Bakı metrosunda gözlənilməz dəyişiklik: çoxu təəccübləndi Nə baş verir?
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Bu gün Bakı metrosunun “Xətai” stansiyasında sərnişinləri təəccübləndirən hadisə yaşanıb.
Globalinfo.az xəbər verir ki, “Cəfər Cabbarlı” istiqamətində və əksinə hərəkət edən qatarda interval dəyişdirilib.
Belə ki, əvvəllər təxminən 10 dəqiqə davam edən müddət (maşinistlərin yerdəyişməsi üçün nəzərdə tutulan 2 dəqiqə daxil olmaqla) ləğv edilib. Sərnişinlərin məlumatına görə, qatarlar artıq 4-5 dəqiqə ərzində dayanacaq nöqtəsinə çatırlar. Paralel olaraq yeni dəyişikliklə, sərnişinlər cəmi 20–25 saniyə ərzində qatardan düşməli və minməli olurlar.
Bəzi vətəndaşlar bildirirlər ki, qısa zamanda sərnişin axınının idarə olunması mümkün deyil və bu, platformalarda sıxlığa, çaşqınlığa gətirib çıxarır. Düşünülür ki, sözügedən müddət bir istiqamətdə hərəkət edən qatar üçün kifayət etmir, sərnişinlərin təhlükəsizliyini də sual altına alır. Həmçinin əksəriyyət yeni rejimdən xəbərsizdir və qəfil buna uyğunlaşmalı olurlar.
Qeyd edək ki, bir müddət öncə Bakı Metropoliteni bu istiqamətdə yeniliklərin test rejimində tətbiq olunacağı barədə məlumat yaymışdı. “Daha öncə də Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında pik saatlarda qatarların hərəkət intervalı azaldılıb. Bunu daha da optimalıaşdırmaq üçün addımlar atmaq üzərində işlər gedir. Həmin sahədə pik saatlarda intervalı 10 dəqiqəyə endirmişik. Amma bunun daha aşağı endirilməsi üçün tədbirlər görürük”, – deyə “Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidmətinin rəisi Anar Zamanov bildirmişdi. Görünən odur ki, həmin dəyişikliklər artıq tətbiq olunur.
Safura Bənnayeva
Globalinfo.az

