Icma.az
close
up
RU
Amnistiya aktı kimlərə şamil olunacaq? Deputatdan AÇIQLAMA

Amnistiya aktı kimlərə şamil olunacaq? Deputatdan AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Dünən Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, bu gün ölkəmizdə bir amnistiya aktına ehtiyac var.  Onun sözlərinə görə, bu günə qədər Azərbaycanda 13 amnistiya aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub. Ən böyük amnistiya aktı Birinci vitse-prezident deputat olarkən onun təşəbbüsü ilə qəbul edilib və 5000 insan azadlığa qovuşub.

Həmçinin, millət vəkili Müstəqillik Gününə qədər amnistiya aktının tərtib edilməsini və xüsusən də, Qarabağ müharibələrində iştirak edib, Vətən uğrunda döyüşüb, lakin sonradan hansısa səhvlər edib hazırda həbsxanada olanların nəzərə alınmasını təklif edib.

Maraqlıdır, amnistiya aktı hansı kateqoriyadan olan məhkumlara şamil oluna bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Elman Məmmədov bildirib ki, Prezident İlham Əliyev tərəfindən vaxtaşırı amnistiya aktları həyata keçirilir.

Onun sözlərinə görə, bu, humanist və lazımlı addımdır:

“Vaxtilə səhv etmiş, lakin səhvindən nəticə çıxarmış, islah olmuş şəxslər var. Onlar komissiya tərəfindən araşdırılır. Xüsusən də, həmin şəxsin yenidən cinayət törədə bilmək ehtimalı nəzərdən keçirilir. Nə qədər çox insan azadlığa çıxsa, o qədər xoş olar”. 

Millət vəkili Vətən uğrunda döyüşüb, lakin sonradan səhv edərək həbs olunanların dəyərləndirmə zamanı cinayətinin ağırlıq dərəcəsinin də nəzərə alına biləcəyini deyib. Bu baxımdan parlamentari bəzi yanlışların bağışlana bilməməsindən söz açıb:

“Xüsusən də, hərbi xidmət zamanı hansısa səhvə yol verənlərin dəyərləndirilməsi törətdikləri cinayətin ağırlıq dərəcəsinə görə dəyişir. Ola bilər ki, həmin şəxsin silahından ehtiyatsızlıqdan atəş açılıb. Bu hadisə qəsdən baş verməyibsə, təsadüfən olubsa, onu bağışlamaq olar. Lakin dövlətə cinayətdə təqsirləndirilirmək, hansısa maliyyə fırıldağı ilə məşğul olmaq, hərbi sirləri yaymaq və bu kimi cinayətlər çox ağır hesab olunur”.

Qeyd edək ki, amnistiya və əfvetmə - məhkəmədən kənar qaydada, qanunverici və icraedici hakimiyyət tərəfindən qəbul edilən, törədilən cinayətin hüquqi nəticəsini aradan qaldıran akt növləridir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 mart 2020-ci il tarixli Qərarında vurğulayır ki, əfvetmə və amnistiya aktları hökmlərin qanuniliyi və ədalətliliyini şübhə altına almır. Belə ki, amnistiya və əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil, barəsində tətbiq ediləcəyi şəxsə göstərilən humanizmin təzahürüdür. Lakin qeyd etmək lazımdır ki, amnistiya və ya əfvetmə aktı ilə məsuliyyətdən və ya cəzadan azad etmə heç də azad edilən şəxsi zərərçəkənə törətdiyi cinayətlə bağlı vurduğu ziyanı ödəməkdən azad etmir.

Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin (CM) 81-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

CM-in 82-ci maddəsinə görə, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Amnistiya aktı Milli Məclis tərəfindən qəbul edilir və qeyri-müəyyən dairəyə aiddir. Əfv sərəncamı prezidentin müstəsna konstitusiya səlahiyyətidir. Amnistiya Milli Məclisin konstitusiya səlahiyyətidir. Amnistiya aktında konkret şəxslər deyil, ayrı-ayrı kateqoriyalarda cinayətlərlə bağlı parametrlər nəzərə alınır. Əfv sərəncamı konkret şəxslərin, onların vəkillərinin, yaxınlarının müraciətləri, QHT-lərin və Milli Məclisin deputatlarının vəsasəti ilə bağlı, ombudsmanın vəsatəti əsasında verilə bilər. Ölkə təcrübəsinə əsasən Amnistiya Novruz bayramı, Müstəqillik Günü və Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində qəbul olunur.

Həmçinin, amnistiya və əfvetmə bəzi şəxslərə şamil edilmir. Belə ki, amnistiya aktı belə akt verilənə qədər törədilən cinayətlərə şamil edilir. Əgər uzanan və davam edən cinayətə amnistiya aktı verilənə qədər son qoyulmamışdırsa, belə cinayəti törədən şəxsə amnistiya aktı tətbiq edilmir. Törədilən cinayətə görə barəsində cinayət işi qaldırılan şəxs amnistiya aktına əsasən məsuliyyətdən azad edilə bilərsə, lakin şəxs törədilən cinayətdə özünü təqsirli bilmirsə və məhkəmədə işə baxılmasını təkid edirsə, belə şəxs barəsində amnistiya aktı tətbiq edilmir. Həmçinin, törədilən cinayətə görə barəsində ibtidai istintaq gedən, yaxud da məhkəmə baxışında olan şəxslər əfvetmə aktı ilə məsuliyyətdən azad edilə bilməz.

Bundan başqa, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda göstərilir ki, 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağandır.

Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Fevral 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri