Bakı Şamaxı yolundakı dayanacaqda baş verən biabırçı hadisənin təfərrüatı
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abşeron rayonunda ailə münaqişəsi zəminində baş verən fiziki zorakılıq hadisəsi məhkəmə müstəvisinə çıxarılıb. Yanvarın 12-də Bakı-Şamaxı yolunun kənarındakı avtobus dayanacağında 1992-ci il təvəllüdlü Bəhram həyat yoldaşı Dilbərə qarşı zorakılıq tətbiq edib. Hadisəyə səbəb tərəflər arasındakı gərgin münasibətlər və övladları ilə bağlı yaranan fikir ayrılığı olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, At yalı yaşayış massiv ərazisindən keçən Bakı-Şamaxı avtomobil yolunun kənarındakı avtobus dayanacağında baş verib.
İş üzrə ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ailə daxilində son vaxtlar yaranan narazılıqdan danışaraq ifadəsində bildirib:
“Əvvəllər Dilbər ilə münasibətim normal olsa da, son zamanlar aramızda ailə-daxili sözlə mübahisələrimiz yaranır. Bir müddət olar ki, Dilbər məndən küsüb, övladlarımızı götürərək valideyinlərinin yaşadığı Aşağı Güzdək qəsəbəsində yerləşən evlərinə gedib. Bundan sonra bir neçə dəfə Dilbərə zəng edərək, evə qayıtmasını bildirsəm də, o, dediklərimə əhəmiyyət vermədi, evə qayıtmadı”.
Hadisə anını təsvir edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu vurğulayıb:
“Onlara yaxınlaşdım, qızım ilə görüşmək istədim. Lakin arvadım qarşıma keçərək görüşməyimə mane oldu. Bu zaman Dilbərin bu hərəkətindən əsəbləşdim və əlim ilə onun ağız nahiyəsindən bir dəfə vuraraq kənara itələdim. Bundan sonra mübahisənin böyüməməsi üçün oradan uzaqlaşaraq evə getdim. Sonra bildim ki, Dilbər mənim barəmdə polisə şikayət edib”.
Abşeron Rayon Məhkəməsi tərəflər arasında əldə olunmuş barışığı və zərərçəkmiş şəxsin şikayətini geri götürməsini nəzərə alıb. Cinayət Məcəlləsinin müvafiq maddəsi tətbiq edilərək Bəhram cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib. Məhkəmə prosesində ekspert rəyləri və tərəflərin qarşılıqlı razılığı həlledici rol oynayıb.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Məktəbin qarşısındakı biabırçı hadisənin təfərrüatı bilindi
19 Fevral 2026 13:04
Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ
12 Oktyabr 2025 21:13
Şamaxı yolundakı tunel qəzalı vəziyyətdədir? Rəsmi
05 Mart 2025 13:47
Şamaxı İsmayıllı yolundakı qəzanın ANBAAN VİDEOSU
10 Avqust 2026 10:09
Bakı Astara yolunda ölümlə nəticələnən hadisənin təfərrüatı
21 Fevral 2026 12:29
Baxış sayı:152
Bu xəbər 03 Aprel 2026 16:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları