Icma.az
close
up
RU
Qlobal təhlükəsizlikdə Bakı yumşaq güc və qlobal aktor rolunda

Qlobal təhlükəsizlikdə Bakı yumşaq güc və qlobal aktor rolunda

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan son illərdə qlobal və regional sülh, təhlükəsizlik və əməkdaşlıq sahəsində öz rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Bu siyasət Azərbaycanın yalnız regional deyil, həm də qlobal səviyyədə ciddi aktor kimi çıxış etməsinə, həmçinin yumşaq güc vasitəsilə beynəlxalq dialoqa töhfə verməsinə imkan yaradıb”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Bakıda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda  keçirilən XIII Qlobal Bakı Forumu da bu strategiyanın parlaq nümunəsidir: “Forum beynəlxalq miqyasda baş verən böhranlar fonunda humanitar və sivilizasiyalararası dialoqun vacibliyini vurğulayır, qlobal problemlərin həllinə töhfə verən platforma rolunu oynayır. Prezident və Birinci vitse-prezidentin uzaqgörən siyasəti sayəsində Bakı artıq qlobal dialoq və əməkdaşlıq mərkəzi kimi qəbul edilir.

Azərbaycan təcrübəsi: sülh, suverenlik və güc

Azərbaycan regional təhlükəsizlik məsələlərində hər zaman prioritet rol oynayıb. Ölkənin keçdiyi yol-işğal altında olan ərazilərin 30 il boyunca bərpası, xalqın hüquqlarının müdafiəsi və ərazi bütövlüyünün bərpasıbeynəlxalq ictimaiyyət üçün nadir bir təcrübədir.

Daha sonra Azərbaycanın sülhə nail olması və Ermənistanla münasibətlərin normallaşdırılması göstərir ki, güc və hüquqdan düzgün istifadə beynəlxalq hüquqa uyğun şəkildə sülhün bərqərar olmasına gətirib çıxara bilər. Bu təcrübə yalnız nəzəri deyil, real həyatda həyata keçirilmiş və nəticələrini göstərmiş modeldir. Bu, Azərbaycanı qlobal sülh və dialoqun tərəfdarı kimi nümunəvi aktora çevirir.

Enerji təhlükəsizliyi və regional əməkdaşlıq
Azərbaycan həm də enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır. Son bir il ərzində ölkədən qaz alan dövlətlərin sayı 12-dən 16-ya yüksəlib, bütün ixrac boru kəmərləri vasitəsilə həyata keçirilir. Bu göstərici Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsinin artdığını göstərir.

Eyni zamanda Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri üzrə strateji tərəfdaş rolunu davam etdirir. Ermənistanla sülh prosesindən sonra Orta Dəhlizin yeni istiqamətinin formalaşdırılması nəqliyyat, enerji və rabitə xətləri ilə birləşdirəcək. Bu isə regionda əməkdaşlıq və ticarət imkanlarını genişləndirəcək, həm Azərbaycan, həm də qonşu ölkələr üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq”.

Yumşaq güc və qlobal aktor rolu

Deputat əlavə edib ki, Azərbaycanın qlobal və regional təhlükəsizlikdəki rolunu yalnız hərbi və enerji sahəsi ilə məhdudlaşdırmaq mümkün deyil: “Humanitar diplomatiya, sivilizasiyalararası dialoq və beynəlxalq forumlarda fəal iştirak ölkənin yumşaq güc strategiyasının mühüm elementləridir. Bakı artıq gərginliklərin həllinə töhfə verən, dialoqu təşviq edən və beynəlxalq əməkdaşlıq mühitini gücləndirən mərkəz kimi qəbul olunur.
Beləliklə, Azərbaycanın uzaqgörən siyasəti və strateji təşəbbüsləri Bakı şəhərini qlobal və regional sülh, təhlükəsizlik və əməkdaşlıq üçün mühüm platformaya çevirmişdir. Qlobal Bakı Forumu da bu strategiyanın parlaq nümunəsi olaraq qlobal problemlərin həllinə yönəlmiş dialoqun mərkəzi kimi fəaliyyət göstərir”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Mart 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri