Icma.az
close
up
RU
Gürcü musiqiçilər “Baku Piano Festival 2025” çərçivəsində rok konsert veriblər

Gürcü musiqiçilər “Baku Piano Festival 2025” çərçivəsində rok konsert veriblər

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 20 iyun, Anara Axundova, AZƏRTAC

“IV Baku Piano Festival” çərçivəsində “Rotunda Roof Garden” məkanında Gürcüstanın Zaza Xuçişvili band qrupu və vokalçı Salome Qoçiridzenin iştirakı ilə rok-konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə Zaza Xuçişvili, Salome Qoçiridze, Georgi Makalatia, Avtandil Tabukaşvili və Regina Meyrabova çıxış ediblər.

Gürcüstanın tanınmış rok musiqiçisi Zaza Xuçişvili gitaraçı və vokalçı kimi parlaq, fərqli üslubu ilə seçilir. Salome Qoçiridze isə caz, blüz, soul və fank janrlarında fəaliyyət göstərən vokalçıdır və tamaşaçılarla canlı emosional əlaqə yaratmağı bacarır.

AZƏRTAC-ın müxbiri ilə söhbətində gürcü musiqiçilər konsertdən əvvəlki təəssüratlarını bölüşüblər: “Biz hər dəfə Bakıya böyük həvəslə gəlirik. 2001-ci ildən bəri burada çıxış edirik və bizi həmişə səmimi qarşılayırlar. Bu il “Baku Piano Festival”da iştirak edirik, lakin rok ifa edirik. Bu axşam üçün xüsusi olaraq bizə Tbilisi Konservatoriyasını bitirmiş bir pianoçu da qoşulub. Ona görə də bu dəfə bir qədər fərqli formatda çıxış edəcəyik. Ümid edirik ki, dinləyicilər bəyənəcək. Konsert qabağı əhvalımız əladır”.

“IV Baku Piano Festival” iyunun 28-dək davam edəcək. Festival çərçivəsində paytaxt sakinləri və qonaqları müxtəlif janrlarda zəngin konsert proqramı gözləyir. Festival çərçivəsində həmçinin, incəsənət tədbirləri, sərgilər, ədəbi müsabiqə və cem-seyşnlər də keçiriləcək. Festivalın xüsusi qürur mənbəyi isə gənc istedadların təqdim olunacağı “We Are the Future” (“Biz gələcəyik”) konsertidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri