Icma.az
close
up
RU
Bakı metrosu sıradan çıxır?

Bakı metrosu sıradan çıxır?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı metrosunda səhər saatlarında qatarların hərəkətində yaranan problem sərnişinlərin narazılığına səbəb olub.

Şahidlərin sözlərinə görə, metronun bütün istiqamətlərində qatarların hərəkəti 15 dəqiqədən çox dayanıb.

Bir müddət sonra “Bakı Metropoliteni” QSC məlumat yayaraq Qırmızı xətt üzrə qatarların hərəkətinin qrafikə uyğun bərpa edildiyini açıqlayıb.

Metroda bu kimi halların vaxtaşırı təkrarlanması isə xüsusilə yeni tədris ili ərəfəsində ciddi suallar yaradır. Artıq sabahdan məktəblərdə və universitetlərdə dərslər başlayır. 

Səhər saatlarında minlərlə şagird, tələbə və müəllim ictimai nəqliyyatdan, xüsusilə də Bakı metrosundan istifadə edəcək.

Sərnişin sıxlığının onsuz da artacağı bir vaxtda metroda hərəkətin dayanması və ya intervalların pozulması insanların işə və dərsə gecikməsinə, stansiyalarda sıxlığın daha da artmasına səbəb ola bilər.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyat sisteminə, xüsusilə metroya düşən yükün nəzərəçarpacaq dərəcədə artacağı əvvəlcədən məlum olan prosesdir:

“Məktəblərin, universitetlərin, dövlət və özəl müəssisələrin eyni vaxtda aktiv iş rejiminə qayıtması səhər və axşam gur saatlarında sərnişin axınının kəskin artmasına gətirib çıxarır.

Buna görə məsələ təkcə metronun sabahkı günə hazır olub-olmamasından ibarət deyil, əsas sual sistemin belə proqnozlaşdırılan yüksək yükü nə dərəcədə dayanıqlı və fasiləsiz şəkildə idarə edə bilməsidir.

“Bakı Metropoliteni”nin rəsmi məlumatına görə, yeni tədris mövsümündə gur saatlarda “28 May–Həzi Aslanov” sahəsində qatarlararası intervalın təxminən 2 dəqiqə olması nəzərdə tutulur.

Yay mövsümündə isə həmin interval daha uzun olur və yeni tədris mövsümünün başlaması ilə hərəkət qrafikinin sıxlaşdırılması nəzərdə tutulur. Metropoliten həmçinin zərurət yarandıqda xəttə buraxılması üçün ehtiyat qatarların hazır saxlanıldığını bildirir. 

Lakin sərnişin üçün əsas göstərici kağız üzərində müəyyən edilən interval deyil, real şəraitdə həmin intervalın qorunub saxlanılmasıdır.

Çünki gur saatda bir qatarın texniki səbəbdən dayanması, qapı sistemində nasazlıq, enerji təminatında problem və ya başqa bir hadisə bir neçə dəqiqə ərzində arxadakı qatarların da hərəkətini ləngidə, platformalarda sərnişin sıxlığını artıra və zəncirvari gecikmə yarada bilər”.

Onun sözlərinə görə, Bakı metrosunun xüsusi struktur problemi də nəzərə alınmalıdır:

“Qırmızı və Yaşıl xətlərin “28 May” ərazisində bir-biri ilə bağlı olması və “28 May–Həzi Aslanov” hissəsində qatarların faktiki olaraq ortaq infrastrukturdan istifadə etməsi bir sahədə yaranan problemin daha geniş hissəyə təsir etməsi riskini artırır.

Bu, “Bakı Metropoliteni”nin öz rəsmi məlumatlarında da göstərilən mövcud xətt quruluşudur. Əslində, metro kimi yüksək tutumlu nəqliyyat sistemində hər hansı bir qatarın sıradan çıxması fövqəladə hadisə sayılmamalıdır, texniki sistemlərdə nasazlıq dünyanın bütün metrolarında baş verə bilər.

Sistemin keyfiyyəti məhz belə hadisə baş verdikdən sonra ortaya çıxır. Nasaz qatar xəttdən nə qədər tez çıxarılır, ehtiyat qatar nə qədər operativ dövriyyəyə buraxılır, intervalın pozulmasının qarşısı necə alınır, dispetçer xidməti qatarların hərəkətini hansı sürətlə yenidən tənzimləyir və stansiyalarda artan sərnişin axını necə idarə edilir. 

Metropolitenin Hərəkət Xidmətinin rəsmi vəzifələrinə də qatarların qrafik üzrə hərəkətinin təşkili, sərnişin axınının tənzimlənməsi, hərəkət təhlükəsizliyinin təmin edilməsi və yaranan nöqsanların operativ aradan qaldırılmasının əlaqələndirilməsi daxildir.

Buna görə bir qatarın dayanmasının bütün xətt üzrə uzunmüddətli ciddi gecikməyə çevrilməsi artıq yalnız həmin qatarın texniki nasazlığı kimi qiymətləndirilməməlidir, burada xəttin buraxılış qabiliyyəti, ehtiyat imkanları, alternativ hərəkət ssenariləri və operativ idarəetmənin effektivliyi də qiymətləndirilməlidir”. 

Ekspert qeyd edib ki, xüsusilə tədris ilinin ilk günlərində ehtiyat qatarların sayı artırılmalıdır: 

“Texniki briqadalar əsas qovşaqlarda əvvəlcədən hazır vəziyyətdə saxlanılmalı, “28 May”, “Gənclik”, “Nərimanov”, “Koroğlu”, “20 Yanvar” kimi yüksək sərnişin axını olan stansiyalarda əlavə əməkdaşlar cəlb olunmalı, platformaya giriş sıxlıq yaranmadan əvvəl tənzimlənməlidir. 

Sərnişinlər də gecikmə baş verdikdə vaxtında və dəqiq məlumatlandırılmalıdırlar. Beş dəqiqəlik texniki problemin sərnişinə məlumat verilmədən 20-30 dəqiqəlik qeyri-müəyyənliyə çevrilməsi nəqliyyat sisteminə olan etimadı daha çox zədələyir.

Metro şəhərin əsas nəqliyyat arteriyalarından biridir və xüsusilə Bakı kimi avtomobil sıxlığının yüksək olduğu şəhərdə onun dayanıqlılığı alternativi olmayan dərəcədə vacibdir.

Ona görə də sabah əsas sınaq qatarların sadəcə xəttə çıxması deyil, gur sərnişin yükü altında 2 dəqiqəlik intervalın nə dərəcədə qorunması, nasazlıq zamanı sistemin nə qədər tez bərpa olunması və bir lokal problemin bütün şəbəkəni iflic etməsinin qarşısının alınıb-alınmaması olacaq.

Dayanıqlı metro o demək deyil ki, heç vaxt nasazlıq baş verməsin, dayanıqlı metro odur ki, bir qatarın nasazlığı minlərlə sərnişinin hərəkət probleminə çevrilməsin”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Bakı metrosu problem

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Sentyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri