Icma.az
close
up
RU
Bakı Qafqazda ilk dəfə bu tədbirə ev sahibliyi edəcək

Bakı Qafqazda ilk dəfə bu tədbirə ev sahibliyi edəcək

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı – Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. 

“Qafqazinfo” xəbər verir ki, 2025-ci ilin 13-15 may tarixlərində Bakıda “Azərbaycan Hava Yolları”nın (AZAL)  dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumu keçiriləcək.

Aviasiya Enerji Forumu (AEF) qlobal aviasiya sənayesinin enerji və dayanıqlılıq məsələlərinə həsr edilən ən nüfuzlu platformalardan biridir. 

Tədbir Qafqazda ilk dəfə keçiriləcək və aviasiya sənayesinin mühüm məsələlərinin müzakirəsi, eləcə də gələcək enerji strategiyalarının müəyyənləşdirilməsi məqsədini daşıyacaq. Bununla yanaşı, Azərbaycanın aviasiya və enerji sahələrində beynəlxalq mövqelərinin gücləndirilməsi və əməkdaşlıqların genişlənməsi baxımından önəmli bir addım olacaq. AZAL üçün bu tədbir ölkəmizin aviasiya diplomatiyasını və enerji gündəmini beynəlxalq səviyyəyə çatdırmaq baxımından yüksək əhəmiyyət daşıyır.

Forumun əsas mövzusunu aviasiya sektorunun karbonsuzlaşdırılması, dayanıqlı yanacaq növlərinin tətbiqi və enerji transformasiyası prosesində aviaşirkətlərin rolu təşkil edəcək. Tədbir zamanı təyyarə yanacağının kommersiya və texniki aspektləri, yanacaq tədarükü zəncirinin çətinlikləri, aviasiya sənayesinin vəziyyəti haqqında hesabatlar və digər mövzular ilə bağlı fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, AEF çərçivəsində Azərbaycanın yaşıl iqtisadiyyat strategiyası, tranzit və logistika imkanları, eləcə də enerji diplomatiyası kimi prioritet istiqamətlər xüsusi diqqət mərkəzində olacaq.

Qeyd edək ki, tədbirdə 60-a yaxın ölkənin və 65-dan çox aviaşirkətin nümayəndələri, ümumilikdə 700-ə yaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək.

Beləliklə, Forumda IATA üzvü olan aviaşirkətlərin nümayəndələri, o cümlədən yanacaq alqı-satqısı menecerləri və dayanıqlı inkişaf üzrə ekspertlər, IATA-nın Strateji Tərəfdaşları, yeni və ənənəvi yanacaq təchizatçıları, yanacaq xidmətləri təminatçıları və yanacaq sektorunun rəhbərləri də iştirak edəcək. Qlobal aviasiya yanacaq cəmiyyətinin aparıcı sənaye tədbiri olan AEF yalnız dəvət olunmuş IATA üzvləri və IATA-nın yanacaq sektorundakı strateji tərəfdaşları üçün nəzərdə tutulub.

AEF çərçivəsində iştirakçılar aviasiya və enerji sahəsində panel müzakirələrində, kommersiya və texniki sessiyalarda iştirak edəcək, sərgi iştirakçıları və sponsorlarla görüşəcək, bilik və təcrübə mübadiləsi apararaq yeni əməkdaşlıq imkanları əldə edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Aprel 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri