Icma.az
close
up
RU
Bakı Qlobal Cənubun Paytaxtı olur: Yeni Platforma və yeni imkanlar Fərid Şahbazlı yazır

Bakı Qlobal Cənubun Paytaxtı olur: Yeni Platforma və yeni imkanlar Fərid Şahbazlı yazır

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci il 28 aprel tarixində Bakıda keçirilən "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” forumu beynəlxalq münasibətlər sistemində yeni bir səhifə açdı. Forumda Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionları da daxil olmaqla 115 ölkədən 300-dən çox qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak etdi. Tədbir, dünya əhalisinin təxminən 80%-ni təmsil edən nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya topladı. Konfrans dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə kimi qiymətləndirildi.

Forumun sonunda Qlobal Cənub QHT Platformasının yaradılması və bu platformanın fəaliyyətinin əlaqələndirilməsi hüququnun Azərbaycana verilməsi qərara alındı. Bu təşəbbüs, inkişaf etməkdə olan ölkələrin və onların vətəndaş cəmiyyətlərinin beynəlxalq sistemdə daha fəal iştirak etmək istəyinin ifadəsi oldu. Platforma, bu strateji coğrafiyada yerləşən ölkələrin üzləşdikləri problemlərin – yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişinin nəticələri, rəqəmsal uçurum, ticarət bərabərsizliyi kimi məsələlərin beynəlxalq səviyyədə daha güclü şəkildə səsləndirilməsinə və bu problemlərə qarşı vahid mövqedən çıxış edilməsinə dəstək məqsədi daşıyır. Platformanın məqsədləri sırasında BMT və digər beynəlxalq təşkilatlarda qlobal koordinasiyanın aparılması, eləcə də Cənub-Cənub əməkdaşlığının təşviqi də xüsusi yer tutur.

Azərbaycanın bu təşəbbüsdə lider rolu təsadüfi deyil. Prezident İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayaraq Azərbaycanın Qlobal Cənub ölkələri ilə həmrəyliyini və Platformanın məqsədlərini açıq şəkildə dəstəklədiyini bəyan etdi. Prezident qeyd etdik, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir.

Azərbaycan QHT-lərinin forumdakı fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində 100-dən çox yerli qeyri-hökumət təşkilatı xarici həmkarları ilə birbaşa təmas qurdu, gələcək əməkdaşlıq istiqamətləri üzrə danışıqlar apardı. Azərbaycan QHT-ləri Platformanın təsis olunmasında fəal iştirak edərək ölkənin beynəlxalq yumşaq güc strategiyasına praktiki dəstək verdilər. Onlar həm sosial məsələlərdə, həm də iqlim dəyişikliyi, davamlı inkişaf, humanitar fəaliyyət kimi sahələrdə beynəlxalq layihələrin icrasında tərəfdaşlıq etməyə hazır olduqlarını bildirdilər.

Azərbaycanın bu prosesdə fəallığı onun regional və qlobal siyasətdə artan nüfuzunu bir daha nümayiş etdirir. Coğrafi mövqeyi etibarilə Qafqazın, Avropanın və Asiyanın kəsişməsində yerləşən Azərbaycan uzun illərdir tranzit, enerji və təhlükəsizlik sahələrində strateji oyunçu kimi çıxış edir. İndi isə ölkə beynəlxalq humanitar və vətəndaş cəmiyyəti platformalarının mərkəzinə çevrilir. Bakının bu forumu qəbul etməsi Azərbaycanın dünyada ədalətli və bərabər əsaslı dünya nizamı ideyasına verdiyi önəmin ifadəsidir və bu, ölkənin yumşaq güc arsenalının daha da zənginləşdirilməsinə xidmət edir.

Qlobal Cənub QHT Platformasının BMT və digər beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması isə uzunmüddətli perspektivdə yeni bir dinamik yarada bilər. Platforma Qlobal Cənub ölkələrinin beynəlxalq təşkilatlarda daha koordinasiyalı çıxış etməsinə şərait yaradacaq. Bu da dünya siyasətində inkişaf etməkdə olan ölkələrin maraqlarının daha güclü müdafiəsinə, müstəmləkəçilik mirası, iqlim ədalətsizliyi və iqtisadi bərabərsizlik kimi problemlərin beynəlxalq gündəmdə prioritet mövzu olmasına təkan verə bilər. Azərbaycanın bu proseslərdə fəal rol alması isə həm ölkənin beynəlxalq imicinə müsbət təsir edəcək, həm də Bakı şəhərini qlobal vətəndaş cəmiyyəti diplomatiyasının aparıcı mərkəzlərindən birinə çevirəcək.

QHT-lərin yumşaq güc kimi fəaliyyəti bu kontekstdə xüsusi vurğulanmalıdır.  QHT-lər bu prosesdə mədəni diplomatiyanın, humanitar yardımın, bilik mübadiləsinin və sosial innovasiyaların əsas aparıcı qüvvələri kimi çıxış edirlər. Qlobal Cənub QHT Platforması vasitəsilə Azərbaycan bu sahədə öz təsir imkanlarını genişləndirəcək, Qlobal Cənub ölkələri ilə daha sıx humanitar və sosial əməkdaşlıq əlaqələri quracaq.

Ümumilikdə, Bakıda yaradılan Qlobal Cənub QHT Platforması təkcə beynəlxalq ictimaiyyətin müstəqil siyasət yürüdən ölkələrin səsinə daha çox qulaq asmasını deyil, həm də Azərbaycan üçün yeni diplomatik və strateji imkanlar açır. Platforma Azərbaycanın yumşaq güc strategiyasının tərkib hissəsinə çevrilərək, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına xidmət edəcək.

Fərid Şahbazlı

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Aprel 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri