Icma.az
close
up
RU
Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bakıda keçirilməsi nəzərdə tutulan avropalı ravvinlərin genişmiqyaslı toplantısının gözlənilmədən təxirə salınması regionun mürəkkəb siyasi və dini mühitini bir daha gündəmə gətirdi. Hadisənin mahiyyəti sırf təşkilati və ya texniki səbəblərlə izah oluna bilməz.

Bu qərar, daha çox, Qəzzada baş verən hadisələr, Yaxın Şərqdə artan gərginlik və müxtəlif tərəflərin bir-birinə zidd geosiyasi mövqeləri fonunda Azərbaycanın ehtiyatlı və balanslaşdırılmış diplomatik davranışını əks etdirir.

Azərbaycan son illərdə həm müsəlman, həm də yəhudi dünyası ilə bərabərhüquqlu münasibətlər qura bilmiş azsaylı ölkələrdəndir. Bu xüsusiyyət ölkənin çoxmədəniyyətli strukturundan və dini tolerantlıq siyasətindən qaynaqlanır. Lakin regiondakı geosiyasi reallıqlar, xüsusilə İran–İsrail münasibətlərindəki gərginlik və İsrail-Türkiyə xəttində müşahidə olunan soyuqluq, belə tədbirlərin məhz Bakıda keçirilməsini həssas mövzuya çevirir. Hər iki istiqamətdə balansı qorumağa çalışan Azərbaycan, indi həm dini, həm də siyasi baxımdan neytral davranmaq məcburiyyətindədir.

Təxirə salınmanın arxasında Bakının hansısa tərəfin maraqlarına üstünlük verməmək istəyi dayanır. Hazırkı şəraitdə Qəzzada baş verənlər beynəlxalq ictimaiyyətdə, xüsusilə İslam ölkələrində İsrailə qarşı emosional reaksiyaları artırıb. Belə bir fonda paytaxtda yəhudi dini liderlərinin toplantısı ölkənin müsəlman əhalisi və yaxın tərəfdaşları tərəfindən birmənalı qarşılanmaya bilərdi. Azərbaycan bu reallığı nəzərə alaraq diplomatik riskləri minimuma endirməyi, həm İsraillə strateji əməkdaşlığı, həm də müsəlman dünyası ilə dost münasibətləri zədələməməyə çalışır.

Digər tərəfdən, “İbrahim sazişi” mövzusu da təxirə salınmada mühüm amil ola bilər. Azərbaycan İsraillə əlaqələrini bu sazişin çərçivəsinə sığışdırmaq ehtiyacı duymur, çünki münasibətlər artıq strateji səviyyədə formalaşıb. Bu səbəbdən Bakının “İbrahim sazişi”nə qoşulmaq məsələsində tələsməməsi, əksinə, regional balansı qorumağa üstünlük verməsi rasional seçim kimi görünür.

Nəticə etibarilə, toplantının təxirə salınması Azərbaycanın siyasi çevikliyini və balanslaşdırılmış diplomatiyasını bir daha nümayiş etdirdi. Bakı üçün prioritet qlobal dini dialoqdan imtina deyil, bu dialoqun regiondakı gərginliklərdən kənarda, daha uyğun şəraitdə keçirilməsini təmin etməkdir. Bu, həm Azərbaycanın beynəlxalq nüfuzuna, həm də daxili sabitliyinə xidmət edən praqmatik addımdır.

Ruslan Zəngəzur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri