Icma.az
close
up
RU
Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövcud reallığa əsaslanan xarici siyasət kursunda milli maraqların təmin edilməsi hər zaman dəyişməz prinsip olaraq qalır. Hazırda ölkəmizin qlobal nüfuzu, ölkələrlə qurduğu münasibətlər və beynəlxalq təşkilatlarda təmsilçiliyi Prezident İlham Əliyevin illər ərzində məhz milli maraqların qorunması konsepsiyasına əsaslanan xarici siyasət kursunun real nəticələridir.
Bu prosesin inkişaf istiqamətini iki mərhələdə qiymətləndirmək olar.
Birinci mərhələ 2020-ci ilə qədər – torpaqlarımızın işğalda olduğu dövr idi. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı 2003-cü ildən etibarən ərazi bütövlüyümüzün təmin edilməsi hədəfinə doğru addım-addım yaxınlaşırdı, ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasında da prioritet məsəd bu olub. 2020-ci ilə qədərki xarici siyasət “balanslı kurs” olaraq qiymətləndirilirdi və politoloji təhlillər bunun nə qədər doğru strategiya olduğunu dəfələrlə ispat edib. Çünki bölgədə hadisələrin Qarabağ fokuslu inkişaf etməsi və həm regional, həm qlobal oyunçuların Cənubi Qafqaza münaqişə üzərindən yaxınlaşması rəsmi Bakını çoxgedişli kombinasiyaya əsaslanan siyasət izləməyə vadar edirdi. Və Prezident İlham Əliyev bu mürəkkəb vəziyyəti ustalıqla nəzarətdə saxlayaraq, hadisələrin inkişafını milli maraqlarımıza uyğunlaşdıra bildi. 2020-ci ildə Vətən müharibəsi ilə torpaqlarımızın azad edilməsi, ardınca suverenliyimizin bərpası və bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir.
İkinci mərhələ post-münaqişə dövrüdür. Artıq ərazi bütövlüyü və suverenliyini bərpa etmiş Azərbaycan beynəlxalq münasibətlər sistemində mərkəzçi rolunda çıxış edir. Azərbaycan orta güc konsepsiyasına əsaslanan bu rolu çoxtərəfli diplomatiyası nəticəsində üzərinə götürüb, daha dəqiq desək, rəsmi Bakı bütün qlobal rəqabət tərəfləri üçün birləşdirici-mərkəzçi oyunçu hesab olunur.
Bu mərhələdə Azərbaycan qlobal və regional güclərlə bərabərhüquqlu münasibətlər müstəvisində hərəkət edir, geosiyasi proseslərə yön vermək, bir çox hallarda rəqabət tərəfləri arasında körpü olmaq, dialoq platforması yaratmaq missiyasından çıxış edir. Buna paralel şəkildə Azərbaycan qlobal problemlərin – bura ərzaq təhlükəsizliyi, iqlim problemləri və bu kimi məsələlər daxildir, həllinə öncüllük edir.
Prezident İlham Əliyevin “yol xəritəsi”nə əsaslanan bu siyasət Azərbaycanı geosiyasi proseslərin nüfuzlu oyunçusuna çevirib. Bunun əsas nəticələrindən biri Azərbaycanın son iki ildə beynəlxalq seçkilərdə əldə etdiyi qələbələrdir.
2025-ci ildə əldə olunan nəticələr: ötən il Azərbaycan beynəlxalq qurumların idarəetmə orqanlarına irəli sürdüyü 14 namizədliyində də uğur qazanıb. Bura BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və digər qurumları, eləcə də UNESCO, İSESCO, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) kimi nüfuzlu təşkilatlar daxildir. Beynəlxalq seçkilərdə 100 faizlik nəticə göstərən Azərbaycanın əsas fəaliyyət istiqamətləri dayanıqlı inkişaf, turizm, miqrasiya, sosial inkişaf, ətraf mühit, mədəni irs və humanitar əməkdaşlıq kimi geniş sferanı əhatə edir. Beynəlxalq təşkilatlarda geniş təmsilçiliyimiz təkcə milli maraqlarımızın təmin edilməsinə yox, eyni zamanda, rəsmi Bakının prioritetlərindən olan qlobal problemlərin həllinə töhfə vermək imkanlarını da yaradır.
2026-cı ilin cari dövründə əldə olunan nəticələr: təkcə iyun ayında Azərbaycan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW), İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə maksimum nəticə əldə edib. Bununla yanaşı, əvvəlki illərdə keçirilmiş seçkilərin nəticəsinə uyğun olaraq, İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsilçilik qazanıb. Beləliklə, Azərbaycan nümayəndələri BMT insan hüquqları üzrə mövcud olan 10 müqavilə qurumundan 5-də təmsil olunur. Bu, Azərbaycanın BMT üzvləri arasında Çinlə ikinci və üçüncü yerləri bölüşdürməsi deməkdir.
Rəsmi Bakının çoxtərəfli diplomatiyası və etibarlı tərəfdaşlıqlar qurması nəticəsində əldə olunan bu nəticələr üç kontekstdə xüsusi əhəmiyyət kəsb edir.
1. Qlobal proseslərə birbaşa təsir edən qərarların qəbul edilməsində Azərbaycanın rolu güclənir.
2. Azərbaycan beynəlxalq gündəliyin formalaşmasında seyirçi yox, birbaşa iştirakçıya – qərarvericiyə çevrilir.
3. Regional liderliyi üzərinə götürən ölkəmiz orta güc olaraq, qlobal oyunçular arasına daxil olur.
Məsələyə konkret nümunələr üzərindən də baxa bilərik. BMT-nin müxtəlif qurumlarının rəhbərliyində təmsilçilik o deməkdir ki, Azərbaycan bir, yaxud bir neçə yox, çoxsaylı qlobal istiqamətlər – turizm, səhiyyə, ekologiya, insan hüquqları və s. üzrə qərarverici aktordur. UNESCO-da qərarqəbuletmə prosesində iştirak ölkəmizin mədəni irsin qorunması və təşviqi sahəsində beynəlxalq rolunu daha da gücləndirir. Ki, bu xüsusilə “yumşaq güc” strategiyası kontekstində əhəmiyyətlidir. Azərbaycanın beynəlxalq seçkili orqanlarında əldə etdiyi uğurlar və qlobal qərarların qəbul edilməsində rolunun güclənməsi milli maraqlarımızın daha geniş platformalarda təmin edilməsi imkanlarını da genişləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 İyul 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri