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir: “İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək”.

Müasir dövrdə nəqliyyat və logistika sahəsi də böyük əhəmiyyət kəsb edib. Münaqişələr nəticəsində ənənəvi nəqliyyat marşrutlarının pozulması qlobal tədarük zəncirlərinə ciddi təsir göstərir. Bu baxımdan nəqliyyat infrastrukturunun inkişafı və yeni logistika marşrutlarının yaradılması strateji əhəmiyyət daşıyır. Şərq–Qərb və Şimal–Cənub dəhlizləri üzrə həyata keçirilən layihələr regionun tranzit potensialını artırır və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir.

XIII Qlobal Bakı Forumu bir daha göstərdi ki, müasir dünyada mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq əsas vasitələrdir. Prezident İlham Əliyevin çıxışı təhlükəsizlik, sülh, enerji və nəqliyyat sahələrində əldə edilmiş təcrübənin beynəlxalq ictimaiyyətlə bölüşülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müasir geosiyasi reallıqlar fonunda dövlətlər arasında etimadın möhkəmləndirilməsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və konstruktiv əməkdaşlıq qlobal sabitliyin təmin olunmasının əsas şərtlərindən biri kimi çıxış edir. Bakı Forumu isə məhz bu məqsədlərə xidmət edən mühüm beynəlxalq dialoq platforması kimi öz əhəmiyyətini bir daha nümayiş etdirir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Mart 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri