Icma.az
close
up
RU
Bakı Piano Festival musiqi bayramıdır! musiqi sənayesinin nümayəndələri qarşıdan gələn festival haqqında

Bakı Piano Festival musiqi bayramıdır! musiqi sənayesinin nümayəndələri qarşıdan gələn festival haqqında

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 iyun, Anara Axundova, AZƏRTAC

İyunun 14-dən 28-dək Bakıda IV Bakı Piano Festivalı keçiriləcək. Festival zamanı həm Azərbaycandan, həm də digər ölkələrdən tanınmış musiqiçilər konsert verəcəklər. Musiqi sənayesinin nümayəndələri qarşıdan gələn musiqi tədbiri ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüblər.

Natəvan Növrəsli - opera müğənnisi, Azərbaycanın Əməkdar artisti, Bakı Piano Festivalının bədii rəhbəri:

- Mənim üçün Bakı Piano Festivalı sadəcə mədəni hadisə deyil, musiqi vasitəsilə ifadə olunan insan ruhunun əsl bayramıdır. Bu, ənənələrin və yeniliklərin, müxtəlif musiqi janrlarının qovuşduğu, gənc istedadların dünya ustaları ilə bir səhnəni bölüşdüyü bir platformadır. Ən əsası, bu - artistlər, tamaşaçılar, mədəniyyətlər, keçmiş və gələcək arasında dialoq məkanıdır.

Beynəlxalq festivallar bir ölkənin mədəni kimliyinin güclü səfiridir. Onlar qlobal mədəni mübadiləni gücləndirir, qarşılıqlı anlaşmanı təşviq edir və ölkəni beynəlxalq birliyin fəal iştirakçısı kimi mövqeləndirirlər. Ev sahibi olan ölkə üçün belə festivallar yerli musiqi mühiti canlandırır, gənc istedadları ruhlandırır, yaradıcı iqtisadiyyatı dəstəkləyir və milli qürur yaradır. Musiqi sərhəd tanımır - bu, dünyanın ən yaxşı diplomatiyasıdır.

Fortepiano musiqisi Azərbaycanın mədəni irsində xüsusi yer tutur. Qərbi Avropa klassik ənənəsinin milli musiqinin özünəməxsus melodiyası və ritmi ilə sintezi özünəməxsus fortepiano məktəbini yaratdı. Hələ XX əsrdə Üzeyir Hacıbəyli kimi öncüllər bu janrın gələcək inkişafının əsasını qoyublar.

Bu gün də bu miras davam edir. Azərbaycan pianoçuları beynəlxalq səviyyədə tanınır, gənc ifaçılar isə müntəzəm olaraq nüfuzlu müsabiqələrin laureatları olurlar. Müasir bəstəkarlar milli adət-ənənələrə dərindən bağlı qalaraq yeni formaları cəsarətlə kəşf edirlər. Fortepiano Şərqlə Qərbi, keçmişlə gələcəyi, emosiyalarla ağılı birləşdirən körpüdür və Azərbaycanın dinamik mədəni həyatının döyünən ürəyi olaraq qalır.

Valid Ağayev - dirijor, Adana Çukurova Universitetinin Dövlət Konservatoriyasının müəllimi, Mersin Şəhər Orkestrinin dirijoru, “Bakı Piano Festivalı-2025”in iştirakçısı:

- Piano festivalı mənim üçün yayın yaxınlaşmasıdır, Bakıya səyahətdir, musiqi bayramıdır, dostlarla, həmkarlarla görüşdür, yeni insanlarla tanışlıqdır. Bu, bundan sonra növbəti festivala cəmi 350 gün qaldığını düşündüyün bir festivaldır.

Hesab edirəm ki, belə festivalların ölkə üçün böyük əhəmiyyəti var. İlk növbədə, bu və ya digər ölkə və ya digər mədəniyyətlə tanışlıq nəyin sayəsində baş verir – incəsənət və idman sayəsində. Bu cür festivallar Azərbaycanı və mədəniyyətini öyrənən, sonra onu dostları, tanışları arasında daha da tanıdan əcnəbi musiqiçiləri cəlb edir, bəlkə də bunu geniş kütlələrə çatdırır, bu isə çox vacibdir!

Səidə Tağızadə - pianoçu, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru:

- Mənim üçün Bakı Piano Festivalı sadəcə musiqi hadisəsi deyil. Bu, ruhlanma, görüşlər, təcrübə mübadiləsi və enerji məkanıdır. Burada yeni ideyalar yaranır, istedadlar üzə çıxır, peşəkar və insani əlaqələr yaranır. Hər bir festival musiqinin yaşından, təcrübəsindən və milliyyətindən asılı olmayaraq insanları necə birləşdirdiyinə dair kiçik bir hekayədir.

Belə festivallar xüsusi mədəni ab-hava yaradır. Onlar təkcə ifaçılıq ustalığını qoruyub saxlamağa və inkişaf etdirməyə deyil, həm də cəmiyyətin ümumi mədəni səviyyəsini yüksəltməyə kömək edir. Bir ölkə üçün bu, həmişə bir imicdir, mədəni dialoqdur, dünyaya adət-ənənələrimizi, məktəbimizi, əməkdaşlığa açıqlığımızı göstərmək imkanıdır.

Azərbaycanın fortepiano məktəbi dərin köklərə və yüksək keyfiyyət standartına malikdir. Müəllimlərimizin, ifaçılarımızın, bəstəkarlarımızın adları ilə fəxr edirik. Eyni zamanda, biz yeni fikirlərə, müasir tendensiyalara qarşı çox həssasıq. Bugünkü gənc pianoçular həm ənənələri davam etdirirlər, həm də fəal şəkildə beynəlxalq səhnələrə çıxırlar, müsabiqələrdə iştirak edirlər... Bu, klassik bünövrə ilə müasir baxışın ahəngdar şəkildə birləşdiyi canlı prosesdir.

İki həftə ərzində paytaxtın sakinləri və qonaqlarını müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. “Bakı Piano Festivalı-2025” çərçivəsində incəsənət tədbirləri, sərgilər, teatr quruluşları, ədəbi müsabiqə və cemseyşenlər də planlaşdırılıb. Festivalın xüsusi fəxri – “We Are the Future” gənc istedadların konsertidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri