Icma.az
close
up
RU
Süni intellekt bazarında nəhənglərin döyüşü │ TƏHLİL

Süni intellekt bazarında nəhənglərin döyüşü │ TƏHLİL

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

"OpenAI" çat-botlar ətrafında formalaşan rəqabətin birinci mərhələsində lider iidi. lik edib. Lakin proqramlaşdırma agentlərinin önə çıxdığı ikinci mərhələdə "Anthropic" rəqibini xeyli geridə qoydu. 2025-ci ilin əvvəlində istifadəyə verilən "Claude Code" bu il kəskin artım nümayiş etdirib. Aparıcı investisiya bankı "Goldman Sachs"ın proqnozuna görə, "Anthropic" bu il 53 milyard dollar gəlir əldə edəcək. Bu, bir il əvvəlki göstəricidən on dəfədən çoxdur və 35 milyard dollar gəlir gözləyən "OpenAI"ı üstələyir.
Digər tərəfdən, süni intellekt bazarında üstünlüyün nə qədər tez dəyişə biləcəyi də aydın görünür. "OpenAI"ın proqramlaşdırma aləti "Codex"dən istifadə son aylarda sürətlə artır. İndi hər iki şirkət növbəti böyük gəlir mənbəyi axtarışındadır və rəqabətin yeni mərhələsinə qədəm qoyur. Onlar agentlərin tətbiqini intellektual əməyin digər sahələrinə yaymağa çalışırlar.
2030 hədəfləri
Hər iki şirkət yüksək bazar dəyərini əsaslandırmaq üçün qarşıdakı illərdə sürətli artım gözləyir. “Goldman Sachs" 2030-cu ildə "Anthropic"in illik gəlirinin 636 milyard dollara çatacağını proqnozlaşdırır. "William Blair" investisiya bankı "Anthropic" üçün 2030-cu ildə 414 milyard dollar gəlir qiymətləndirməsi verir. "OpenAI" isə bu yaxınlarda investorlara 2030-cu ildə 446 milyard dollar gəliri hədəflədiyini açıqlayıb.
İlin böyük hissəsində rəqibinə uduzan "OpenAI" son dövrdə tempi artırmağa başlayıb. Şirkətin məlumatına görə, qiymət endirimlərinin də təsiri ilə üçüncü rübdə korporativ satışlardan əldə edilən gəlir əvvəlki üç ayla müqayisədə iki dəfə artıb. Bununla yanaşı, korporativ xərclər hələ də dar qrupda cəmləşib.
Hər iki şirkət bu il proqramçı olmayan əməkdaşların da istifadə edə biləcəyi ümumi təyinatlı korporativ agentlər təqdim edib. Eyni zamanda konsaltinq nəhəngləri ilə əməkdaşlıqla yanaşı, özəl kapital dəstəyi ilə müstəqil məsləhət xidmətləri də yaradılıb.
Gələcək risklər
Modellərin keyfiyyəti əsas amil olaraq qalır. Bizneslər sadə tapşırıqlar üçün daha ucuz modellərə yönəldikcə bir neçə saat və ya gün çəkən tapşırıqların icrası ön plana çıxır. Uzunmüddətli tapşırıqlar üzrə "OpenAI"ın ötən ay təqdim etdiyi aparıcı model "Anthropic"in iyul ayında buraxdığı modeldən geri qalır. Bu fərq tədqiqat istiqamətləri ilə də bağlıdır: "OpenAI" təsvir, səs və digər geniş imkanlar üzrə ön sıralarda qalmağa çalışdığı halda, "Anthropic" əsas diqqəti kod yazma və proqram təminatları ilə qarşılıqlı əlaqəyə yönəldir.
"OpenAI" üçün istehlakçı bazarı prioritetdir: "ChatGPT"nin həftəlik 1,2 milyard istifadəçisi var. Təxminən 100 milyon nəfər aylıq 8 dollardan başlayan abunəlik ödəyir. Fevralda işə salınan və avqusta qədər illik gəlir tempi 1 milyard dollara çatan reklam biznesi isə ödəniş etməyən istifadəçilərdən gəlir qazandırır. "Anthropic" isə istehlakçı seqmentinə fokuslanmır və reklamdan ümumiyyətlə, imtina edib.
Geniş bazar "OpenAI"a əlavə imkanlar versə də, rəqabət və maliyyə baxımından çətinliklər də yaradır. Şirkət son bir ildə istehlakçı seqmentində mövqelərini möhkəmləndirən "Google"a ("Gemini"ə), həmçinin fərdi agentləri şam yeməyi təşkil etməkdən konsert bileti tapmağa qədər müxtəlif işləri görən "Instinct"ə və "Meta"ya ("Muse") qarşı mübarizə aparır.
"OpenAI"ın eyni anda hər yerdə olmaq istəyi diqqətin yayınması riskini gücləndirir. Qarşıdakı il üçün nəzərdə tutulan ağıllı dinamik və insanabənzər robot layihələri şirkətin hələ də nəhəng resursları müxtəlif cəbhələrə səpələdiyini göstərir. "Anthropic" artıq əməliyyat mənfəətinə keçərək maliyyə dayanıqlığını sübut etdiyi halda, dərin zərərlə işləyən "OpenAI" üçün qarşıdakı ən vacib sınaq investorların etimadını qorumaq olacaq.
Samir Quliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Noyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri