Icma.az
close
up
RU
“Bakı Moskva ilə gərginliyin artmasında maraqlı deyil” MÜNASİBƏT BİLDİRİLDİ

“Bakı Moskva ilə gərginliyin artmasında maraqlı deyil” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya Silahlı Qüvvələrinin Odessada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsini vurması Moskvanın Bakıya qarşı artan aqressiyasının növbəti ifadəsidir. Bu, təkcə sıradan bir hərbi əməliyyat deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “Avqustun 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücumdan sonra yenidən eyni hədəfə zərbə endirilməsi prosesin təsadüfi olmadığını göstərir.
Belə hücumlar təkcə texniki zərər məqsədi daşımır, eyni zamanda, siyasi və psixoloji mesaj da ötürülür. Rusiya bu mesajla bütün xarici aktorlara bildirir ki, Ukraynada fəaliyyət göstərmək heç bir halda tam təhlükəsiz deyil.
Eyni zamanda bu hücum informasiya müharibəsinin bir hissəsidir. SOCAR kimi beynəlxalq reputasiyaya malik şirkətlərin vurulması, Ukraynanın dünya ictimaiyyətinə təhlükəli sərmayə məkanı kimi təqdim edilməsinə xidmət edir. Bu yolla həm xarici investorlar çəkindirilməyə, həm də Qərbə və onun müttəfiqlərinə Ukraynanın sabitliyini qorumağın mənasız olduğu göstərilməyə çalışılır.

Təəssüf ki, bu hadisə təkcə Ukrayna müharibəsinin sərt mərhələyə keçməsi deyil, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərində diplomatik və geosiyasi dönüş nöqtəsinin başlanğıcı ola bilər. Xüsusilə Azərbaycanın əvvəlcədən verdiyi açıq xəbərdarlığa baxmayaraq SOCAR-ın obyektlərinə ikinci dəfə hücum edilməsi bu gedişin artıq ciddi mesaj daşıdığını göstərir. Bu, Kremlin Bakı ilə gərginliyi azaltmaq niyyətində olmadığını və əksinə, qarşıdurmanı dərinləşdirmək istədiyini ortaya qoyur.

Belə vəziyyətdə Azərbaycan daha konkret və Moskvada narahatlıq doğuracaq addımlar atmaq məcburiyyətində qala bilər. Mümkündür ki, Bakı artıq passiv neytrallıq mövqeyindən imtina edib, məhdud da olsa, hərbi-texniki əməkdaşlıq addımlarını nəzərdən keçirsin. Xatırladaq ki, SOCAR-ın ilk bazasına hücumdan sonra Azərbaycan Ukraynaya elektrik transformatorları və əlavə maliyyə yardımı göndərmişdi. Ancaq görünür, bu jest Rusiya üçün yetərincə ciddi siqnal olmayıb.

Buna görə də indi Azərbaycanın daha konkret addımları müzakirəyə çıxarması gündəmə gələ bilər – məsələn, hərbi texnologiyalara çıxış, pilotsuz uçuş aparatları və ya müdafiə avadanlığı ilə bağlı yardım imkanlarının nəzərdən keçirilməsi. Təbii ki, bu, dərhal cəbhəyə silah göndərilməsi anlamına gəlmir. Amma Bakı məsələnin rəsmi müzakirəyə çıxarılması, texniki əməkdaşlıq imkanlarının öyrənilməsi və ya Ukrayna ilə hərbi təlim-tədris formatında əlaqələrin qurulması yolu ilə ciddi siyasi siqnal verə bilər.

Bu yanaşma beynəlxalq ictimaiyyətə də aydın mesaj vermiş olacaq. Belə ki, Azərbaycan kimi uzun illərdir balans siyasətinə sadiq qalan bir ölkə Rusiya ilə münasibətlərində açıq dönüş nöqtəsinə gəlirsə, bu, Kremlin birtərəfli aqressiyasının artıq dözümsüz həddə çatdığını göstərir. Bu, xüsusilə Qərb ölkələri üçün ciddi xəbərdarlıqdır və Azərbaycanın geosiyasi çəkisini daha da artırır.

Bakı Moskva ilə gərginliyin artmasında maraqlı deyil. Ancaq Kremlin davamlı və məsuliyyətsiz davranışları qarşısında səssiz qalmaq da real görünmür. Azərbaycan nə müharibənin tərəfidir, nə də bu münaqişənin bir parçası olmağa can atır. Amma bu mərhələdə üzərinə düşən məsuliyyətin fərqindədir. Əgər Azərbaycan Rusiya qarşısında daha sərt mövqe sərgiləyirsə, bu, təkcə Bakının deyil, bütövlükdə regionun gələcək təhlükəsizliyi baxımından ciddi dönüş nöqtəsi ola bilər.

Xüsusilə Qazaxıstan və Özbəkistan kimi ölkələrin bu prosesi yaxından izlədiyini nəzərə alsaq, Azərbaycanın atdığı addımlar Cənubi Qafqaz və Mərkəzi Asiyada digər ölkələrə də ilham verər, onlarda da eyni mövqe sərgiləmək üçün siyasi iradə formalaşdırar”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Avqust 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see222

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see204

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see149

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see147

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see146

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see143

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see142

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see126

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see124

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see123

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see123

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see122

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see122

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see121

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see119

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see119

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see117

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri