Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Bakı oyunun qaydalarını müəyyən edir: Avropa seçim qarşısında

Bakı oyunun qaydalarını müəyyən edir: Avropa seçim qarşısında

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ceyhun Bayramov ilə Kaja Kallas arasında keçirilən görüşdə Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlərin geniş spektri müzakirə olunub. Tərəflər siyasi dialoq və institusional əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, tərəfdaşlıq gündəliyinin daha da gücləndirilməsi imkanlarını dəyərləndiriblər. Xüsusilə enerji sahəsində əməkdaşlıq və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolu ön plana çəkilib. Bununla yanaşı, ticarət, investisiya, rəqəmsallaşdırma, innovasiya və Orta Dəhliz kimi nəqliyyat layihələrinin inkişafı da əsas müzakirə mövzularından biri olub.Görüşdə həmçinin münaqişədən sonrakı bərpa, humanitar mina təmizləmə işləri və regionda davamlı sülhün təmin olunmasının vacibliyi vurğulanıb. Bu görüş Azərbaycanın Avropa ilə gələcək iqtisadi və siyasi əlaqələrinə necə təsir göstərə bilər?

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər BadamovBizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasətində Avropa təsisatları ilə əlaqələrə bir daha xüsusilə toxunmaq lazımdır. O baxımdan ki, Azərbaycan xarici siyasətində tərəf seçmədən kifayət qədər açıq mövqe ortaya qoyur. Bu mövqe qarşılıqlı hörmətə və marağa dayanır. Bunu Avropa Parlamenti və sülhə mane olan istənilən tərəf artıq başa düşməlidir. Başa düşülməlidir ki, yaradılan reallıq sülhə və quruculuğa əsaslanır və bunun əksinə icazə verilməyəcək. Azərbaycan özünü illər ərzində etibarlı tərəfdaş kimi sübut etməyi bacarıb.

Deputat vurğulayıb ki, Azərbaycanın sərgilədiyi mövqe hər kəs üçün keçərlidir. Yəni, heç bir halda Azərbaycanla təhdid, təzyiq və ya Azərbaycanın yaratdığı sülhü sabotaj etmək yolu ilə danışmaq olmaz.

“Azərbaycan regionda ticarət, nəqliyyat və logistika marşrutlarının açılmasında israrlıdır. Bu istiqamətdə əməkdaşlığa ilk gündən etibarən həm regional, həm də beynəlxalq aktorları dəvət etmişik. Təəssüflər olsun ki, Avropa təsisatlarından bu dürüst yanaşmanın şahidi olmadıq. Avropa Parlamenti Azərbaycana qarşı son dərəcə qərəzli mövqe ortaya qoydu ki, bu da siyasi tərəfdaşlıq prinsipləri ilə daban-dabana ziddir.

Bu məqamda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın Azərbaycana səfəri müsbət qiymətləndirilməlidir. Çünki heç bir tərəflə münasibətlərin gərginləşdirilməsi heç kimə fayda gətirməyəcək”, – deyə deputat qeyd edib.

Deputat hesab edir ki, Avropa Parlamenti də digər Avropa təsisatları kimi artıq Cənubi Qafqazda yaranmış reallığı qəbul etməli və böyük çətinliklərlə əldə olunan sülhə hörmət göstərməlidir. Onun sözlərinə görə, Kaja Kallas Azərbaycanın regiondakı rolunu müsbət dəyərləndirib və bu da müsbət məqamdır. Azərbaycanla Ermənistan arasında sülh məsələsi artıq tarixi fürsətə çevrilib. Əgər Avropa İttifaqı bu prosesi dəstəkləmək niyyətindədirsə, bu yalnız bəyanatlarla deyil, konkret addımlarla sübut olunmalıdır: “Azərbaycan heç bir tərəflə münasibətlərin kəskinləşməsini istəmir. Hansısa tərəf münasibətləri gərginləşdirirsə, bu, Azərbaycan amilindən qaynaqlanmır. Orta Dəhlizin reallaşması mövcud siyasi və iqtisadi şəraitdə bütün tərəflərə, o cümlədən Avropa İttifaqına ciddi dividendlər qazandıra bilər. Əməkdaşlıq imkanlarını və mövcud potensialı düzgün qiymətləndirmək lazımdır”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 May 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see287

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see277

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see273

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see271

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see270

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see262

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see252

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see248

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see232

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see222

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see220

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see212

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see208

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see208

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see205

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see204

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see202

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see198

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see192

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri