Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

Qlobal Cənubun yeni güc mərkəzləri

Qlobal Cənubun yeni güc mərkəzləri

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert

XXI əsrin ilk onilliklərində beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklər baş verir. Qərbin geosiyasi dominantlığının nisbi zəifləməsi, yeni güc mərkəzlərinin yüksəlişi və regional oyunçuların təşəbbüskar siyasəti beynəlxalq nizamda transformasiya prosesini sürətləndirir. Bu şəraitdə Azərbaycanın, Türkiyənin və Pakistanın siyasi, iqtisadi və hərbi gücləri təkcə regional deyil, həm də qlobal səviyyədə ciddi təsir mexanizminə çevrilməkdədir.

Türkiyə uzun illər boyu NATO çərçivəsində Qərblə tərəfdaşlıq etmiş, lakin son on ildə geosiyasi suverenlik məsələsində müstəqil strategiya formalaşdıraraq öz milli maraqlarını prioritetə çevirib. Şərqi Aralıq dənizi, Yaxın Şərq və Cənubi Qafqazda hərbi-siyasi mövcudluğunu gücləndirən Türkiyə artıq klassik regional güc deyil - onun diplomatik fəallığı, müdafiə sənayesi və enerji diplomatiyası onu geniş coğrafiyada söz sahibi edib. Mavi Vətən konsepti, yerli PUA texnologiyası və Azərbaycanla hərbi-siyasi ittifaqı bu gücün praktiki təzahürləridir.

"Mavi Vətən" konsepti Türkiyənin milli dəniz doktrinasını ifadə edən hərbi-strateji və siyasi anlayışdır. Bu konsepsiya Türkiyənin dənizdəki suveren hüquqlarını qorumaq, iqtisadi və geosiyasi maraqlarını müdafiə etmək üçün irəli sürülüb və xüsusilə Şərqi Aralıq dənizi, Egey dənizi və Qara dənizdəki siyasətinə yön verir. "Mavi Vətən" termini ilk dəfə 2006-cı ildə Türkiyə Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Cihat Yaycı tərəfindən formalaşdırılıb. 2019-cu ildə Türkiyədə bu konsepsiyanın tətbiqi üçün genişmiqyaslı hərbi dəniz təlimləri həyata keçirildi və bu doktrina rəsmi strateji istiqamətə çevrildi.

Bu konsepsiyanın əsas hədəfləri: Türkiyənin dəniz sərhədlərinin beynəlxalq hüquq çərçivəsində müdafiəsi; Dənizdə enerji ehtiyatları üzərində hüquqi və iqtisadi suverenliyin təmini; Şərqi Aralıq dənizində Kipr, Yunanıstan və digər ölkələrlə mübahisəli sular üzərində maraqları qorumaq; Türkiyənin dəniz geosiyasətində regional və qlobal güc mərkəzi kimi mövqeyini gücləndirməkdir.

Sözügedən konsepsiya həm də Türkiyənin geostrateji iddialarının dəniz sferasında təzahürüdür. Bu konsepsiya çərçivəsində Türkiyə Liviya ilə 2019-cu ildə dəniz səlahiyyətlərinin sərhədləndirilməsi haqqında memorandumu imzalayıb, bu da Şərqi Aralıq dənizində yeni balans yaradıb. Digər tərəfdən TANAP və digər enerji layihələrinin dəniz marşrutlarını qorumağı prioritet edib. Həmçinin Türk Dövlətləri Təşkilatı və Azərbaycanla dəniz əməkdaşlığını inkişaf etdirməyi hədəfləyib.

Azərbaycan üçün də "Mavi Vətən" konsepsiyası Xəzər dənizindəki enerji və hərbi əməkdaşlıq; Azərbaycan-Türkiyə birgə dəniz manevrləri və donanma təlimləri; Türkiyənin Xəzərdəki aktiv iştirakı ilə Azərbaycanın suveren maraqlarının qorunması baxımından əhəmiyyətli ola bilər.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı "Bir millət, iki dövlət" prinsipi çərçivəsində "Mavi Vətən" konsepsiyasını Qara dəniz və Xəzər arasında geosiyasi körpüyə çevirə bilər. Bu konsepsiya təkcə dəniz strategiyası deyil, bir dövlətin beynəlxalq hüquqla qarşı-qarşıya gəldiyi, lakin eyni zamanda öz milli maraqlarını qorumağa çalışdığı kompleks bir geosiyasi yanaşmadır. "Mavi Vətən" XXI əsrdə dəniz geosiyasətində yeni güc balanslarının yaranmasına təkan verir və Azərbaycan-Türkiyə ittifaqının dənizdə də möhkəmlənməsinə şərait yaradır.

Azərbaycana gəldikdə isə qeyd etməliyik ki, Azərbaycan Cənubi Qafqazın ən sabit və güclü dövlətidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan zəfər təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də regionda yeni güc balansının formalaşması anlamına gəlir. Hazırda dünyada Azərbaycan qlobal enerji bazarlarında etibarlı tərəfdaş, nəqliyyat-tranzit sistemlərində isə strateji mərkəz kimi çıxış edir. TANAP, TAP və Bakı-Tbilisi-Qars layihələri Azərbaycanın Avropa və Asiya arasında enerji və logistika qovşağı rolunu daha da möhkəmləndirib. Türkiyə ilə strateji müttəfiqliyi, Pakistanla qardaşlıq əlaqələri Azərbaycanın geosiyasi mövqeyini gücləndirir.

Pakistan isə bir tərəfdən nüvə gücü statusu, digər tərəfdən isə Çin ilə strateji əməkdaşlığı sayəsində Cənubi Asiyada sabitlik və güc faktorudur. Həm müsəlman dünyasında, həm də Qlobal Cənubun siyasi şüurunda Pakistan suverenlik və geosiyasi ayıqlığın simvolu kimi qəbul edilir. Pakistanın Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatında apardığı siyasi, hərbi və diplomatik fəaliyyət Cənubi Qafqaz, Yaxın Şərq və Cənubi Asiya bölgələrində yeni güc mərkəzinin formalaşmasına səbəb olur. Bu üç ölkənin ortaq hərbi təlimləri, müdafiə sənayesi sahəsində əməkdaşlığı və beynəlxalq təşkilatlarda koordinasiyalı çıxışları gələcək üçün böyük strateji potensiala malikdir.

Nəticə olaraq onu qeyd edə bilərik ki, dünyada geosiyasi güc mərkəzlərinin dəyişdiyi bir dövrdə Azərbaycan, Türkiyə və Pakistan kimi dövlətlər milli maraqlarını müdafiə etməklə yanaşı, regional sabitlik, əməkdaşlıq və inkişaf naminə konkret strategiyalar həyata keçirirlər. Onların diplomatik çevikliyi, hərbi-siyasi potensialı və ortaq mədəni dəyərlər ətrafında birləşmək bacarığı onları XXI əsrin ən perspektivli güc mərkəzlərindən birinə çevirir. Yeni nizamda sülh, tərəfdaşlıq və bərabərlik prinsiplərinə əsaslanan çoxqütblü yanaşmalar qalib gəlməkdədir. Bu prosesdə liderliyi isə Bakı, Ankara və İslamabad paylaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:445
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see296

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri