Icma.az
close
up
RU
Yeni geosiyasi şəraitdə Bakı Kiyev xətti: Deputatdan AÇIQLAMA

Yeni geosiyasi şəraitdə Bakı Kiyev xətti: Deputatdan AÇIQLAMA

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu gün Azərbaycan suverenliyini tam bərpa etmiş dövlət olaraq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünə hörmət nümayiş etdirən bütün dost dövlətlərlə, tərəfdaşlarla eyni bərabər və qarşılıqlı etimada əsaslanmış siyasətə öz sadiqliyini ifadər edir. Ukrayna Respublikası da o dost dövlətlərdəndir ki, bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımış, hər zaman ölkəmizin haqlı və ədalətli işinə siyasi müstəvidə dəstək verib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisinin deputatı, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məzahir Əfəndiyev deyib.
Millət vəkili vurğulayıb ki, Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub:
"Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir. Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də açılıb.
 

Hələ o zaman ölkə liderləri arasında müxtəlif platformalarda ikitərəfli təmasların baş tutmasına baxmayaraq, Azərbaycan Prezidenti, Ümummilli Lider Heydər Əliyevin Ukraynaya ilk rəsmi səfəri 24-25 mart 1997-ci il tarixlərində baş tutmuşdu.


Bu gün Azərbaycan və Ukrayna təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənədin imzalanması iki ölkə arasında münasibətlərin formalaşması və inkişafına əməli töhfə olub. Eyni zamanda dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.
25 aprel 2026-cı il tarixində Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər Azərbaycanla Ukraynanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə nəinki şərait yaradır, eyni zamanda dəyişən qlobal siyasi arxitektura fonunda yeni əməkdaşlıq imkanlarının təməlini qoyur. 
Səfər çərçivəsində Ukrayna Prezidentinin Azərbaycan Prezidenti ilə ikitərəfli, eləcə də hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirməsi artıq hər iki müstəqil dövlətin yüksək münasibətlərini bir daha təsdiqləmiş oldu.
Mətbuata bəyanatla çıxışı zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür.
Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır”. 
Bu əlaqələr hər iki dövlət başçısı vurğuladığı kimi, bu günə qədər formalaşmış qarşlıqlı etibar, hörmət və strateji dostluq münasibətlərini daha da inkişaf etdirmək, Cənubi Qafqaz regionunda söz sahibinə çevrilmiş, lokomotiv qüvvə hesab olunan Azərbaycanla daha dərindən iqtisadi-ticari münasibətləri inkişaf etdirməyi hədəfləyir.
 

Qeyd edim ki, dörd ildən artıq müddətdə şiddətli müharibə şəraitinda yaşayan Ukrayna xalqına dəstək olmaq məqsədilə Azərbaycan Prezidentinin göstərişi ilə dost ölkəyə humanitar yardımlar göndərilib, eləcə də Ukraynada geniş fəaliyyət göstərən SOCAR vasitəsilə, xüsusilə qış fəslində, enerji sahəsində köməklik göstərilib. Eyni zamanda, Azərbaycan hökuməti tərəfindən Ukraynada müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri bu gün də uğurla davam etdirilir.


Ümumiyyətlə, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya vacib rol oynayır”.
Deputat bildirib ki, Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir:
“BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər.
Parlamentlərarası dostluq qrupu platformalarıda iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Milli Məclisdə Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995-ci ildən fəaliyyət göstərir. 16 yanvar 2020-ci ildə isə Ali Radada Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupu yaradılmışdır.
 

Keçən müddət ərzində istər təşkil olunan milli bayramlar, bir sıra sosial layihələr, istərsə də qarşılıqlı səfərlər çərçivəsində mənim də üzvü olduğum Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəallıq nümayiş etdirərək iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmlənməsinə öz təhfəsini verib.


Beləliklə, müşahidə etdiyimiz dostluq münasibətləri, keçirilən görüşlər bu gün hər iki ölkə xalqlarının rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Aprel 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri