Icma.az
close
up
RU
Şuşa Qlobal Media Forumu: Azərbaycanın informasiya diplomatiyasında yeni mərhələ RƏYLƏR

Şuşa Qlobal Media Forumu: Azərbaycanın informasiya diplomatiyasında yeni mərhələ RƏYLƏR

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın ev sahibliyi ilə keçirilən III Şuşa Qlobal Media Forumu ölkəmizin qlobal informasiya sahəsində artan nüfuzunun və strateji kommunikasiya siyasətinin aydın nümunəsi oldu.

Tədbirə 50-dən çox ölkədən 140-dan artıq xarici qonaq, 30-dan çox informasiya agentliyi, 80 media qurumu və 7 beynəlxalq təşkilat qatıldı və böyük maraqla qarşılandı. Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal media məkanında söz sahibi olan güclü aktordur.

Dövlət başçısının forumdakı nitqi informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, medianın müasir çağırışlara uyğunlaşması və jurnalistlərin rolunun gücləndirilməsi kimi əsas mövzuları əhatə etdi.

O, çıxışında dünya miqyasında baş verən informasiya savaşlarına toxunaraq, yanlış və qərəzli məlumatların qarşısını almaq üçün media subyektləri arasında əməkdaşlıq, şəffaflıq və peşəkarlığın vacibliyini vurğuladı.

Üç gün davam edən forum mühüm və fundamental media məsələlərinin geniş müzakirə olunduğu qlobal dialoq platformasına çevrildi. Xankəndi, Xocalı, Füzuli, Şuşa, Laçın və Ağdamın bərpa edilən gözəlliyi və sürətlə davam edən tikinti-quruculuq işləri iştirakçılar tərəfindən böyük maraq və təəssüratla qarşılandı.

Gununsesi.info-ya danışan əməkdar jurnalist, tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli  qeyd edib ki, Prezident İlham Əliyevin forumdakı iştirakı və çıxışları beynəlxalq media gündəminin mərkəzində yer aldı:

“Sosial şəbəkələrdə “Azerbaijan”, “ShushaGlobalMediaForum” və “IlhamAliyev” həştəqləri bir sıra ölkələrdə trendə yüksəldi. Üçüncü dəfə keçirilən bu mötəbər tədbir artıq ənənəvi xarakter alaraq, Şuşanı beynəlxalq media dialoqunun strateji mərkəzlərindən birinə çevirdi.

Şuşa Beynəlxalq Media Forumu Azərbaycan üçün yaxşı düşünülmüş PR platforması oldu: burada ölkəmizin mövqeləri, proqramları və problemləri dünya ictimaiyyətinə çatdırıldı. Prezident İlham Əliyevin forumda səsləndirdiyi Ukrayna, Zəngəzur dəhlizi və digər vacib bəyanatlar Rusiyada, İranda və ABŞ-da geniş müzakirə olundu. Məncə, bəzi çətinliklərə baxmayaraq, Cənubi Qafqazda Moskvasız həyat və sülh məsələsi reallığa çevrilməkdə idi. Forum həmçinin regionda informasiya müharibələrinin qarşısının alınması və Azərbaycanın həqiqətlərinin düzgün çatdırılması üçün mühüm platforma rolunu oynadı.

Şuşa şəhərinin simvolik əhəmiyyəti, bərpa işlərinin sürəti və regionun inkişaf perspektivləri forum iştirakçılarında böyük maraq və heyranlıq doğurdu. Bu tədbir vasitəsilə Azərbaycan qlobal media məkanında öz mövqeyini gücləndirdi və gələcəyə daha inamla baxdı. Beləliklə, Şuşa Qlobal Media Forumu yalnız media dialoqu deyil, həm də bölgədə davamlı sülh və əməkdaşlıq mesajlarının yayılmasının mühüm mexanizmi kimi çıxış etdi”.

Gununsesi.info-ya danışan Teleqraf İnformasiya Agentliyinin redaktoru, təhlilçi-jurnalist Ceyhun Alışlı bildirib ki, Şuşa Qlobal Media Forumu Azərbaycanı dünyada tanıdan mühüm bir media platformasına çevrilib:

“Artıq əminliklə demək olar ki, ölkəmiz regionda informasiya diplomatiyasının və media əməkdaşlığının aparıcı ünvanına çevrilib. Bu il təşkil olunan III Forumun Xankəndi şəhərində başlaması isə həm siyasi, həm də simvolik baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Bu, onu göstərirdi ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yalnız bərpa və inkişaf işləri aparmaqla kifayətlənmir, bu torpaqları həm də qlobal dialoq, əməkdaşlıq və media mübadiləsinin mərkəzinə çevirir.

Forumun builki mövzusu – “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” – qlobal informasiya gündəminin əsas çağırışları ilə üst-üstə düşürdü. Burada süni intellektin medianın gələcəyinə təsiri, dezinformasiya və saxta xəbərlərlə mübarizə, informasiya təhlükəsizliyi və rəqəmsal dövrün yaratdığı yeni imkanlar geniş müzakirə olundu.

Hesab edirəm ki, Şuşa Qlobal Media Forumu yalnız Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaqla kifayətlənmir, eyni zamanda beynəlxalq jurnalistika üçün mühüm bir platforma rolunu oynayır”.

Jurnalist vurğulayıb ki, dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər, media menecerləri və beynəlxalq təşkilatların nümayəndələri Qarabağın bərpası, regionda formalaşan yeni reallıqlar və Azərbaycanın informasiya siyasəti ilə yaxından tanış oldular:

“Onların hazırlayacağı reportaj və məqalələr vasitəsilə Azərbaycanın sülh çağırışları, Qarabağın dirçəlişi və ölkəmizin inkişaf modeli dünya ictimaiyyətinə daha geniş şəkildə təqdim olunacaq. Bu proses, eyni zamanda əvvəlki Forumların yaratdığı dinamikanı da aydın şəkildə göstərir.

I Şuşa Qlobal Media Forumunda dünyanın 34 ölkəsinin dövlət informasiya agentlikləri, 12 beynəlxalq təşkilat və media qurumu iştirak etmişdi. II Forum isə daha geniş auditoriyanı əhatə etdi – 30-a yaxın ölkənin informasiya agentlikləri, 3 beynəlxalq təşkilat və 82 media qurumu tədbirə qatıldı. III Forum isə həm məzmun, həm də məkan baxımından fərqli bir mərhələ oldu. Forumun Xankəndidə başlaması, Azərbaycanın Qarabağı təkcə iqtisadi və sosial baxımdan deyil, informasiya və diplomatik əməkdaşlıq baxımından da strateji mərkəzə çevirdiyini göstərir.

Ənənəvi olaraq, bu forumların açılışında çıxış edən Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırır, Azərbaycanın informasiya müharibəsində tutduğu mövqeyi, regionda formalaşdırdığı yeni reallıqları və medianın bu prosesdəki rolunu xüsusi olaraq vurğulayır.

Bu dəfə də dövlət başçısı qeyd etdi ki, Azərbaycan mediasının inkişafı, jurnalistlərin peşəkar hazırlığının gücləndirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi ölkənin informasiya suverenliyi baxımından strateji əhəmiyyət daşıyır. Prezidentin media ilə açıq və səmimi dialoqu, jurnalistlərin suallarına birbaşa cavab verməsi dövlətin bu sahəyə verdiyi önəmin və şəffaf siyasətinin bariz nümunəsidir.

Hər zamankı kimi, cənab Prezidentin xarici media nümayəndələrinin beynəlxalq gündəmlə bağlı suallarını geniş şəkildə cavablandırması tədbir iştirakçıları arasında xüsusi maraq və heyranlıqla qarşılandı”.

Ceyhun Alışlı hesab edir ki, III Şuşa Qlobal Media Forumu yerli jurnalistlər üçün mühüm imkanların yaradılması baxımından da əhəmiyyətlidir:

“Hesab edirəm ki, yerli jurnalistlərin xarici həmkarları ilə təcrübə mübadiləsi aparması, peşəkar bacarıqlarını inkişaf etdirməsi və beynəlxalq media şəbəkələrinə qoşulması baxımından bu Forumu olduqca əhəmiyyətli saymaq olar. Bu, həm onların fərdi inkişafı, həm də Azərbaycanın mövqeyinin dünyaya daha dolğun və obyektiv şəkildə çatdırılması üçün vacibdir.

Forumda dünyanın nüfuzlu media qurumlarının nümayəndələrinin iştirakı ölkəmiz üçün əlavə strateji üstünlüklər yaratdı. Onların hazırlayacağı materiallar vasitəsilə Qarabağın yenidən dirçəlişi, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri, müstəqil inkişaf modeli qlobal auditoriyada daha geniş rezonans doğuracaq.

Fikrimcə, Şuşa Qlobal Media Forumu tədricən təkcə peşəkar jurnalistlərin müzakirə platforması deyil, eyni zamanda Azərbaycanın Qarabağda yaratdığı yeni reallığın beynəlxalq tribunasına çevriləcək. Xankəndidə keçirilən III Forum bir daha sübut etdi ki, Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməyib, eyni zamanda azad olunmuş torpaqları sülh, inkişaf və beynəlxalq əməkdaşlığın mərkəzi kimi dünyaya təqdim edir. Tədbirin ən önəmli tərəfi də məhz bu idi.

Bütün bunları nəzərə alaraq demək olar ki, Prezident İlham Əliyevin liderliyi ilə Şuşa və Xankəndidə keçirilən bu kimi tədbirlər Azərbaycanı dünyaya açılan informasiya və əməkdaşlıq mərkəzinə çevirir”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Hacıbəy Heydərlinin fikrincə, III Şuşa Qlobal Media Forumu təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir:

“Azərbaycan hazırda regionun aparıcı ölkəsi olmaqla yanaşı, həm siyasi, həm də iqtisadi sahələrdə dünyada ön planda olan ölkələrdən biridir. Ölkəmiz qlobal aktuallarda mühüm rol oynayır və dünya siyasətində özünəməxsus yer tutur. Prezident İlham Əliyevin üç saata yaxın müddətdə müxtəlif beynəlxalq media qurumlarının suallarına verdiyi cavablar yalnız Azərbaycana deyil, eyni zamanda dünya səviyyəsində aktual mövzulara işıq saldı və bu, dünya mediası üçün böyük əhəmiyyət kəsb etdi.

Şuşa Qlobal Media Forumunda təkcə cənab prezidentin jurnalistlərin suallarını cavablandırması yox, həm də dünya mediası üçün ən aktual mövzuların və problemlərin müzakirəsi həyata keçirildi. Forum çərçivəsində keçirilən panellərdə əsasən informasiya texnologiyaları, dezinformasiyaya qarşı mübarizə, saxta xəbərlər və süni intellektin gələcək inkişaf istiqamətləri müzakirə olundu.

Şuşa Qlobal Media Forumunda müzakirə olunan mövzular göstərdi ki, Azərbaycan təkcə lokal səviyyədə deyil, ümumilikdə qlobal məsələlərdə də önəmli rol oynayır. Azərbaycan Prezidenti üçün dünyanı düşündürən bu mövzular əsas prioritetlərdən biridir.

Forumda jurnalistika, dünya mediası və informasiya sahəsində müzakirə olunan mövzular yalnız Azərbaycan üçün yox, bütün dünya ölkələri üçün böyük önəm daşıyır. Dezinformasiya, saxta xəbərlər (fake news), deepfake və süni intellekt kimi məsələlər hazırda bütün dünyada ən aktual mövzulardandır və geniş şəkildə müzakirə edilir.

Azərbaycanda müxtəlif ölkələrdən olan media mütəxəssislərinin bu mövzuları müzakirə etməsi, ətrafında diskussiya aparılması Azərbaycanın bu sahələrə nə qədər həssas yanaşdığını göstərir”.

Hacıbəy Heydərli bildirib ki, forum həm Azərbaycan mətbuatı, həm də jurnalistlər üçün  yol xəritəsi rolunu oynamalıdır:

“Cənab Prezidentin media və mediyanın gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər bütövlükdə jurnalistlərimiz üçün əsas istiqamətlərdən biri, hətta birincisi olmalıdır. Çünki Azərbaycan artıq dünyada qlobal gücə çevrilir və ən mühüm siyasi, mədəni və digər tədbirlərin keçirildiyi ölkə kimi önəmli mövqe tutur.

Belə olan halda, Azərbaycan mediyası və jurnalistləri də dünyadakı yeniliklərlə ayaqlaşmalı, qlobal proseslərdə yaxından iştirak etməli və dünya mediasına inteqrasiya olmalıdırlar. Şuşa Qlobal Media Forumu Azərbaycan jurnalistləri üçün əsas yol xəritələrindən biri oldu.

Növbəti mərhələlərdə isə düşünürəm ki, Azərbaycan mediasının nümayəndələri növbəti forumlarda öz uğurlu nümunələrini göstərəcəklər. Məsələn, Şuşa Forumunda“AnewZ” televiziya kanalının təqdimatı və kanal rəhbərinin yeni texnologiyalardan istifadə edərək təqdim etdiyi yeniliklər bunun bariz nümunəsidir.

Bütövlükdə Şuşa Qlobal Media Forumu dünya mediasına və jurnalistlərinə göstərdi ki, Azərbaycan bu qlobal proseslərdən geri qalmır. Növbəti mərhələlərdə, istər süni intellekt, istərsə də digər yeniliklər sahəsində daha geniş və şaxəli işlər ortaya qoyulacaq. Cənab Prezidentin forumda səsləndirdiyi fikirlər dünya mediasının gündəmini zəbt etdi.

Artıq Şuşa Qlobal Media Forumu dünya ölkələri tərəfindən tanınan, önəmli siyasi mesajlar verən bir platforma kimi qəbul olunur. Xüsusilə ABŞ-ın sabiq prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını paylaşması, forumun nə qədər böyük önəm daşıdığını və dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunu göstərir. Bu, bütövlükdə Azərbaycanın böyük qələbəsi kimi qiymətləndirilə bilər.

Gələcək mərhələlərdə forumun daha da nüfuzlu olacağına ümid edirik. Bütün bunların fonunda, Şuşa Qlobal Media Forumunun nə qədər əhəmiyyətli olduğu açıq şəkildə görünür”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 İyul 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see182

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see124

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see123

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see122

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see121

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see121

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see120

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see119

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see119

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see118

Azərbaycanın Avropa İttifaqı bazarında mövqeyi möhkəmlənir

29 İyul 2025 09:10see118

Orxan Sübhan: Qarabağ Boltsuz da, Yankoviçsiz də Şelburn u məğlub etmək gücündədir

29 İyul 2025 14:36see117

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see117

Qvardioladan Barselona açıqlaması

28 İyul 2025 14:47see117

Ailə üçün 10 ən yaxşı avtomobil Seçim edərkən nələrə diqqət edilməlidir?

29 İyul 2025 04:05see115

Rusiya qazı üçün nəzərdə tutulmuşdu, ilk dəfə Azərbaycan istifadə etdi

28 İyul 2025 15:43see115

Tom Kruzun yeni sevgilisi tənqidə tuş gəlib

29 İyul 2025 08:29see114

Suma: “Karyeramda böyük addım atdım”

28 İyul 2025 14:28see114

İnfarkt və insult ölüm hökmü deyil. Riskləri necə azaltmaq olar?

29 İyul 2025 19:55see113

İranı yenidən vuracağıq Tramp

28 İyul 2025 17:50see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri