Icma.az
close
up
RU
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu

Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı yeni kurs seçir: Rusiyasız Cənubi Qafqaz formalaşır.

“Jamestown Foundation”un “Eurasia Daily Monitor” nəşrində yayımlanan “Baku’s Distancing From Moscow May Lead to Former Soviet Space’s Demise” adlı analitik yazı Moskvanın uzun müddət qorumağa çalışdığı postsovet məkanının geosiyasi baxımdan çöküş mərhələsinə daxil olduğunu göstərir.
Məqalədə vurğulanır ki, Vladimir Putinin Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə təkcə hərbi nəticələr doğurmur, həm də Rusiyanın postsovet məkanındakı təsir imkanlarını ciddi şəkildə sarsıdır. Bu prosesin ən mühüm simvolik nümunəsi kimi isə Azərbaycan göstərilir.

Məqalədə vurğulanır: “Russian President Vladimir Putin has suffered a major geopolitical defeat as a result of his full-scale invasion of Ukraine.” (Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı işğal nəticəsində böyük geosiyasi məğlubiyyətə uğrayıb.)

“Jamestown”un qiymətləndirməsinə görə, bu müharibə postsovet respublikalarının Moskvanın orbitindən uzaqlaşmasını sürətləndirib. Ən mühüm nümunə isə Azərbaycandır.

“Azerbaijan now counts countries far beyond the borders of the former Soviet space other than Moscow as major partners.” (Azərbaycan artıq Moskva xaricində, keçmiş sovet məkanından kənarda yerləşən ölkələri əsas tərəfdaşları kimi qəbul edir.)

Bu, sadəcə diplomatik jest deyil. Bu, geosiyasi istiqamət dəyişikliyidir.

Məqalədə qeyd edilir ki, Azərbaycan Türkiyə ilə strateji ittifaq qurub, ABŞ və Çinlə əlaqələri genişləndirib və Moskva mərkəzli inteqrasiya platformalarına əvvəlki kimi baxmır.

MDB ilə bağlı məqalədə açıq sual qoyulur: “What practical purpose does the CIS have for Azerbaijan?” (MDB-nin Azərbaycan üçün hansı praktik əhəmiyyəti var?) Əgər Bakı MDB-ni tərk edərsə, bu, təkcə təşkilatın deyil, “postsovet məkanı” anlayışının özünün sonu olacaq.

Sual artıq emosional deyil, stratejidir. Bakı üçün MDB platformasının real funksiyası varmı, yoxsa bu struktur yalnız Rusiyanın keçmiş imperiya təsəvvürünün qalıqlarıdır? “Jamestown”un təhlili göstərir ki, qərar verildiyi halda, bu addım təkcə bir təşkilatdan çıxış olmayacaq, bir geosiyasi epoxanın bağlanışı olacaq.

Bu sual artıq ritorik səslənir. Rus jurnalist Stanislav Kucher 2023-cü ildə yazırdı: “What we are witnessing is the final collapse of the Soviet Union in the form of the departure of its fragments from the orbit of the Russian Federation.” (Biz Sovet İttifaqının son çöküşünü izləyirik — onun fraqmentlərinin Rusiya Federasiyasının orbitindən çıxması formasında.)

O daha sərt ifadə edirdi: “Russia has only one ally in the post-Soviet space: Belarus” (Rusiyanın postsovet məkanında yalnız bir müttəfiqi qalıb: Belarus)

Bu, Moskva üçün sadəcə siyasi xəbərdarlıq deyil. Bu, imperiya strukturunun tənəzzülüdür.

Aleksandr Dyukov isə MDB ilə bağlı yazırdı: “The CIS has not achieved either of its original purposes.” (MDB öz ilkin məqsədlərindən heç birinə nail olmayıb.)

MDB nə “mədəni boşanma” mexanizmi oldu, nə də yeni ittifaq modeli. Baltik ölkələri heç vaxt MDB-yə üzv olmadı, Gürcüstan və Ukrayna müharibədən sonra bu təşkilatdan çıxdı, Moldova və Ermənistan çıxışa hazırlaşır. Azərbaycan isə son illərdə Moskvanın təşkil etdiyi MDB-nin bir sıra zirvə toplantılarına qatılmamaqla siyasi siqnal verir.

“Jamestown” məqaləsində xüsusi olaraq vurğulanır ki, Azərbaycanın ən yaxın müttəfiqləri MDB üzvü deyil. “Azerbaijan’s closest allies — Türkiye and Pakistan — are not CIS members.” (Azərbaycanın ən yaxın müttəfiqləri — Türkiyə və Pakistan — MDB üzvü deyil.)

Bu fakt postsovet məkanının artıq geosiyasi mərkəz olmadığını göstərir.

Digər tərəfdən, Azərbaycan–NATO münasibətləri də diqqət mərkəzindədir. Jamestown daha əvvəl yazmışdı: “Azerbaijan seeks NATO aspirant status.” (Azərbaycan NATO-da aspirant statusuna can atır.)

Bu ifadə təsadüfi deyil. Bakı NATO ilə əməkdaşlığı yalnız texniki səviyyədə deyil, strateji müstəvidə dərinləşdirir.

ABŞ-ın rolu da açıq şəkildə vurğulanır. Məqalədə qeyd edilir ki, Vaşinqtonun regionda artan fəallığı postsovet məkanının dağılmasını sürətləndirir.

“Strengthening relations with other powers, including the United States and the People’s Republic of China, have contributed to Azerbaijan’s distancing from Russia.” (ABŞ və Çin də daxil olmaqla digər güclərlə münasibətlərin güclənməsi Azərbaycanın Rusiyadan uzaqlaşmasına töhfə verib.)

Bu artıq diplomatik balans siyasəti deyil. Bu, orbit dəyişikliyidir.

Jamestown-un ümumi nəticəsi belədir: “These strengthening relations are promoting the demise of the former Soviet space as a geopolitical reality.” (Bu güclənən münasibətlər postsovet məkanının geosiyasi reallıq kimi süqutunu sürətləndirir.)

Başqa sözlə, postsovet məkanı artıq siyasi xəritədə yalnız termin olaraq qalır. Reallıqda isə ölkələr yeni güc mərkəzlərinə inteqrasiya edir.

Azərbaycan bu prosesin mərkəzindədir. Əgər Bakı MDB-ni faktiki və ya formal şəkildə tərk edərsə, bu addım təkcə bir təşkilatdan çıxış olmayacaq. Bu, sovet sonrası geosiyasi sistemin rəsmi sonu kimi qiymətləndirilə bilər.

Bu artıq Moskva–Bakı münasibətlərinin problemi deyil. Bu, imperiya sonrası mərhələnin başlanğıcıdır.

Sual budur: Azərbaycan bu yeni mərhələdə strateji istiqamətini nə qədər sürətlə və nə qədər açıq şəkildə dəyişəcək?

Tarix göstərir ki, orbitdən çıxan ölkələr geri qayıtmır. İndidən bəllidir ki, postsovet məkanı artıq coğrafi anlayışdır, geosiyasi reallıq deyil. Putin Ukraynada müharibə apardı, imperiyanı isə Bakıda uduzdu…

Elbəyi HƏSƏNLİ, SÜRİX

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Mart 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri