Icma.az
close
up
RU
Bakı metrosunda dəyişiklik...

Bakı metrosunda dəyişiklik...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sərnişinləri nə gözləyir?

Avqustun 15-dən metroda yeni mərhələ başlayıb. “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” və digər stansiyalardan gələn sərnişinlər artıq birbaşa “28 May” stansiyasına gedə bilmir, qatarlar “Nizami” stansiyasına qədər hərəkət edir.

“Nizami”dən sonra “28 May” istiqamətində hərəkət etmək istəyən sərnişinlər alternativ nəqliyyatdan istifadə etməli və ya mövcud keçid imkanlarından yararlanmalıdırlar. Qeyd edək ki, dəyişiklik Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçirilir. Layihə nəticəsində xətlərin müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulur. “28 May” və “Cəfər Cabbarlı” stansiyaları isə xətlər arasında əsas keçid məntəqələridir.

Təbii ki, xətlərin ayrılması gündəlik gediş-gəlişə təsir edir. Sərnişinlər artıq bəzi istiqamətlər üzrə başqa qaydada hərəkət etməli olurlar. Bu dəyişiklik ilk baxışda sadə görünə bilər. Amma hər gün metrodan istifadə edənlər üçün məsələ daha ciddidir. Çünki minlərlə insanın marşrutu dəyişir.

Bəs xətlərin ayrılması nə üçün vacibdir? Sərnişinləri hansı dəyişikliklər gözləyir? Keçidlər necə təşkil olunur? Metro istifadəçilərinin əsas sualları da bunlardır.

Mütəxəssislərin fikrincə, xətlərin ayrılması hərəkətin daha stabil təşkilinə imkan verə bilər. Qatarların intervalının azalması da əsas gözləntilərdəndir. Amma dəyişikliklərin ilk günləri heç də asan keçmir. Sərnişinlərin yeni marşrutlara uyğunlaşması vaxt aparır.

Ən çox qarışdırılan məqam...

“Xətt ayrılır” ifadəsi metro xəttinin bağlanması demək deyil. Bu, xəttin müəyyən hissədən sonra müxtəlif istiqamətlər üzrə davam etməsi ilə bağlı ola bilər. Belə ki, metroda bir neçə saniyəlik diqqət bəzən uzun bir yolun səhv istiqamətdə getməsinin qarşısını alır.

Sərnişinlər nə etməlidir?

Belə hallarda ən vacib məqam qatarın üzərində və stansiyadakı elektron lövhələrdə göstərilən istiqamətə diqqət etməkdir. Çünki eyni xətt üzrə hərəkət edən qatarların son dayanacağı fərqli ola bilər. Məsələn, sərnişin müəyyən stansiyaya getmək istəyirsə, yalnız xəttin adına deyil, qatarın istiqamətinə və son stansiyasına da baxmalıdır. Əks halda, başqa yola gedən qatara minmək mümkündür.

“Qırmızı xətt”də interval maksimum 2 dəqiqə olacaq

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Bakı Metropoliteni”ndə 2028-ci ildə yeni depo infrastrukturunun inşası başa çatdırılandan sonra “Qırmızı xətt” üzrə qatarlar arasında intervalın maksimum 2 dəqiqəyədək azaldılması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu, Bakı metrosunda sərnişin sıxlığının azaldılması və dünya praktikasında böyük şəhərlər üçün vacib hesab olunan minimal intervalların təmin edilməsi baxımından mühüm mərhələ olacaq:

“2028-ci ildə “İçərişəhər” istiqamətində deponun inşası ilə bağlı nəzərdə tutulan işlər başa çatdırılacaq və ondan sonra “Qırmızı xətt”də bütün dünya praktikasına və böyüyən şəhərlər üçün vacib olan ən minimal intervalların təmin edilməsi istiqamətində işlər yekunlaşdırılmış olacaq. Yəni minimal interval maksimum 2 dəqiqədən ibarət olacaq”.

Maksimal interval 3 dəqiqəyə qədər olacaq

B.Məmmədov qeyd edib ki, gələcəkdə “Yaşıl xətt” üzrə də intervalın əhəmiyyətli dərəcədə azaldılması mümkün olacaq:

“Yaşıl xətt” üzrə “Xətai” stansiyasından sonra iki stansiya inşa edilərək depo infrastrukturu ilə təmin olunandan sonra həmin istiqamətdə maksimal interval 3 dəqiqəyə qədər olacaq”.

Bəxtiyar Məmmədov deyib ki, bu dəyişikliklər “Bakı Metropoliteni”nin qarşıdakı dövr üçün əsas prioritetlərindən biri olan sərnişinlərin tələbatının daha səmərəli qarşılanmasına xidmət edəcək: “Bir sözlə, qarşıdakı dövrdə “Bakı Metropoliteni”nin əsas vəzifəsi sərnişinlərin tələbatı mənzərəsində intervalları və sıxlığı azaltmaqdır”.

QSC rəsmisinin sözlərinə görə, dövlət proqramına uyğun olaraq 10 yeni stansiyanın inşası və xətlər arasında keçidlərin yaradılması nəticəsində Bakı metrosunun bütün xətlərinin bir-biri ilə inteqrasiyası tam təmin ediləcək: “Şəhərin mərkəzindən ətrafına doğru sərnişinlərimizin hərəkəti baxımından yerin altında kifayət qədər istiqamətlər təşkil olunacaq. Yəni sərnişin özü seçim etməyə başlayacaq”. O, vurğulayıb ki, bu, Bakıda nəqliyyatda rahatlığın artırılması baxımından mühüm layihələrdən birinə çevriləcək.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Avqust 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see336

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see312

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see309

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see271

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see271

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see267

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see255

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see252

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see188

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri