Icma.az
close
up
RU
Bakı metrosu genişlənir: yeni xətlər, yeni keçidlər AÇIQLAMA

Bakı metrosu genişlənir: yeni xətlər, yeni keçidlər AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi istiqamətində yeni mərhələyə start verilib.

Mövvzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, bu ilin əvvəlində elan olunmuş dövlət proqramının praktik icrasına artıq başlanılıb. İlkin olaraq hansı şirkətlərin layihələndiriləcəyi müəyyən olunur və artıq ilkin işlərə də start verilib. Onun sözlərinə görə, Dərnəgül deposunun tikintisi aktiv şəkildə davam edir:

"Bu da önəmli bir layihədir. Əgər üç xəttimiz varsa, onların müstəqil fəaliyyəti üçün hər birinin ayrıca depoları və keçid stansiyaları olmalıdır ki, qatarlar minimum intervalla hərəkət edə bilsin. Düşünürəm ki, qeyd olunan layihələr mərhələli şəkildə icra olunacaq. Bu ilin sonuna qədər "Dərnəgül" deposunun istifadəyə verilməsi gözlənilir. Gələn ildən etibarən isə xətlərin ayrılması layihəsinin icrasına başlanacaq və ehtimal olunur ki, fərqli istiqamətlər üzrə bir deyil, bir neçə podratçı şirkət tərəfindən yeni xətlərin tikintisinə də start veriləcək".

Ekspert bu xətlərin şəhər nəqliyyatına töhfəsindən də bəhs edib:

"Bildiyimiz kimi, bizim iki xəttimiz yaşıl və qırmızı xətlər beş vaqonlu platformalara malikdir. Bənövşəyi xətt isə yeddi vaqonlu platformaya sahibdir və özü-özlüyündə çox vacib xətt sayılır. Çünki şəhərə ən böyük sərnişin axını şimal istiqamətindən gəlir. Bu xəttin şəhər mərkəzinə qədər çatdırılması və ilkin qərara əsasən Ağ şəhərə qədər uzadılması nəzərdə tutulub. Bir deyil, bir neçə yerdə keçid stansiyalarının təşkili planlaşdırılır. Hal-hazırda yalnız "Memar Əcəmi" stansiyasında xəttlərarası keçid mümkündürsə, gələcəkdə bənövşəyi xətdən yaşıl xəttə keçid üçün "Nizami" stansiyasının yaxınlığında, qırmızı xəttə keçid üçün isə "Sahil" metrosu yaxınlığında yeni keçid stansiyalarının təşkili nəzərdə tutulub. Eyni zamanda "Xətai" metrostansiyasının yanında da bənövşəyi xətdən yaşıl xəttə keçid planlaşdırılır".

R.Ağamirzəyevin sözlərinə görə, bu layihələr icra olunduqdan sonra şəhərin müxtəlif metro xətləri arasında sərnişin axınının paylanması və bir xəttdən digərinə rahat keçid təmin olunacaq.

"Bu, yeraltı sərnişin yükünü bölüşdürəcək, sərnişin sayının artmasına töhfə verəcək və eyni zamanda yerüstü nəqliyyatın da üzərindəki yükün bir hissəsini öz üzərinə götürəcək.

Bundan əlavə, yerüstü relsli nəqliyyatın inkişafı da nəzərdə tutulur. Bu, yüngül relsli tramvayların bərpası və şəhərətrafı elektrik qatarları şəbəkəsinin təkmilləşdirilməsi ilə həyata keçiriləcək. Hazırda daşımaların 4-5 dəfə artırılması planlaşdırılır. Düşünürəm ki, verilmiş qərarlar doğrudur. İctimai nəqliyyatın müxtəlif növlərinə sistemli və davamlı şəkildə investisiya qoyulmalıdır. Bu layihələr başa çatdıqdan sonra onların ardıcıl davamı da təmin edilməlidir. Çünki şəhərdə çoxlu insan yaşayır və onların hərəkəti üçün fərqli nəqliyyat növləri təklif olunmalıdır. Həmin nəqliyyat növlərinin maliyyə dayanıqlılığı və funksional üstünlüyü təmin edilməlidir ki, insanlar fərdi nəqliyyatdan çox, alternativ ictimai nəqliyyatı seçsinlər. Yerin altında metro, yerin üstündə tramvay, trolleybus, qısa məsafələr üçün mikromobillik vasitələri və piyada hərəkəti imkanları təmin edilməlidir", - deyə o, əlavə etdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyul 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri