Icma.az
close
up
RU
Bakı Metropoliteni və “Metro İstanbul” əməkdaşlıq imkanlarını müzakirə ediblər

Bakı Metropoliteni və “Metro İstanbul” əməkdaşlıq imkanlarını müzakirə ediblər

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AZCON Holding-in tərkibində fəaliyyət göstərən Bakı Metropolitenində “Metro İstanbul”un nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşün əsas məqsədi iki metropoliten arasında davamlı əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyalar və rəqəmsal həllər sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Bakı Metropolitenindən “APA-Economics”ə verilən məlumata görə, müzakirələr zamanı data əsaslı qərarvermə yanaşmaları(data-driven decision making), data analitikası, eləcə də real vaxt məlumatlarının işlənməsi imkanları xüsusi diqqət mərkəzində olub. Rəqəmsal texnologiyaların nəqliyyat sistemlərində tətbiqi, sərnişin axınının yönləndirilməsi və dispetçer idarəetməsində innovativ həllər kimi sahələr üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər İstanbul metrosunun son illərdəki inkişaf təcrübəsi və Azərbaycanın 2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan Dövlət Proqramı kontekstində əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.

Görüşdə həmçinin inşaat layihələrinin informasiya modelləşməsi, istismar planlaması, işarəvermə və rabitə sistemlərində müasir yanaşmalar, mühəndis qurğulara texniki xidmət və idarəetmə prinsipləri ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Bakı Metropoliteninin müxtəlif sahələrində olaraq əməliyyat prosesləri ilə yerində tanış olub, əməkdaşlığın və mütəxəssis mübadiləsinin davamlılığının vacibliyi bir daha vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Aprel 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see184

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see133

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see132

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see131

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see130

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see123

46 illik ömür...

20 İyun 2025 08:17see122

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see118

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see118

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see117

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see117

İran raketləri İsrailin cənubunu hədəfə aldı

20 İyun 2025 09:32see116

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see116

Xameneiyə sui qəsd olsa... ABŞ nədən ehtiyat edir?

20 İyun 2025 09:00see115

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see115

PSJ Braziliya klubuna məğlub oldu

20 İyun 2025 07:10see114

Nazirlik 19 milyona nələr alacaq ki? Şübhə çəkən sövdələşmə var

20 İyun 2025 09:25see114

Sakinləri narahatdır: Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?

20 İyun 2025 11:07see113

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see113

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri