Icma.az
close
up
RU
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? TƏHLİL

Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? TƏHLİL

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Jamestown Foundation-un Eurasia Daily Monitor nəşrində yayımlanan “Baku’s Distancing From Moscow May Lead to Former Soviet Space’s Demise” adlı analitik yazı Moskvanın uzun müddət qorumağa çalışdığı postsovet məkanının geosiyasi baxımdan çöküş mərhələsinə daxil olduğunu göstərir.

Məqalədə vurğulanır ki, Vladimir Putin Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə təkcə hərbi nəticələr doğurmur, həm də Rusiyanın postsovet məkanındakı təsir imkanlarını ciddi şəkildə sarsıdır. Bu prosesin ən mühüm simvolik nümunəsi kimi isə Azərbaycan göstərilir.

Məqalədə vurğulanır: “Russian President Vladimir Putin has suffered a major geopolitical defeat as a result of his full-scale invasion of Ukraine.” (Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı işğal nəticəsində böyük geosiyasi məğlubiyyətə uğrayıb.)

Jamestown-un qiymətləndirməsinə görə, bu müharibə postsovet respublikalarının Moskvanın orbitindən uzaqlaşmasını sürətləndirib. Ən mühüm nümunə isə Azərbaycandır.

“Azerbaijan now counts countries far beyond the borders of the former Soviet space other than Moscow as major partners.” (Azərbaycan artıq Moskva xaricində, keçmiş sovet məkanından kənarda yerləşən ölkələri əsas tərəfdaşları kimi qəbul edir.)

Bu, sadəcə diplomatik jest deyil. Bu, geosiyasi istiqamət dəyişikliyidir.

Məqalədə qeyd edilir ki, Azərbaycan Türkiyə ilə strateji ittifaq qurub, ABŞ və Çinlə əlaqələri genişləndirib və Moskva mərkəzli inteqrasiya platformalarına əvvəlki kimi baxmır.

MDB ilə bağlı məqalədə açıq sual qoyulur: “What practical purpose does the CIS have for Azerbaijan?” (MDB-nin Azərbaycan üçün hansı praktik əhəmiyyəti var?) Əgər Bakı MDB-ni tərk edərsə, bu, təkcə təşkilatın deyil, “postsovet məkanı” anlayışının özünün sonu olacaq.

Sual artıq emosional deyil, stratejidir. Bakı üçün MDB platformasının real funksiyası varmı, yoxsa bu struktur yalnız Rusiyanın keçmiş imperiya təsəvvürünün qalıqlarıdır. Jamestown-un təhlili göstərir ki, qərar verildiyi halda, bu addım təkcə bir təşkilatdan çıxış olmayacaq, bir geosiyasi epoxanın bağlanışı olacaq.

Bu sual artıq ritorik səslənir. Rus jurnalist Stanislav Kucher 2023-cü ildə yazırdı: “What we are witnessing is the final collapse of the Soviet Union in the form of the departure of its fragments from the orbit of the Russian Federation.” (Biz Sovet İttifaqının son çöküşünü izləyirik – onun fraqmentlərinin Rusiya Federasiyasının orbitindən çıxması formasında.)

O daha sərt ifadə edirdi: “Russia has only one ally in the post-Soviet space: Belarus.” (Rusiyanın postsovet məkanında yalnız bir müttəfiqi qalıb: Belarus.)

Bu, Moskva üçün sadəcə siyasi xəbərdarlıq deyil. Bu, imperiya strukturunun tənəzzülüdür.

Aleksandr Dyukov isə MDB ilə bağlı yazırdı: “The CIS has not achieved either of its original purposes.” (MDB öz ilkin məqsədlərindən heç birinə nail olmayıb.)

MDB nə “mədəni boşanma” mexanizmi oldu, nə də yeni ittifaq modeli. Baltik ölkələri heç vaxt MDB-yə üzv olmadı, Gürcüstan və Ukrayna müharibədən sonra bu təşkilatdan çıxdı, Moldova və Ermənistan çıxışa hazırlaşır. Azərbaycan isə son illərdə Moskvanın təşkil etdiyi MDB-nin bir sıra zirvə toplantılarına qatılmamaqla siyasi siqnal verir.

Jamestown məqaləsində xüsusi olaraq vurğulanır ki, Azərbaycanın ən yaxın müttəfiqləri MDB üzvü deyil.
“Azerbaijan’s closest allies—Türkiye and Pakistan—are not CIS members.” (Azərbaycanın ən yaxın müttəfiqləri – Türkiyə və Pakistan – MDB üzvü deyil.)

Bu fakt postsovet məkanının artıq geosiyasi mərkəz olmadığını göstərir.

Digər tərəfdən, Azərbaycan–NATO münasibətləri də diqqət mərkəzindədir. Jamestown daha əvvəl yazmışdı: “Azerbaijan seeks NATO aspirant status.” (Azərbaycan NATO-da aspirant statusuna can atır.)

Bu ifadə təsadüfi deyil. Bakı NATO ilə əməkdaşlığı yalnız texniki səviyyədə deyil, strateji müstəvidə dərinləşdirir.
ABŞ-ın rolu da açıq şəkildə vurğulanır. Məqalədə qeyd edilir ki, Vaşinqtonun regionda artan fəallığı postsovet məkanının dağılmasını sürətləndirir.

“Strengthening relations with other powers, including the United States and the People’s Republic of China, have contributed to Azerbaijan’s distancing from Russia.” (ABŞ və Çin də daxil olmaqla digər güclərlə münasibətlərin güclənməsi Azərbaycanın Rusiyadan uzaqlaşmasına töhfə verib.)

Bu artıq diplomatik balans siyasəti deyil. Bu, orbit dəyişikliyidir.

Jamestown-un ümumi nəticəsi belədir: “These strengthening relations are promoting the demise of the former Soviet space as a geopolitical reality.” (Bu güclənən münasibətlər postsovet məkanının geosiyasi reallıq kimi süqutunu sürətləndirir.)

Başqa sözlə, postsovet məkanı artıq siyasi xəritədə yalnız termin olaraq qalır. Reallıqda isə ölkələr yeni güc mərkəzlərinə inteqrasiya edir.

Azərbaycan bu prosesin mərkəzindədir. Əgər Bakı MDB-ni faktiki və ya formal şəkildə tərk edərsə, bu addım təkcə bir təşkilatdan çıxış olmayacaq. Bu, Sovet sonrası geosiyasi sistemin rəsmi sonu kimi qiymətləndirilə bilər.
Bu artıq Moskva–Bakı münasibətlərinin problemi deyil. Bu, imperiya sonrası mərhələnin başlanğıcıdır.

Sual budur: Azərbaycan bu yeni mərhələdə strateji istiqamətini nə qədər sürətlə və nə qədər açıq şəkildə dəyişəcək?

Tarix göstərir ki, orbitdən çıxan ölkələr geri qayıtmır. İndidən bəllidir ki, postsovet məkanı artıq coğrafi anlayışdır. Geosiyasi reallıq deyil. Putin Ukraynada müharibə apardı, imperiyanı isə Bakıda uduzdu...

Elbəyi Həsənli. Sürix

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Fevral 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri