Bakı Metropolitenində iş saatı uzadılacaq
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün saat 20:45-də “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
“Qafqazinfo” xəbər verir ki, matç penaltilər seriyasına qədər davam etsə, metropolitenin iş saatı uzadılacaq.
Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Ümumilikdə xüsusilə “Gənclik” stansiyasında gücləndirilmiş rejim tətbiq ediləcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça azarkeş marağı nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-nin kütləvi tədbirlər planına uyğun olaraq sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin ediləcək.
“28 May” və “Nərimanov” stansiyalarında da gücləndirmə tədbirləri həyata keçiriləcək. Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.
Gün ərzində qatarlar mövcud qrafik ilə hərəkəti davam etdirəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 25 Avqust 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















