Icma.az
close
up
RU
Bakı Media Mərkəzi COP29un rəsmi yayım şirkəti

Bakı Media Mərkəzi COP29un rəsmi yayım şirkəti

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Bu barədə AzVision.az -a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın peşəkar audiovizual istehsalçısı olan Bakı Media Mərkəzi dünya izləyicilərinə COP29 çərçivəsində yer alacaq qlobal iqlim fəaliyyətini canlı rejimdə onlayn izləmək imkanını yaradacaq. Konfransın hər bir anını qeydə almaq məqsədilə tədbir məkanının müxtəlif zalları, auditoriyaları, görüş otaqları və digər müxtəlif sahələrində yerləşdiriləcək müasir yayım avadanlıqları sayəsində şirkət konfrans çərçivəsində baş tutacaq bütün mühüm tədbir və müzakirələrin fasiləsiz canlı yayımını təmin edəcək.
İrimiqyaslı tədbirlərin yayımında geniş təcrübəyə malik olan Bakı Media Mərkəzi tərəfindən COP29 üçün müasir texnoloji imkanlarla yanaşı peşəkar işçi heyəti də cəlb ediləcək. Belə ki, yayımın reallaşdırılması məqsədilə şirkət tərəfindən 300-dən çox yayım mütəxəssisi cəlb olunacaq. Bakı Media Mərkəzinin COP29-la əməkdaşlığı yalnız yayım ilə məhdudlaşmayaraq, həmçinin foto və videomaterialların təmin edilməsini də nəzərdə tutur.
Rəsmi yayım şirkəti olaraq Bakı Media Mərkəzi ilə əməkdaşlıq mühüm qlobal əhəmiyyətli tədbir çərçivəsində istehsal edilən multimedia materiallarının qorunmasına dair zəmanəti də əhatə edir.
Bu tərəfdaşlıq COP29-un beynəlxalq səviyyədə yüksək standartlara uyğun media təqdimatını təmin etməklə yanaşı, konfransın ehtiva etdiyi əsas mesajları qlobal auditoriyaya effektiv və geniş miqyasda çatdırılmasına xidmət edəcək. Belə ki, bu vacib vəzifəni icra edəcək Bakı Media Mərkəzi yüksək keyfiyyətli yayım vasitəsilə tarixi məqamların əlçatan olmasını təmin etmək istiqamətində daima səy göstərdiyini bir daha nümayiş etdirir. Tərəfdaşlıq çərçivəsində şirkətin zəngin təcrübəsi, müasir yanaşması və peşəkarlığı nəticəsində COP29 konfransının dünyanın istənilən nöqtəsindən istənilən şəxs tərəfindən fasiləsiz izlənməsinə şərait yaradılacaq.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Noyabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri