Maşın bazarında gözlənilməz dəyişiklik Nə baş verir?
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 57 742 minik avtomobili idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,6% azdır. Yəni idxalın ümumi dəyəri 33% aşağı düşüb.
Amma maraqlıdır ki, azalma əsasən indiyədək az qala növbə tutub aldıqları hibrid avtomobillərində müşahidə olunub. Ənənəvi benzinlə işləyən avtomobillərin idxalı stabildir.
Əslində burada təəccüblü məqam yoxdur, məlum məsələdir ki, yeni gələn hər şey çaxnaşma yaratsa sa sular durulandan sonra problemlər üzə çıxır və avtomobil həvəskarları, eləcə də mütəxəssisləri klassikanın heç nə ilə əvəzlənmədiyini çox yaxşı dərk edirlər.
Burada əsas sual, idxalın azalmasının maşın bazarına necə təsir edəcəyidir. Yeni modellər gətirilmir, xaricdən maşın sifariş marağı azalır, dövriyyədə olan 2-ci əl maşınları və salonlardakı 0 km-lik yeni maşınlar da satılıb qurtardıqca, əlbəttə qıtlıq yarana bilər.
Bu da nəticədə qiymətləri kəskin bahalaşdıra bilərmi?
Avtomobil üzrə ekspert Ramil Babayevin Bizim.Media-ya açıqlamasına görə, bahalaşma qaçılmazdır, amma düşünüldüyü qədər kəskin bahalaşma gözlənilmir.
“Xüsusilə bütün avtomobillərin qiymətinin eyni dərəcədə artacağı nəticəsinə gəlmək olmaz. Çünki hər maşına olan tələbat başqadır. Hibridlərə maraq hələ də üstünlük təşkil edir. Ümumi idxal azalması marağın azalmasından deyil, sadəcə həddindən artıq çox hibrid maşın gətirilib.
Əsasən də Çin istehsalı olan hibridlər şəhərdə hər üç maşından birini təşkil edir. Bu da o deməkdir ki, kifayət qədər əldə ehtiyat var. Digər ənənəvi benzin avtomobilləri qiymətində isə dəyişiklik həmizşə cüzi olub. Lakin idxal azalması davam edərsə populyar modellərdə bahalaşma ehtimalı ola bilər”.
Mütəxəssis əlavə etdi ki, hazırda avtomobil bazarında kəskin və ümumi qiymət artımından daha çox, ayrı-ayrı modellər üzrə qiymət fərqlərinin yaranması gözləniləndir.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 27 Noyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















