Icma.az
close
up
RU
Bakı qəbul etsə, dünyanın taleyi dəyişəcək: Trampın yeni Azərbaycan planı KONKRET

Bakı qəbul etsə, dünyanın taleyi dəyişəcək: Trampın yeni Azərbaycan planı KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulmasının Yaxın Şərqdə geosiyasi vəziyyəti dəyişdirəcəyini bildirib. Uolts Bakının Vaşinqton, Təl-Əviv və İrəvanla münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımların bölgədə yeni bir diplomatik dövrə təkan verəcəyini vurğulayıb.

Maraqlıdır ki, Azərbaycanın sözügedən sazişlərə qoşulması məsələsi bir müddət əvvəl də gündəmə gəlmişdi. Xüsusilə İsrailin bu fikri dəstəklədiyi, Vaşinqtonla Bakı arasında münasibətlərin möhkəmlənməsi istiqamətdə müəyyən addımlar atdığına dair məlumatlar yayıldı. Ümumilikdə isə Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulmasının regiondakı güc balansını dəyişdirə və yeni tərəfdaşlıqların yaranmasına yol aça biləcəyi qeyd edilir.

Bu proses geosiyasi tarazlığa necə təsir göstərəcək?Azərbaycanın ABŞ, İsrail və Ermənistanla münasibətləri normallaşdırması regionda hansı potensial dəyişikliklərə səbəb ola bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, son baş verən hadisələr Azərbaycanın regional səviyyəni aşaraq artıq beynəlxalq siyasi məkanda qərarlaşan rolundan xəbər verir:

“Bu, həm də onu göstərir ki, dünya nizamı yenidən formalaşır və qurulan əməkdaşlıqlar prosesdə aktorlara öz yerlərini müəyyənləşdirməyə imkan yaradır. Cənubi Qafqaz qədər qaynayan nöqtələrdən biri də Yaxın Şərqdir. Bu regionda İsrail ilə Səudiyyə Ərəbistanı və indiki Suriya olmaqla əsas ərəb dövlətləri arasında münasibətlərin potensial normallaşmasına diqqət yetirilir. Bir əsas ştrixi vurğulayaq ki, hər nə qədər Vaşinqton və Təl-Əviv arasındakı münasibətlərdə boşluğun yaradılmağa çalışılsa da, ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra hakimiyyətinin birinci dönəmində İsrailə dəstəyini artıraraq “İbrahim Sazişlərinin” perspektivini ərəb dünyasından kənara genişləndirməyə başladı. Bu da ABŞ, İsrail və regional siyasət dairələrində marağa səbəb olmaqla yanaşı, indiki məqamda daha da labüd olan xarici siyasət diversifikasiyası baxımından digər region aktorlarını da cəlb etdi”.

Politoloq qeyd edib ki, Azərbaycanın “İbrahim Sazişlər”inə daxil olması fikrini müdafiə edən qüvvələr 2025-ci ilin mart ayından aktivləşiblər:

“Bakı və İrəvan məhz bu ərəfələrdə sülh sazişi layihəsinin yekunlaşdığını elan etdi. Həmin aktivləşən qruplar – ABŞ-ın yəhudi lobbisi daxilindəki azərbaycanyönlü dairələr, Respublikaçılara bağlı beyin mərkəzləri və israilli analitiklərdir ki, son zamanlar onların ucalan səslərini eşidirik. Sözügedən dairələr Sazişlərə Qazaxıstan və onun kimi müsəlmanların əksəriyyət təşkil etdiyi digər dövlətləri də əhatə edəcək şəkildə çərçivənin genişləndirilməsi ideyasını irəli sürürlər. Bir fakt da burada əsas götürülür ki, Azərbaycan İsraillə enerji, təhlükəsizlik və kəşfiyyat sahələrində sıx əməkdaşlıq edir.

Ermənistanla Azərbaycan arasında məsələlər bəllidir. Ən mübahisəli mövzulardan biri Zəngəzur dəhlizidir ki, burada fikir ayrılıqları olan aktorlar sadəcə tərəflər deyil. Dəhlizin təhlükəsizliyi məsələsində Rusiyanın istənilən roluna qarşı çıxan əsas tərəf isə İrəvandır. Regional dinamikanın dəyişməsinin yeganə olmasa da, bariz göstəricilərindən biri Ermənistanın bu istəksizlidir. Lakin dəyişiklik həm də baş nazir Nikol Paşinyanın Türkiyəyə tarixi səfərindən sonra daha da aydın göründü”.

Ş. Həsənovanın sözlərinə görə, Tramp administrasiyası məhz indi Ermənistan–Azərbaycan münaqişəsinin həllinə daha çox maraq göstərir:

“Bu baxımdan nəqliyyat dəhlizlərinin inkişafına Amerika və ona yaxın dairələrin biznesmenlərini cəlb etməyi təklif edir. Qeyd edilən amillər olmaqla, məhz bu çərçivədə sülh üçün artan perspektivlər “İbrahim Sazişləri”nin Cənubi Qafqaza potensial genişlənməsi istiqamətində dəyərləndirilir. Tramp administrasiyası əvvəlki dönəmdə bu məsələ ilə bağlı müəyyən uğurlara imza atıb. Ağ Ev rəhbəri biznes dairəsinin ən uğurlu təmsilçilərindən biridir. Keçmişi ona nəyi necə aldığını, hara, kimə və hansı qiymətə satdığını yaxşı öyrədib. Bu həm də hər nə qədər kəsişən maraqlar olsa da, Trampın danışıqlar yolu ilə regional dinamikanı idarə etmək qabiliyyətini nümayiş etdirir.

İsrailin Azərbaycanla münasibətləri müsbət baxımından, Ermənistanla münasibətləri isə mənfi rakursdan bəllidir. İrəvan Bakı və Ankara qədər mövcud reallığı da dərk edir. Yəni, “İbrahim Sazişləri”nin mahiyyəti artıq formal olaraq yalnız baza demək deyil, ya da təkcə normallaşma ilə bağlı deyil, bu, regional inteqrasiya, iqtisadi əməkdaşlıq və geosiyasi uyğunlaşma mənasına gəlir. Prezident İlham Əliyevin mükəmməl diplomatiyası bir daha öz sözünü deyir. Çünki bu diplomatiya bütövlükdə Cənubi Qafqazı Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında strateji körpü kimi müəyyənləşdirir”.

Ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri