Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Bu ixtisaslar sıradan çıxır

Bu ixtisaslar sıradan çıxır

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Süni intellektin və avtomatlaşdırmanın sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Artıq bir çox peşələr süni intellekt və robot texnologiyaları tərəfindən əvəzlənir. İxtisas seçimində bu amilləri nəzərə almaq tələbələrin gələcək karyerası üçün vacibdir.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də bu yaxınlardakı çıxışında bəzi ixtisasların öz aktuallığını itirdiyini, yeni ixtisasların yaradılmasına ehtiyac olduğunu bildirmişdi.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Teleqraf.com"a danışan təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, yalnız fiziki əməyə əsaslanan peşələrin gələcəyi yoxdur:

“O peşələr ki, innovativ deyil, təkcə fiziki əməyə və təkrarçılığa əsaslanır, onların sonu yaxınlaşıb. Çünki süni intellekt və robotlar bu cür işləri daha səmərəli şəkildə yerinə yetirə bilir. Məsələn, mühasibat sahəsində sadəcə hesablama aparan, başqa əlavə dəyər yaratmayan mütəxəssislər işlərini itirə bilərlər. Eyni hal sadəcə mətni tərcümə edən tərcüməçilərə də aiddir. Lakin bu o demək deyil ki, süni intellekt bütün sahələri tam əvəz edəcək. Sadəcə öz sahəsində innovasiya gətirə bilməyən, fərqlənməyən insanlar üçün iş imkanları azalacaq.”

Ekspert qeyd edib ki, ixtisas seçərkən davamlı inkişaf edən sahələrə yönəlmək lazımdır:

“Mühəndislik, memarlıq, kompüter mühəndisliyi kimi sahələr hər zaman inkişaf edir. Humanitar sahələrdən isə psixologiya, sosiologiya kimi insana yönəlmiş ixtisaslar müəyyən qədər önəmini qoruya bilər. Çünki texnologiya nə qədər inkişaf etsə də, insan faktorunu tam əvəz edə bilməz.”

Əmək bazarında ən çox hansı sahələr risk altındadır?

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, avtomatlaşdırma və süni intellekt bəzi peşələrin tələbatını azaldacaq, bəzilərini isə daha perspektivli edəcək:

“Beynəlxalq Əmək Təşkilatının və Dünya İqtisadi Forumunun hesabatlarına görə, 2030-cu ilə qədər avtomatlaşdırma dünya üzrə təxminən 85 milyon iş yerinin itirilməsinə səbəb olacaq. Bunun əvəzində isə 97 milyon yeni iş yeri yaradılacaq. Yəni iş yerləri yox olmayacaq, sadəcə transformasiya ediləcək. Əsas məsələ yeni bacarıqlara sahib olmaqdır.”

O, xüsusilə aşağıdakı sahələrin risk altında olduğunu vurğulayıb:

Mühasibat və maliyyə – Süni intellekt artıq maliyyə hesabatlarını analiz edir və vergi planlamasını avtomatlaşdırır.

Kassir və müştəri xidmətləri – Rəqəmsal bankçılıq və AI əsaslı çatbotlar bu sahədə çalışanların sayını azaldır.

Ənənəvi jurnalistika – Süni intellekt məqalələr yaza, xəbərləri avtomatik analiz edə bilir.

Sənaye və istehsalat – Zavodlarda insan əməyini əvəz edən robot texnologiyalarının tətbiqi genişlənir.

Hüquq məsləhətçiliyi – Süni intellekt müqavilələri analiz edə və hüquqi məsləhətlər verə bilir.

Gələcəyin perspektivli sahələri hansılardır?

Ekspertə görə, yeni dövrdə tələbat duyulan bacarıqlar fərqli olacaq:

“Gələcəkdə süni intellekt, data analitikası, kibertəhlükəsizlik, bərpa olunan enerji, biotexnologiya, tibbi informatika və robototexnika sahələrində mütəxəssislərə daha çox tələbat olacaq. Məsələn, İsveç və Almaniya kimi ölkələr bərpa olunan enerji texnologiyalarına ciddi investisiyalar qoyur və bu sahədə mütəxəssislərə böyük ehtiyac var”.

Kamran Əsədov universitetlərin əmək bazarının tələblərinə uyğunlaşmasını vacib hesab edir:

“Təkcə nəzəri biliklər kifayət etmir. Universitetlər interdisiplinar proqramlar yaratmalı, tələbələrə həm texniki, həm də sosial bacarıqlar qazandırmalıdırlar. Mühəndislik oxuyanlar biznes biliklərinə də sahib olmalı, hüquqşanaslıqda oxuyan tələbələri texnologiya hüququ sahəsində də ixtisaslaşmalıdırlar. Əks halda, əmək bazarında rəqabətə davam gətirmək çətin olacaq.”

Ekspertin fikrincə, müasir dövrdə tək bir ixtisasa sahib olmaq yetərli deyil:

“İnsanlar ömür boyu yeni bacarıqlar öyrənməli və daim yenilənməlidirlər. Artıq Google, Microsoft və Tesla kimi şirkətlər işə qəbul zamanı yalnız universitet diplomuna yox, praktiki bacarıqlara və öyrənmə qabiliyyətinə üstünlük verirlər. Ona görə də tələbələr tənqidi düşünmə, analitik təhlil, rəqəmsal savadlılıq və adaptasiya bacarıqlarını inkişaf etdirməlidirlər. Kim bu bacarıqlara yiyələnsə, o, gələcəyin əmək bazarında uğur qazanacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Fevral 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri