Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Avropa İrəvanda toplaşdı, amma oyun qaydalarını Bakı müəyyənləşdirir

Avropa İrəvanda toplaşdı, amma oyun qaydalarını Bakı müəyyənləşdirir

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Dünya sürətlə dəyişir və bu dəyişikliklər artıq klassik beynəlxalq hüquq normalarının çərçivəsini aşaraq daha sərt, daha amansız geosiyasi reallıqlar yaradır. Bu gün həm qlobal miqyasda, həm də Avrasiya məkanında baş verən proseslər bir həqiqəti açıq şəkildə ortaya qoyur. Reallıq ondan ibarətdir ki, bu gün beynəlxalq münasibətlər sistemi dərin böhran içərisindədir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli İrəvanda keçirilən  8-ci Avropa Siyasi Birliyi Sammiti ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Deputat bildirib ki, bu gün qlobal miqyasda baş verənlərə əslində, baş verənlər sadəcə siyasi qarşıdurma deyil, dəyərlərin eroziyasıdır: “ Bir zamanlar “sivil dünya”nın əsasını təşkil edən hüquq, ədalət və əməkdaşlıq prinsipləri getdikcə arxa plana keçir, onların yerini isə açıq güc mübarizəsi tutur. Bu mənzərə getdikcə daha çox “cəngəllik qanunları”nı xatırladır.

Nəticədə Avrasiya coğrafiyası bu gün qlobal qarşıdurmaların mərkəzinə çevrilib. Rusiya-Ukrayna müharibəsi regionda təhlükəsizlik arxitekturasını sarsıdaraq Avropanı birbaşa risk zonasına çevirib. Digər tərəfdən, Yaxın Şərqdə gərginliyin artması, xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklər enerji təhlükəsizliyi baxımından dünyanı ciddi təhdid altında saxlayır. Belə bir mürəkkəb və qeyri-sabit mühitdə sabitlik zonalarının sayı kəskin şəkildə azalır. Məhz bu fonda Cənubi Qafqazın rolu daha qabarıq görünür.

Cənubi Qafqaz: sabitliyin nadir adası

Bu gün reallıq ondan ibarətdir ki, Avrasiya məkanında Şərqlə Qərb arasında real, təhlükəsiz və funksional bağlantı yarada bilən yeganə region məhz Cənubi Qafqazdır. Bu regionun isə strateji mərkəzi Bakıdır. Bakı olmadan nə enerji marşrutlarını, nə də ticarət-logistika xətlərini effektiv şəkildə qurmaq mümkündür. Xəzər hövzəsindən Avropaya uzanan bütün əsas alternativ marşrutların mərkəzində Azərbaycan dayanır. Bu reallıq təsadüfi deyil. Bu, uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir”.

 Deputat əlavə edib ki, Prezident  İlham Əliyev tərəfindən yürüdülən çoxvektorlu və balanslı xarici siyasət kursu Azərbaycanı təkcə regional deyil, qlobal səviyyədə etibarlı tərəfdaşa çevirib:
“İkinci Qarabağ müharibəsi sonrası formalaşan yeni reallıq regionun geosiyasi xəritəsini köklü şəkildə dəyişdi. Bu dəyişikliklər nəticəsində kommunikasiya xətləri açıldı, əməkdaşlıq imkanları genişləndi və ən əsası – yeni tranzit platforma yarandı.

Bu platformanın əsas elementi isə Orta dəhliz oldu. Orta dəhliz Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında ən qısa və təhlükəsiz bağlantını təmin edərək qlobal iqtisadi xəritədə alternativ mərkəz formalaşdırdı.

İrəvan sammiti: reallığın etirafı
Bu yeni reallığın ən açıq təsdiqlərindən biri Avropa Siyasi Birliyi Zirvə Toplantısı oldu. İrəvanda keçirilən bu toplantı əslində regionda yaranmış yeni güc balansının qəbul edilməsinin göstəricisidir. Əgər 2020-ci ildən sonra formalaşan geosiyasi vəziyyət olmasaydı, Ermənistanın belə bir beynəlxalq platformaya ev sahibliyi etməsi real görünməzdi.  Fransa prezidenti Makronun İrəvanda səsləndirdiyi bu dediklərimin bariz nümunəsidir. Makron çıxışda deyib:

"Düzünü desək: səkkiz il əvvəl bura heç kim gəlməzdi. Səkkiz il əvvəl bu ölkə danışıqlar masasında faktiki olaraq Rusiyanın peyki hesab olunurdu. Bu gün ölkənizə bu qədər çox ilk səfərlər görməyimiz çox şeydən xəbər verir". Bu isə dolayısı ilə Bakının yaratdığı təhlükəsizlik və sabitlik mühitinin nəticəsidir. Əgər Prezident İlham Əliyev Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, sabitliyə, sıx əməkdşalığa xidmət edən geosiyasi reallıq yaratmasaydı və onun təminatçısı rolunda çıxış etməsəydi, təbii ki, bu İrəvanda Avropa liderlərinin iştirakı ilə belə  tədbir keçirilməsini xətyla gətirmək olmazdı. 
Avropalı rəsmilərin çıxışlarında da Cənubi Qafqazın, xüsusilə Azərbaycanın tranzit və enerji təhlükəsizliyində oynadığı rol açıq şəkildə vurğulanıb. Bu isə artıq Bakının regional deyil, qlobal aktor kimi qəbul olunduğunu göstərir.

Avropanın ziddiyyətli siyasəti
Lakin paradoks ondan ibarətdir ki, belə bir mürəkkəb dövrdə bəzi Avropa dairələri rasional yanaşmadan uzaq davranır. Xüsusilə Avropa Parlamenti çərçivəsində Azərbaycana qarşı qərəzli mövqelər müşahidə olunur.

Bu dairələr regionda sülhün möhkəmlənməsini dəstəkləmək əvəzinə, əksinə, revanşist meyllərin güclənməsinə şərait yaradan addımlar atır. Ermənistan daxilində destruktiv qüvvələrin fəallaşması da müəyyən mənada bu yanaşmanın nəticəsi kimi qiymətləndirilə bilər.

Milli Məclisin qərarı: siyasi mesaj
Məhz bu kontekstdə Azərbaycan Respublikasının Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığa xitam verilməsi haqqında qərarı ciddi siyasi siqnal kimi dəyərləndirilməlidir.
Bu addım təsadüfi deyil. Bu, Azərbaycanın milli maraqlarını qorumaq və ikili standartlara qarşı prinsipial mövqe nümayiş etdirmək məqsədi daşıyır. Eyni zamanda, Avropaya açıq mesajdır: əməkdaşlıq qarşılıqlı hörmət və ədalət prinsipləri üzərində qurulmalıdır”.

Deputat onu da qeyd edib ki, bugünkü reallıq çox aydındır: “Dünya qeyri-müəyyənlik dövrünə daxil olub və yeni güc mərkəzləri formalaşır. Bu prosesdə Azərbaycan, xüsusilə Bakı yalnız regional paytaxt deyil, Avrasiyanın strateji əlaqələndirici mərkəzinə çevrilib.
Bakı bu gün sadəcə coğrafi nöqtə deyil, həm də sabitlik, təhlükəsizlik və əməkdaşlıq platformasıdır. Görünən odur ki, “cəngəllik qanunları”nın hökm sürdüyü bir dünyada belə platformalara  daha çox ehtiyac duyulacaq”.

 Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 May 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri