Icma.az
close
up
RU
Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...”

Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi məlumatlara görə, Azərbaycan Suriya və İsrail arasında birbaşa danışıqlar üçün platforma təmin edəcək, iki ölkənin nümayəndə heyətləri Bakıda birbaşa danışıqlar aparacaq. 

Bu, Azərbaycanın uğurlu beynəlxalq vasitəçiliyinin bariz nümunəsidir. 

“Cebheinfo.az”-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzu artdıqca Bakı mühüm siyasi müzakirələr üçün etibarlı platformaya çevrilib. 

Onun sözlərinə görə, bu cür yüksək səviyyəli görüşlərin Bakıda keçirilməsi artıq ənənəvi hal alıb:

“Azərbaycanın dünyada nüfuzu artdıqca, Bakı həm də etibarlı və mühüm müzakirələrin aparılması üçün uyğun bir platforma hesab olunur. Doğrudur, bu cür görüşlər artıq 2018-ci ildən başlayaraq keçirilir. 

Xatırlayırıq ki, həmin dövrdə NATO qüvvələrinin komandanı ilə Rusiya Baş Qərargah rəisinin görüşü də məhz Bakıda baş tutmuşdu. Son dövrlərdə Bakıda İsrail və Türkiyə nümayəndələrinin də görüşləri keçirilib. Hazırda Suriya və İsrail nümayəndələrinin Bakıda görüşməsi vacib bir amildir. 

Çünki İsrail Azərbaycanın strateji tərəfdaşlarından biridir, Suriya ilə isə yeni hökumətin fəaliyyəti fonunda münasibətlər kifayət qədər uğurlu şəkildə inkişaf edir. Suriyanın Keçid Dövrü Prezidentinin Azərbaycana səfəri də kifayət qədər məhsuldar və pozitiv keçdi. 

Səfər zamanı müzakirə olunan məsələlər, qəbul edilən qərarlar və imzalanan sənədlər iki ölkə münasibətlərinin gələcək inkişafına işarədir. Bakı belə bir dialoq platformasını təqdim etməyə tam hazırdır. 

Lakin nəzərə almaq lazımdır ki, bir görüşlə bütün problemlərin həlli mümkün deyil. Çünki Suriya-İsrail münasibətlərindəki problemlər köklü və mürəkkəbdir. İsrail dövləti yarandığı gündən bu iki ölkə arasında münasibətlər daim gərgin olub, tərəflər dəfələrlə hərbi qarşıdurma yaşayıb. 

Hazırda Suriyanın ərazisində yerləşən Golan təpələrinin böyük hissəsi İsrailin nəzarəti altındadır. Yeni hakimiyyət dəyişikliyindən sonra İsrailin Suriya ərazilərini vaxtaşırı bombalaması da vəziyyəti daha da çətinləşdirib”. 

Oqtay Qasımov qeyd edib ki, hər iki tərəfdə münasibətlərin normallaşmasına dair istəklər hiss olunur: 

“Suriya rəhbərliyi də bəyan edib ki, İsrailə qarşı ərazisindən heç bir təhlükə olmayacaq. Bu kontekstdə Bakıda keçiriləcək görüş münasibətlərin yaxşılaşdırılması istiqamətində ilk addım ola bilər. 

Xatırlatmaq lazımdır ki, Suriya Prezidenti may ayında Səudiyyə Ərəbistanında keçirilən dördtərəfli görüşdə ABŞ Prezidenti Donald Trampla da görüşüb. Trampın istəyi də ondan ibarətdir ki, Suriya İsraillə İbrahim Anlaşmalarına qoşulsun və münasibətlər normallaşsın. 

Əgər Bakıdakı danışıqlar uğurlu alınsa, gələcəkdə bu istiqamətdə yeni addımların atılması mümkündür. Lakin qeyd etdiyim kimi, Suriya və İsrail arasında xüsusilə Golan təpələri və onun su ehtiyatları ilə bağlı ciddi fikir ayrılıqları qalır. 

Suriyanın mövqeyi ondan ibarətdir ki, onlar 1973-cü il razılaşmasına sadiqdirlər və bu da Golan təpələrinin bufer zonasındakı su ehtiyatlarının İsrail tərəfindən istifadə edilməsinə şərait yaradır. 

Bütün hallarda Bakıda belə bir görüşün keçirilməsi müsbət haldır. Düşünürəm ki, bu, Yaxın Şərqdə proseslərə müsbət təsir göstərə bilər. Amma bir görüşlə bütün problemlərin həlli mümkün deyil, bu, daha geniş və hərtərəfli müzakirələr tələb edir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Suriya İsrail görüşü Oqtay Qasımov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri