Icma.az
close
up
RU
“Bakı Pekin strateji tərəfdaşlığı davamlı xarakter daşıyır” MÜNASİBƏT BİLDİRİLDİ

“Bakı Pekin strateji tərəfdaşlığı davamlı xarakter daşıyır” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanla Çin arasında münasibətlər hər zaman yüksək səviyyədə olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, dünyanın ən güclü dövlətlərindən biri olan Çin Azərbaycanla əlaqələrə xüsusi önəm verir: "Prezident İlham Əliyevin bu ölkəyə baş tutan dövlət səfəri isə münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə ki, bu səfər ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Hərtərəfli strateji tərəfdaşlıq dövlət başçılarının diplomatiyasına və qarşılıqlı razılaşmalara əsaslanır və bu tərəfdaşlıq davamlı, uzunmüddətli xarakter daşıyır. Rəsmi görüşlərdə də bəyan olundu ki, Bakı və Pekin bir-birini etibarlı tərəfdaş kimi qəbul edir. Yeni imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da da qeyd olunur ki, dövlət başçıları hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq ediblər. Ölkələrimiz qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə hazır olduqlarını bəyan ediblər. Hərtərəfli strateji tərəfdaşlıq həm dər iki ölkənin xalqlarının mənafeyinə hesablanıb.

Məlum olduğu kimi, iki ölkə arasında diplomatik münsibətlər 33 ildir qurulub. Ötən il ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə də qeyd olunub ki, strateji tərəfdaşlıq bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır. Təbii ki, strateji tərəfdaşlıq diplomatik münasibətlərdə ən yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və bu, qarşılıqlı dəstəyə əsaslanır. İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Bakı və Pekin bir-birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Çin eyni zamanda Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyinə də dəstək ifadə edib, qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Rəsmi Bakı da öz növbəsində Tayvanı Çin ərazisinin ayrılmaz tərkib hissəsi kimi tanıyır.
Bu gün ikitərəfli münasibətlərin xarakterinə diqqət yetirdikdə aydın görünür ki, Azərbaycan və Çin müasir dünya nizamı və dünyada gedən proseslərə ortaq mövqedən baxır. Hər iki ölkə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normaların qorunmasına səy göstərir, diktə dilində danışmağa, güc siyasətinə qarşı çıxır. Bakı və Pekin ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinə tərəfdardır.

Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi də əsas hədəflərdən biridir. Eyni zamanda investisiya əməkdaşlığı üzrə işçi qrupun yaradılması da tərəflər üçün vacib əhəmiyyət kəsb edir. Məlum olduğukimi, Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı, Azərbaycan isə hazırda Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.

Tərəflər həmçinin "Kəmər və yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar. Yeri gəlmişkən, Azərbaycanın Çin ilə Orta Dəhliz üzrə əməkdaşlıq imkanları da genişdir. Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilib. Orta dəhliz vasitəsilə ticarət əlaqələrinin genişlənməsi, Azərbaycana regional və beynəlxalq ticarət yollarında mərkəzi mövqe qazandıra bilər. Bu, iqtisadiyyatın diversifikasiyasına və ticarət həcminin artırılmasına kömək edəcək".

Onun sözlərinə görə, Çin həmçinin BMT-nın iqlim konfransı - COP29-un uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir: "Yeni imzalanan Birgə Bəyanatda rəsmi Pekin “Bakı COP”un nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə, dönüş nöqtəsi kimi qiymətləndirir. Xatırlatmaq yerinə düşər ki, Çin nümayəndə heyəti COP29-da ən fəal iştirakçılardan biri idi və dövlət başçımız bu günlərdə ÇİN KİV-nə verdiyi müsahibədə bu məqamı bir daha vurğuladı.

2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya şəhərsalma forumu, həmçinin ölkəmizin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyi də Pekin tərəfindən dəstəklənir. Azərbaycanın Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf istiqamətində fəaliyyəti Çində də yüksək qiymətləndirilir.

Ümumiyyətlə, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Bu səfər bir daha Azərbaycan Prezidentinin beynəlxalq arenada fəaliyyəti, Azərbaycanın dünyada yerinin və rolunun yüksəldilməsi istiqamətində həyata keçirdiyi siyasətin növbəti uğuru kimi qiymətləndirilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Aprel 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri